Məhkəmə qərarları › İş №2(021)-1899/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1899/2023

15.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1899/2023 15.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X3 09 yanvar 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 onun doğma qardaşıdır. X7 09 yanvar 2023-cü ildə vəfat etmişdir və Alaçadırlı kənd qəbirstanlığında dəfn edilmişdir. X* ölümünü qeydiyyata aldırmamışdır. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.*963-cü il tarixdə Ağdam rayonu Ağdamkənd kəndində anadan olmuşdur. Ağdam rayonu Ağdamkənd sahəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AA№*4420* saylı Məcburi Köçkün vəsiqəsindən görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Bərdə Rayon Bölməsi tərəfindən verilmiş 649 saylı *4.03.2023-cü il tarixli Arayışdan grünür ki, Ərizəçi Bərdə rayon Meşəçilik qəsəbəsində müvəqqəti məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş *5.03.2023-cü i tarixli №*8*-05/*5 nömrəli Arayışdan görünür ki, Ərizəçi xx.xx.*963-cü il tarixdə Ağdam rayonu Ağdamkənd kəndində anadan olmuşdur. Ata qrafasında ata adı X*0, ana qrafasında ana adı X2 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AZE № *4493455 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 *7.06.*957-ci il tarixdə Ağdam rayonu Ağdamkənd kəndində anadan olmuşdur. Ağdam rayonu Ağdamkənd sahəsində qeydiyyatda olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş *5.03.2023-cü i tarixli №*82-05/*5 nömrəli Arayışdan görünür ki, X7 *7.06.*957-ci il tarixdə Ağdam rayonu Ağdamkənd kəndində anadan olmuşdur. Ata qrafasında ata adı X*0, ana qrafasında ana adı X2 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *0.03.2023-cü il tarixli *2*9 saylı arayışda qeyd olunmuşdur ki, X7 09.0*.2023-cü il tarixdə vəfat etmişdir və Alaçadırlı kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş X9, X*4 və X4 tərəfindən tərtib olunmuş *0.03.2023-cü il tarixli Aktdan görünür ki, onlar Ağdam rayon sakini *7.06.*957-ci il tarixdə anadan olmuş X3 *993-cü ildən Bərdə rayon Meşəçilik deyilən ərazisidə yaşadığını 09.0*.2023cü il tarixdə yaşadığı evdə vəfat etdiyini, Bərdə rayon Alaçadırlı kənd qəbirstanlığında dəfn olunduğunu, onun dəfn və yas mərasimində iştirak etdiklərini qeyd etmişdirlər. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli *042 saylı arayışda qeyd olunmuşdur ki, X7 09.0*.2023-cü il tarixdə vəfat etmişdir və Alaçadırlı kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmçinin bu barədə 8 nəfərin iştirakı ilə Akt tətib edilmişdir. İş materiallarına əlavə edilmiş X9, X*4 və X4, X5, X**, X*2, X*5 və Ərizəçi tərəfindən tərtib olunmuş *0.03.2023-cü il tarixli Aktdan görünür ki, onlar Ağdam rayon sakini *7.06.*957-ci il tarixdə anadan olmuş X3 *993-cü ildən Bərdə rayon Meşəçilik deyilən ərazisidə yaşadığını 09.0*.2023-cü il tarixdə yaşadığı evdə vəfat etdiyini, Bərdə rayon Alaçadırlı kənd qəbirstanlığında dəfn olunduğunu, onun dəfn və yas mərasimində iştirak etdiklərini qeyd etmişdirlər. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş *4.03.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə verən X*3 bildirdi ki, ərizəçinin bacısıdır, X7 09 yanvar 2023-cü il tarixdə vəfat etmişdir . Məhkəmə iclasında şahid qismində ifadə verən X9 bildirdi ki,ərizəçinin qonşusudur. X7 09 yanvar 2023-cü il tarixdə vəfat etmişdir . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi qardaşı- X3 09 yanvar 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizəsi təmin edilməli, X3 09 yanvar 2023-cü il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X3 09 yanvar 2023-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar