Məhkəmə qərarları › İş №2(021)-1822/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1822/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1822/2021 22.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X11, Cavabdeh2, Cavabdeh3 və X6 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X8 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 02 iyul 2015-ci tarixli kredit müqaviləsi üzrə 5099.4 manat əsas, 142.87 manat faiz, 514 manat cərimə və kredit müqaviləsi üzrə 30 iyul 2018-ci il tarixdən 26 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 655.4 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6411.67 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Quliyev Əfqan Əli oğlunun mülkiyyətində olan Bərdə rayonu, Bərdə şəhəri E.Əsədov küçəsi ev 5 , mənzil 17 ünvanında yerləşən 2 otaqlı 46.1 kv.m ümumi sahədən ibarət, 28 kv.m yaşayış, 18.1 kv.m yardımçı sahədən ibarət 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan məznilin açıq hərracdan satılması və borcun Quliyev Əfqan Əli oğlunun mülkiyyətində olan Bərdə rayonu, Bərdə şəhəri E.Əsədov küçəsi ev 5 , mənzil 17 ünvanında yerləşən 2 otaqlı 46.1 kv.m ümumi sahədən ibarət, 28 kv.m yaşayış, 18.1 kv.m yardımçı sahədən ibarət 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan məznilin satışından əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Quliyev Əfqan Əli oğlunun mülkiyyətində olan Bərdə rayonu, Bərdə şəhəri E.Əsədov küçəsi ev 5 , mənzil 17 ünvanında yerləşən 2 otaqlı 46.1 kv.m ümumi sahədən ibarət, 28 kv.m yaşayış, 18.1 kv.m yardımçı sahədən ibarət 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan məznilə yönəldikdə və o satıldıqdan 1 ay sonra X10, X4, X3, X5 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 02 iyul 2015-ci tarixli kredit müqaviləsinə əsasən X15 "xxxx" İKB ASC-nin “Bərdə” filialından illik 6%-lə 72 ay müddətinə 13.000 manat məbləğində kredit limiti verilmişdir və 02 iyul 2015-ci tarixli kredit müqaviləsinə əsasən X15 "xxxx" İKB ASC-nin “Bərdə” filialından illik 6%-lə 36 ay müddətinə 10.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq X10 mülkiyyətində olan Bərdə rayonu, Bərdə şəhəri E.Əsədov küçəsi ev 5 , mənzil 17 ünvanında yerləşən 2 otaqlı 46.1 kv.m ümumi sahədən ibarət, 28 kv.m yaşayış, 18.1 kv.m yardımçı sahədən ibarət 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan mənzil 30 iyul 2015ci tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 30 iyul 2015-ci tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 5 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il fevral 26-dək Quliyev Əfqan Əli oğlunun 30 iyul 2015-ci tarixli kredit müqaviləsi üzrə banka 5099.4 manat əsas, 142.87 manat faiz, 514 manat cərimə və kredit müqaviləsi üzrə 30 iyul 2018-ci il tarixdən 26 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 655.4 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6411.67 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Quliyev Əfqan Əli oğlu borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 26 fevral 2021-ci il tarixli maliyyə arayışına əsasən X10 30 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 5099.4 manat əsas, 142.87 manat faiz, 514 manat cərimə və kredit müqaviləsi üzrə 30 iyul 2018-ci il tarixdən 26 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 655.4 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6411.67 manat borcu vardır. 30 iyul 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan qoyulduğu öhdəlikləri yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan kimi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyini icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər X15, Cavabdeh2, Cavabdeh3 və X9 məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehlər X10, Cavabdeh2, Cavabdeh3 və X5 məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən alınmış məlumatdan görünür ki, X1 fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, VÖEN-ə malikdir. 30 iyun 2015-ci il tarixli, 12-SKMF-1-0-401-15 saylı kredit müqaviləsinin surətindən görünür ki, ”Nikoyl” İKB ASC tərəfindən Quliyev Əfqan Əli oğluna heyvandarlıq məqsədli ilə 72 ay müddətinə illik 6% olmaqla 13.000 AZN məbləğində kredit xətti açılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəlaiyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-1-ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin 19.07.2019-cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7-ci bəndinə əsasən bu Sərəncamın 1-3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 19.07.2019-cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəmələrə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan hazırki mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş baxışı iclasından aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 44, 45 və 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X11, Cavabdeh2, Cavabdeh3 və X6 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar