Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1895/2023 03.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bərdə rayon Mollalı kənd bələdiyyəsinə qarşı “həyətyanı torpaq sahəsinə gedən su yolunun qarşısını kəsən hörgünün alt hissəsinin cavabdehlərin hesabına sökülərək su yolunun açılması və cavabdehlərin sudan istifadəyə maneə yaradan hərəkətlərinə qadağa qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Mollalı kəndində yerləşən həyətyanı torpaq sahəsinə gedən su arxının onun istifadəsinə qaytarılmasına,qanunsuz tikilmiş hasarın sökülməsinə,su yolunun açılmasına,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qardaşlarının qanunsuz hərəkətlərinə qadağa qoyulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Mollalı kəndində yaşayır. Bərdə rayon Mollalı kəndində 0,51 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən babasından qalma fərdi yaşayış evi var. 0,51 hektar həyətyanı torpaq sahəsində çoxillik ağaclar, o cümlədən müxtəlif növ meyvə ağacları var. Hal-hazırda meyvə ağacları susuzluqdan qurumaq təhlükəsi ilə üzləşmişdir. Buna səbəb kimi isə su yolunun kəsilməsini göstərmişdir. Belə ki, həmkəndliləri Cavabdeh1 və Cavabdeh2 qardaşları onun həyətinə gedən su arxını hasara alaraq öz həyətlərinə saldığını və bunun nəticəsində su yolundan məhrum olduğunu bildirmişdir. İddiaçı həmçinin bildirmişdir ki, Cavabdeh1 və Cavabdeh2 qardaşlarının hərəkətlərinə dəfələrlə irad tutulsa da bu bir nəticə verməmişdir Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək, həyətyanı torpaq sahəsinə gedən su yolunun qarşısını kəsən hörgünün alt hissəsinin cavabdehlərin hesabına sökülərək su yolunun açılmasına, sudan istifadəyə maneə yaradan hərəkətlərə qadağa qoyulmasına dair qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)1895/2023 saylı 15 may 2023-cü il tarixli qərarı ilə Bərdə rayon Mollalı kənd bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında İddiaçınin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, o, həmin evdə yaşamır. Orada onun yaşlı nənəsi yaşayır və suyun axınına maneə törədə bilməz. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, o. həmin evdə yaşamır. Orada onun yaşlı nənəsi yaşayır və o, suyun axınına maneə törədə bilməz. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bərdə rayon Mollalı kənd bələdiyyəsinə qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş seriya AZE №******** olan Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki,İddiaçı xx.xx.1991-ci il tarixdə Bərdə rayon Mollalı kəndində anadan olmuşdur. Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanda qeydiyyatdadır. Mülki işə əlavə olunmuş ünvan 2ati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən 107 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Mollalı kəndində qeydiyyatdadır və Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdədir. Mülki işə əlavə olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-398A KOD 61016018 nömrəli Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə Bərdə rayon Mollalı kənd sakini X2 mülkiyyətinə 0.51 ha torpaq sahəsi verilmişdir. Mülki işə əlavə olunmuş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli Sərəncamından görünür ki, Vətəndaşların yaşını müəyyən edən, adının, ata adının və soyadının dəyişdirilməsi komissiyasının 27 avqust 2008-ci il tarixli, 10 saylı qərarı təsdiq edilərək, xx xxxxxx 1991-ci ildə Bərdə rayonunun Mollalı kəndində anadan olmuş X1 dəyişdirilib doğum haqqında sahadətnaməsində Məmmədov yazılması qərara alnmışdır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Mollalı kəndində yerləşən 0.10 ha torpaq sahəsi Cavabdeh1 tam xüsusi mülkiyyətindədir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş A№9444891 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Mollalı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin hüquq sahibi Cavabdeh1dur. Mülki işə əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, tərəflərin qohumluq və qonşuluq münasibətləri olmaqla Bərdə rayonu Mollalı kəndində yaşayırlar. İddiaçının həyətinə istifadə üçün nəzərdə tutulan su yolu kəsilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı ilə cavabdehlər qonşudurlar. Cavabdehlər iddiaçının həyətyanı torpaq sahəsinə arxın suyunun getməsinə maneə törədirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən . Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 5.3-ci maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: 560.3.5.1. alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; 560.3.5.3. müqavilə üzrə tərəfdaşlar üçün bərabər dəyərli xidmətlərdən ötrü rəqabətdə onların mənafelərinə toxunulmasına səbəb olan müxtəlif şərtlər tətbiq edilməsi; 560.3.5.4. müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olurlar; 560.3.6. kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, o cümlədən: 560.3.6.1. qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi; 560.3.6.2. istehsala nəzarətin, satışın, texniki inkişafın və ya investisiyaların məhdudlaşdırılması; 560.3.6.3. bazarların və ya təchizat mənbələrinin bölünməsi; 560.3.6.4. bu Məcəllənin 560.3.5.3-cü və 560.3.5.4-cü maddələrində göstərilən praktika. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.3-ci maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Həmin Məcəllənin 170.4 -ci maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Cavabdehlər iddia edirlər ki, su yolu olan torpaq sahəsi faktiki olaraq onların istifadə etdikləri torpaq sahəsinə birləşdirilsə də həmin torpaq sahəsi bələdiyyəyə məxsusdur. Həmçinin cavabdehlər bildirirlər ki, onlar həmin evdə yaşamır,ev və torpaq sahəsi onlara məxsus deyil. Bununla bağlı məhkəmənin sualına cavab olaraq cavabdehlər qəti şəkildə suyun açılmasına narazılıqlarının ifadə etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, məhz cavabdehlər su yolunun açılmasına maneələr yaradır. Baxmayaraq ki, torpaq sahəsinin mülkiyyətçisi onlar olmasalar da faktiki olaraq həmin torpaq sahəsindən istifadə edirlər. İddiaçı isə öz növbəsində bildirir ki, cavabdehlər qonşu torpaq sahəsini faktiki istifadə edirlər və nənələri qoca qadın olmaqla heç kimə mane olmur. Odur ki, onun cavabdehlik daşımasına da gərək yoxdur. Məhz cavabdehlər təqsirlidirlər. Məhkəmə qeyd edir ki, iddiaçı neqator iddia tələbindən çıxış edərək hazırkı iddianı irəli sürmüşdür. Belə ki, neqator iddianın predmeti sahiblikdən məhrum etmə ilə əlaqədar olmayan pozuntunun aradan qaldırılmasına yönələn iddiaçının tələbidir. Əksər hallarda üçüncü şəxs özünün qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi ilə mülkiyyətçiyə əmlakdan istifadə səlahiyyətlərini həyata keçirməyə maneə törədir. Həmçinin burada servitut hüquqda pozulmuş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.1-ci maddəsinə əsasən, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Həmin Məcəllənin 255.5-ci maddəsinə əsasən, mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı mülkiyyətində olan Bərdə rayon Mollalı kəndində yerləşən 0.51 ha həyətyanı torpaq sahəsinə gedən su yolunun qarşısını kəsən hörgünün alt hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək su yolu açılmalı, cavabdehlərə sudan istifadəyə maneə yaradan hərəkətlərə qadağa qoyulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsum cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “həyətyanı torpaq sahəsinə gedən su yolunun qarşısını kəsən hörgünün alt hissəsinin cavabdehlərin hesabına sökülərək su yolunun açılması və cavabdehlərin sudan istifadəyə maneə yaradan hərəkətlərinə qadağa qoyulması” tələbinə dair iddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bərdə rayon Mollalı kəndində yerləşən 0.51 ha həyətyanı torpaq sahəsinə gedən su yolunun qarşısını kəsən hörgünün alt hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək su yolu açılsın, cavabdehlərin sudan istifadəyə maneə yaradan hərəkətlərinə qadağa qoyulsun. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1895/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1895/2023
03.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver