Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-182/2023 03.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı ASC - nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borc tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia qaldıraraq:
1. Cavabdeh1 "Nikoyl” İKB ASC-nin xeyrinə 2015-ci il 16 fevral tarixli kredit müqaviləsi üzrə banka 9307.43 manat əsas, 847.94 manat faiz, 1972.8 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 12128.17 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi;
2. Tutmanın Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Qazaxlar kəndində yerləşən, 3 otaqlı, 83.64 kv.m yaşayış, 69.36 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.46 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bərdə rayonu, Qazaxlar kəndində yerləşən, 3 otaqlı, 83.64 kv.m yaşayış, 69.36 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin və 0.46 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "Nikoyl” İKB ASC-nə ödənilməsi;
3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi;
4. Cavabdeh2 məxsus olan Bərdə rayonu, Qazaxlar kəndində yerləşən, 3 otaqlı, 83.64 kv.m yaşayış, 69.36 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.46 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Bərdə rayonu, Qazaxlar kəndində yerləşən, 3 otaqlı, 83.64 kv.m yaşayış, 69.36 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.46 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi;
5. Cavabdeh1 ilə "Nikoyl” İKB ASC arasında bağlanmış 16 fevral 2015-ci il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini belə əsaslandırmışdır ki, 2015-ci il 16 fevral tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "Nikoyl” İKB ASC-nin "Bərdə" filialında 72 ay müddətinə 18000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2015-ci il 16 fevral tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 6%-lǝ 36 ay müddətinə 11000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Qazaxlar kəndində yerləşən, 3 otaqlı, 83.64 kv.m yaşayış, 69.36 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0.46 ha torpaq sahəsi 2015-ci il 16 fevral tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 16 fevral tarixli kredit müqaviləsinin 1.14-cü bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0.1 faiz həcmində cərimə hesablayıb borcludan tələb edir. 2018-ci il yanvarın 25-dək Cavabdeh1 2015-ci il 16 fevral tarixli kredit müqaviləsi üzrə banka 9307.43 manat əsas, 847.94 manat faiz, 1972.8 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 12128.17 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehǝ bildiriş verilmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia həcminin artırılması barədə ərizə verərək;
1. Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 2015-ci il 16 fevral tarixli kredit müqaviləsi üzrə banka 9307.43 manat əsas, 1534.63 manat faiz, 5393.49 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2066.35 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 18301.9 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; 2.Tutmanın Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Qazaxlar kəndində yerləşən, 3 otaqlı, 83.64 kv.m yaşayış, 69.36 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə vǝ 0.46 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bərdə rayonu, Qazaxlar kəndində yerləşən, 3 otaqlı, 83.64 kv.m yaşayış, 69.36 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin və 0.46 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-nə ödənilməsi;
3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi;
4. Cavabdeh2 məxsus olan Bərdə rayonu, Qazaxlar kəndində yerləşən, 3 otaqlı, 83.64 kv.m yaşayış, 69.36 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.46 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Bərdə rayonu, Qazaxlar kəndində yerləşən, 3 otaqlı, 83.64 kv.m yaşayış, 69.36 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.46 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi;
6. Cavabdeh1 ilə "Nikoyl” İKB ASC arasında bağlanmış 16 fevral 2015-ci il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli №12-SKMF-2-0-184-15 saylı Əsas Kredit müqaviləsindən görünür ki, Kreditor hər birinin məqsədi, məbləği və müddəti hazırkı Müqavilə əsasında və çərçivəsində Tərəflər arasında gələcəkdə bağlanacaq Əlavə Kredit Müqaviləsi ilə müəyyən olunacaq ümumilikdə 18 000 (on səkkiz min) AZN və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 72 (yetmiş iki) ay müddətinə, yəni 16 Fevral 2021-ci il tarixinədək müddət ərzində Borcalana kredit limitini müəyyən etmişdir. Mülki işə əlavə edilmiş "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli №12-SKMF-2-0-184-15 saylı əsas Kredit müqaviləsinə bağlanmış xx.xx.2018-ci il tarixli Əlavə kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 6% olmaqla 12 ay güzəşt müddəti ilə 36 ay müdddətinə 11000 (on bir min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı Bərdə rayon Qazaxlar kəndində mülkiyyətdə olan 0.46 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 83.64 kv.m yaşayış, 69.36 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evidir. Mülki işə əlavə edilmiş xx.xx.2015-ci il tarixli 12-SKMF-2-0-184-15 saylı İpoteka müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 xx.xx.2015-ci il tarixli №12-SKMF-2-0-184-15 saylı Kredit müqaviləsinə əsasən 18000 (on səkkiz min) manat məbləğində 72 (yetmiş iki) ay müddətinə açılan kredit limiti və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Bərdə rayon Qazaxlar kəndində 0.46 ha torpaq sahəsində yerləşən 83.64 kv.m yaşayış, 69.36 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış eviipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 30 000 (otuz min ) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş MH seriyalı, №0000213 nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2006-cu il qeydiyyat tarixli, **********49-10301 reyestr nömrəli Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu, Qazaxlar kəndində mülkiyyətində olan 0.46 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 83.64 kv.m yaşayış, -kv.m qeyri-yaşayış, 69.36 kv.m köməkçi sahədən ibarət -nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş RX seriyalı, №0565254 nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, **********49-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bərdə rayon Qazaxlar kəndində yerləşən fərdi yaşayış evi 0.46 ha torpaq sahəsi ilə birlikdə "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. (Yüklülüyün müddəti -xx.xx.2015-72 ay) Mülki işə əlavə edilmiş Cavabdeh4 notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, əri Cavabdeh2 mülkiyyətində olan Bərdə rayon Qazaxlar kəndində yerləşən fərdi yaşayış evinin ipotekaya qoyulmasına razılıq vermiş və həmin yaşayış evinə tutma yönəldildikdə yaşayış evini dərhal tərk edəcəyini bildirmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh3 notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, atası Cavabdeh2 mülkiyyətində olan Bərdə rayon Qazaxlar kəndində yerləşən fərdi yaşayış evinin ipotekaya qoyulmasına razılıq vermiş və həmin yaşayış evinə tutma yönəldildikdə yaşayış evini dərhal tərk edəcəyini bildirmişdir. Mülki işə əlavə edilmiş Maliyyə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə olan borcu cəmi 12128, 17 AZN təşkil edir. Mülki işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli Xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli Bildirişdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2017 DƏDRX- nin Bərdə Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, Cavabdeh2 mülkiyyətində olan Bərdə rayon Qazaxlar kəndində yerləşən 153 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 15167 saylı, xx.xx.2018-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli 12-SKMF-2-0-184-15 saylı Kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2018-ci il tarixinə olan borcu əsas borc üzrə 9298,88 manat, faiz borcu üzrə 851.99 manat təşkil etdiyi göstərilmişdir. (Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir) Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə 02-59/23 saylı xx.xx.2023-cü il tarixli Ekspert rəyindən görünür ki, Bərdə rayon Qazaxlar kəndində yerləşən 1 mərtəbəli yaşayış sahəsi 69.36 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə xx.xx.2023-cü il tarixinə bazar dəyəri 32 000 (otuz iki min) manat dəyərində, likvid dəyəri isə 27000 (iyirmi yeddi min) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilmişdir. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, 2015-ci il 16 fevral tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "Nikoyl” İKB ASC-nin "Bərdə" filialında 72 ay müddətinə 18000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2015-ci il 16 fevral tarixli əsas kredit müqaviləsinə bağlanmış xx.xx.2018-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 6%-lǝ 36 ay müddətinə 11000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Qazaxlar kəndində yerləşən, 3 otaqlı, 83.64 kv.m yaşayış, 69.36 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0.46 ha torpaq sahəsi 2015-ci il 16 fevral tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş üzrə iddiaçı "xxxx" ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarnı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqavilələrii üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində ekspert rəylərini nəzərə alaraq iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi əsas borc 9307,43 manat olmuş, lakin ekspert rəyində əsas borc məbləğ 9298,88 manat müəyyən olunmuşdur. Odur ki, əsas məbləğə münasibətdə ekspert rəyi nəzərə alınmalıdır. Məhkəmə iddia tələbinin faiz borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 15167 saylı, xx.xx.2018-ci il tarixli ekspert rəyində faiz borcunun 851.99 manat təşkil etdiyi göstərilsə də, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə əlavə kredit müqaviləsi bağlanmış və müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Ekspert rəyində isə borc xx.xx.2018-ci il tarixinə kimi hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi faiz borcuna münasibətdə tam-1534.63 manat təmin olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və İddiaçı ASC -nin iddiasının 5393,49 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 300 manat məbləğində pul tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2066.35 manat məbləğində əldən çıxmış fayda tələbi hissəsində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 12-SKMF-2-0-184-15 saylı İpoteka müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 xx.xx.2015-ci il tarixli №12-SKMF-2-0-184- 15 saylı Kredit müqaviləsinə əsasən 18000 (on səkkiz min) manat məbləğində 72 (yetmiş iki) ay müddətinə açılan kredit limiti və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Bərdə rayon Qazaxlar kəndində 0.46 ha torpaq sahəsində yerləşən 83.64 kv.m yaşayış, 69.36 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehlərə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə Cavabdeh2 mülkiyyətindəki Bərdə rayon Qazaxlar kəndində 0.46 ha torpaq sahəsində yerləşən 83.64 kv.m yaşayış, 69.36 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə və 0.46 ha torpaq sahəsinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətindəki Bərdə rayon Qazaxlar kəndində 0.46 ha torpaq sahəsində yerləşən 83.64 kv.m yaşayış, 69.36 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə və 0.46 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş Bərdə rayon Qazax kəndində 0.46 ha torpaq sahəsində yerləşən 83.64 kv.m yaşayış, 69.36 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın likvid qiyməti 27000 (iyirmi yeddi min) manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan mənzilin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yükli edilmiş Bərdə rayon Qazax kəndində 0.46 ha torpaq sahəsində yerləşən 83.64 kv.m yaşayış, 69.36 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə likvid bazar dəyəri 27000 (iyirmi yeddi min) manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti mütəxəsis rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bərdə rayon Qazax kəndində yerləşən 83.64 kv.m yaşayış, 69.36 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə və yerləşdiyi 0.46 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılması və evin boşaldılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İş materiallarından görünür ki, Cavabdeh4 və Cavabdeh3 notarial qaydada təsdiqlənmiş ərizələrinə əsasən, Cavabdeh2 məxsus olan Bərdə rayonu Qazax kəndində yerləşən fərdi yaşayış evinin ipotekaya qoyulmasına razılıq vediyini və ipoteka predmetinə tutma (ödəniş) yönəldildikdə yaşayış evini dərhal tərk etməsi barədə öhdəlik götürmüşdür. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Lakin, bu halda iddia ərizəsində müəyyən olunur ki, bank tərəfindən iddia tələbində ipoteka predmetindən çıxarılma nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetinə istifadə hüququnun itirilməsi və əmlakın banka təhvil verilməsi hissəsində iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı kimi "xxxx" ASC ipoteka predmeti olan əmlaka istifadə hüququnun itirilməsi barədə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də ki “İpoteka haqqında” Qanunda bankın bu məzmunda iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, satışdan əldə olunan vəsait kifayət etmədiyi halda qalan hissədə ümumi qaydada icra edilməsi tələbi müstəqil iddia predmeti ola bilməz. Belə ki, həmin məsələ “İcra haqqında” qanunla tənzimləndiyindən icra qaydasında həll olunan məsələdir. Məhkəmə hesab edir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 fevral 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində də iddia tələbi rədd edilməlidir. Belə ki, həmin müqavilə 72 ay müddətinə bağlamış və müddəti artıq xx.xx.2021-ci il tarixdə bitmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 kredit müqaviləsi üzrə 9298,88 manat əsas, 1534.63 manat faiz borcu, 300 manat cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2066.35 manat məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, cəmi 13199,83 manat İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutulan məbləğ Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Qazaxlar kəndində yerləşən, 3 otaqlı, 83.64 kv.m yaşayış, 69.36 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə vǝ 0.46 ha torpaq sahəsinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 27000 (iyirmi yeddi min) manat müəyyən olunmalı, mənzil açıq hərracdan satılmalı, əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçiyə qaytarılmalı, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 həmin ipoteka predmetindən çıxmazsa, onlar, məcburi qaydada çıxarılmalı və mənzili boşaldılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsumu Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 150 manat Cavabdeh1 tutularaq "xxxx" MMC -yə ödəniməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 kredit müqaviləsi üzrə 9298,88 manat əsas, 1534.63 manat faiz borcu, 300 manat cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2066.35 manat məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, cəmi 13199,83 manat kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı alınaraq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Qazaxlar kəndində yerləşən, 3 otaqlı, 83.64 kv.m yaşayış, 69.36 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə vǝ 0.46 ha torpaq sahəsinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 27000 (iyirmi yeddi min) manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçilərə qaytarılsın. İpoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxmazsa, onlar məcburi qaydada çıxarılsınlar və həmin fərdi yaşayış evini boşaltsınlar. Qalan hissədə iddia tələbi təmin olunmasın. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 150 manat Cavabdeh1 tutularaq "xxxx" MMC -yə ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Qamət Əbilov