Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-184/2025 11.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ . Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, Ərizəçi İddiaçı Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, mərhum həyat yoldaşı X1 04 mart 2024-cü il tarixdə Bərdə rayon Dəymədağıldı kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xаhiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi Mülki Prosesual Məcəlləsinin 259.0.6-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-ci maddəsinin tələbinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki iş tərəflərin məhkəmə iclasında iştirak etməməsi səbəbindən baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-184/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-184/2025
11.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver