Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1794/2021 30.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 04 iyul 1961-ci ildə Kəlbəcər rayonu Necəfalı kəndində anadan olmuş, mərhum X4 19.09.2015-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X8 onun həyat yoldaşıdır. X12 19 09.2015-ci ildə uzun sürən xəstəlik nəticəsində vəfat etmiş və Yevlax rayon Malbinəsı qəbristanlığında valdeyinlərinin yanında dəfin edilmişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq onlar mərhumun ölmü ilə bağlı qeydiyyat şöbəsinə müraciət etməmişlər. Hazırda sosial məslələrin həlli üçün və ondan qalmış mirasın rəsmiləşdirilməsi üçün müxtəlif orqanlara müraciət etmələrinə baxmayaraq onlara bildirmişlər ki, mərhum uzun ilərdir öldüyü üçün onun ölmünü məhkəmə qaydasında təsdiq edilməsi lazımdır. Ona görə də məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışlar. Mərhum ərinin vəfatını yaxın qonşuları da təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbıb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X5, X6, X2 Ərizəçi əri X4 19 sentyabr 2015-ci ildə vəfat etdiyini, özlərinin də yas mərasimində iştirak etdiklərini, X4 Yevlax rayonu Malbinəsi kənd qəbristanlığında dəfn edildiyini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20 avqust 1985-ci il tarixli İİİ-ЖГ 333884 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə X3 20 avqust 1985-ci ildə 7 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra qadına Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Malbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 490 saylı 25 iyun 2021-ci il tarixli arayışından müəyyən olunur ki, X8 19 sentyabr 2015-ci ildə vəfat etmişdir və Yevlax rayonu Malbinəsi kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən müəyyən olunur ki, X4 baş daşı üzərində ölüm tarixi 19 sentyabr 2015-ci il qeyd edilmişdir. İş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilmiş 273-05/15 nömrəli 27 aprel 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi ərinə ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X4 19 sentyabr 2015-ci il tarixdə Yevlax rayonu Malbinəsi kəndində ölməsi faktı ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X4 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə ərinə ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilisin. Ərizəçi əri X4 19 sentyabr 2015-ci il tarixdə vəfat etməsi və Yevlax rayonu Malbinəsi kənd qəbristanlığında dəfn edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1794/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1794/2021
30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver