Məhkəmə qərarları › İş №2(021)-1787/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1787/2023

30.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1787/2023 30.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək övladı X3 25 avqust 20*8-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 09 yanvar 20*5-ci il təvəllüdlü övladı X** 25 avqust 20*8-ci il tarixdə vəfat ermişdir. X2* Bərdə rayon 32-lər kənd qəbirstanlığında dəfn edilmişdir. X* qeydiyyat şöbəsində ölüm faktı qeydiyyata alınmamışdır. Bu da, oğlu Amilin ölümü ilə bağlı məsələnin həllində bir sıra problemlər yaratmışdır. Bununla bağlı Azərbaycan Respublika Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə müraciət edilmiş, həmin şöbənin cavabında bildirilmişdir ki, övladı X5 ölümünü qeydə alınması müəyyən edilməmşdir, bununla bağlı məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Odur ki, X5 25 avqust 20*8-ci il də ölüm faktı müəyyən edilib, qeyd edilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı var. Daha sonra Ərizəçi məhkəməyə dəqiqləşmə barədə ərizə verərək, mərhum oğlunun adını ərizəsində texniki səhv olaraq Amil qeyd etdiyini, əslində oğlunun adının Emil olduğunu, sənədlərdə Emil qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, Ərizəçi onun oğludur. Oğlunun oğlu, yəni nəvəsi Emil 20*8-ci ilin avqust ayında vəfat edib, lakin onun ölümünü qeyd etdirməyiblər, ona görə də ölüm haqqında şəhadətnamə ala bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, mərhum Emilin bibisidir. Emil 20*8-ci ildə vəfat edib, dəfn və yas mərasimində o, da iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ********9 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki,Ərizəçi xx xxxxxx *990-cı ildə Bərdə rayonu, Otuzikilər kəndində doğulmuşdur, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE *4473922 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*0 *3 may *989-cu ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə rayonu, Güloğlular kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE **092387 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*2 09 yanvar 20*5-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 03597407 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 08 iyun *947-ci ildə Laçın rayonunda doğulmuşdur, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 08560352 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 22 yanvar *960-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu, Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *5 mart 2023-cü i tarixli, AZ-İİİ454702 nömrəli arayışdan müəyyən olunur ki, X*2 09 yanvar 20*5-ci ildə doğulmuşdur, atası Ərizəçi, anası X2r. İş materiallarında olan Bərdə rayonu, Otuzikilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *30 nömrəli, *4 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Otuzikilər kəndində yaşayır. İş materiallarında olan Bərdə rayonu, Otuzikilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *29 nömrəli, *4 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X*3 25 avqust 20*8-ci il tarixdə vəfat edib və Otuzikilər kənd qəbirstanlığında dəfn edilib. İş materiallarında olan qəbrin fotoşəkilindən müəyyən olunur ki, X*3 25 avqust 20*8-ci ildə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş *4 mart 2023-ci il tarixli, 3-*6-5/8-*5- *46/2023 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X7 25 avqust 20*8-ci ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ölüm faktının müəyyən olunması ərizəçinin lazımi sənədləri başqa qaydada ala bilməməsi üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 09 yanvar 20*5-ci ildə doğulmuş X7 25 avqust 20*8-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar