Məhkəmə qərarları › İş №2(021)-19/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-19/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-19/2023 25.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı "xxxx" BOKT ASC - nin nümayəndəsi X15, Cavabdeh1 və Cavabdeh1 və X2 vəkili X5 iştirakları ilə, İddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 Yusif oğluna qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq:

1. Cavabdeh1 "PARA” BOKT ASC-nin xeyrinə 2011-ci il 07 dekabr tarixli 728B No-li kredit müqaviləsi üzrə 885.21 manat əsas, 1432.97 manat hesablanmış faiz, 230.15 manat dəbbə pulu, cəmi 2548.33 manat; xx.xx.2014-cü il tarixli 304-14B-PK No-li kredit müqaviləsi üzrə 5 998.09 manat əsas, 10 357.54 manat faiz, cəmi 16 355.63 manat; xx.xx.2015-ci il tarixli 033-15B No-li kredit müqaviləsi üzrə 3 952.87 ABŞ dolları əsas, 4174.23 ABŞ dolları faiz, 1 027.75 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 9 154.85 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması;

2. X6 "xxxx" BOKT ASC-nin xeyrinə 2015-ci il 02 oktyabr tarixli 091-15B-01 No-li kredit müqaviləsi üzrə 11 419.24 manat əsas, 9 692.18 manat hesablanmış faiz, 2 877.65 manat dəbbə pulu, cəmi 23 989.07 manat borcu vardır.

3. X10 "xxxx" BOKT ASC-nin xeyrinə 2015-ci il 02 oktyabr tarixli 091-15B-02 No-li kredit müqaviləsi üzrə 11 431.46 manat əsas, 9 707.23 manat hesablanmış faiz, 2 880.73 manat dəbbə pulu, cəmi 24 019.42 manat borcu vardır

4. X7 "xxxx" BOKT ASC-nin xeyrinə 2015-ci il 02 oktyabr tarixli 091-15B-03 No-li kredit müqaviləsi üzrə 13 598.89 manat əsas, 11 436 manat hesablanmış faiz, 3 426.92 manat dəbbə pulu, cəmi 28 461.81 manat borcu vardır

5. X16 "xxxx" BOKT ASC-nin xeyrinə 2015-ci il 02 oktyabr tarixli 091-15B-04 No-li kredit müqaviləsi üzrə 11 431.46 manat əsas, 9 707.23 manat hesablanmış faiz, 2 880.73 manat dəbbə pulu, cəmi 24 019.42 manat borcu vardır.

6. X8 "xxxx" BOKT ASC-nin xeyrinə 2015-ci il 02 oktyabr tarixli 091-15B-03 No-li kredit müqaviləsi üzrə 11 431.46 manat əsas, 9 707.23 manat hesablanmış faiz, 2 880.73 manat dəbbə pulu, cəmi 24 019.42 manat

7. İpoteka predmeti 100 000 manat qiymətləndirilməsinin və borcun əvəzi bu qiymətlə Cavabdeh2 mülkiyyətindəki Bərdə şəhəri Nizami küçəsi 0.02616 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli, Qeyri yaşayış binası (mağaza) tam olaraq açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi;

8. Cavabdeh2 mülkiyyətindəki Bərdə şəhəri Nizami küçəsi 0.02616 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli, Qeyri yaşayış binası (mağaza) tam olaraq boşaldılması

9. Əgər hərracdan əldə olunan məbləğ borc öhdəlini tam ödəmədikdə yerdə qalan məbləğ cavabdehdən ümumi qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT ASC iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh1 əvvəlki "xxxx" ASC-nin (indiki "xxxx" BOKT ASC-nin) "Beyləqan" filialından 2011-ci il 07 dekabr tarixli 728B No-li kredit müqaviləsinə əsasən illik 25 faizlə 48 ay müddətinə yaşayış binasının tikintisi və təmiri məqsədilə 17000 manat; 2014-cü il 24 aprel tarixli 304-14B- PKNo-li kredit müqaviləsinə əsasən illik 27 faizlə 24 ay müddətinə istehlak məqsədilə 6000 manat; 2014-cü il 04 may tarixli 033-15B No-li kredit müqaviləsinə əsasən illik 20 faizlə 24 ay müddətinə ev təmiri məqsədilə 6000 ABŞ dolları borc almışdır. 2014-cü il 04 may tarixli 033-15B No-li kredit müqaviləsinin təminatı olaraq,Cavabdeh2 mülkiyyətindəki, ünvan 1ndə yerləşən 1 girişli 453.8 kv.m ümumi sahədən ibarət olan 2 mərtəbəli qeyri yaşayış binası 12 fevral 2010-cu il tarixli 136 nömrəli ipoteka (girov) müqaviləsinə xx.xx.2015-ci il tarixli 05 nömrəli əlavə və dəyişikliklər müqaviləsi ilə yüklü edilmişdir. Sonrakı ipotekamüqavilələrinotariusda təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır. 2017-ci il mayın 23-dək Cavabdeh1 "xxxx" BOKT ASC-yǝ 2011-ci il 07 dekabr tarixli 728BNo-li kredit müqaviləsi üzrə 885.21 manat əsas, 1172.37 manat hesablanmış faiz, 1632.33 manat dəbbə pulu, cəmi 3689.91 manat; 2017-ci il mayın 23-dək Cavabdeh1"PARA 24 aprel tarixli 304-14B-PKNo-li kredit müqaviləsi üzrə 5998.09 hesablanmış faiz, cəmi 14448.19 manat; 2018-ci il dekabrın 21-dək X26 "xxxx" BOKT ASC-yə 2015-ci il 02 oktyabr tarixli 091- 15B-04 No-li kredit müqaviləsi üzrə 11 431.46 manat əsas, 9 707.23 manat hesablanmış faiz, 2 880.73 manat dəbbə pulu, cəmi 24 019.42 manat borcu vardır 2018-ci il dekabrın 21-dək X18 "xxxx" BOKT ASC-yə 2015-ci il 02 oktyabr tarixli 091- 15B-03 No-li kredit müqaviləsi üzrə 11 431.46 manat əsas, 9 707.23 manat hesablanmış faiz, 2 880.73 manat dəbbə pulu, cəmi 24 019.42 manat borcu vardır Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər. 2018-ci il dekabrın 25-dək Cavabdeh1 "xxxx" BOKT ASC-yə 2011-ci il 07 dekabr tarixli 728B No-li kredit müqaviləsi üzrə 885.21 manat əsas, 1432.97 manat hesablanmış faiz, 230.15 manat dəbbə pulu, cəmi 2548.33 manat; xx.xx.2014-cü il tarixli 304- 14B-PK No-li kredit müqaviləsi üzrə 5 998.09 manat əsas, 10 357.54 manat faiz, cəmi 16 355.63 manat; xx.xx.2015-ci il tarixli 033-15B No-li kredit müqaviləsi üzrə 3 952.87 ABŞ dolları əsas, 4 174.23 ABŞ dolları faiz, 1 027.75 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 9 154.85 ABŞ dolları borcu vardır. 2018-ci il dekabrın 21-dək X19 "xxxx" BOKT ASC-ya 2015-ci il 02 oktyabr tarixli 091- 15B-01 No-li kredit müqaviləsi üzrə 11 419.24 manat asas, 9 692.18 manat hesablanmış faiz, 2 877.65 manat dəbbə pulu, cəmi 23 989.07 manat borcu vardır. 2018-ci il dekabrın 21-dək X24 "xxxx" BOKT ASC-yə 2015- ci il 02 oktyabr tarixli 091- 15B-02 No-li kredit müqaviləsi üzrə 11 431.46 manat əsas, 9 707.23 manat hesablanmış faiz, 2 880.73 manat dəbbə pulu, cəmi 24 019.42 manat borcu vardır 2018-ci il dekabrın 21-dək X20 "xxxx" BOKT ASC-yə 2015-ci il 02 oktyabr tarixli 091- 15B-03 No-li kredit müqaviləsi üzrə 13 598.89 manat əsas, 11 436 manat hesablanmış faiz, 3 426.92 manat dəbbə pulu, cəmi 28 461.81 manat borcu vardır Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)2857/2021 saylı qərardadı ilə İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, X11, X21, X12, X22, X13 qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə X9 və Cavabdeh2 Yusif oğlu ipoteka qoyan Cavabdeh2 psosessual hüquq varisi kimi tanınıb cavabdeh qismində cəlb edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)2857/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə X9 yetkinlik yaşına çatmayan Cavabdeh2 Yusif oğlunun qanuni nümayəndəsi qismində cəlb edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)2857/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, X21, X12, X22, X13 qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə cavabdehlər X11, X21, X12, X22, X13 münasibətdə icraat ayrılmış və aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" BOKT ASC- nin nümayəndəsi X25 iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 xx.xx.2011-ci il tarixli, №728B saylı Kredit (Borc) Müqaviləsi üzrə iddia müddəti keçdiyindən idddia müdətinin tətbiq olunması barədə verdiyi ərizəni müdafiə edərək təmin olunmasını, digər müqavilələr üzrə faiz və dəbbə pulunun silinməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 və X2 vəkili X17 xx.xx.2011-ci il tarixli, №728B saylı Kredit (Borc) Müqaviləsi üzrə iddia müddəti keçdiyindən idddia müdətinin tətbiq olunması barədə verilmiş ərizəni müdafiə edərək təmin olunmasını, digər müqavilələr üzrə faiz və dəbbə pulunun silinməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş "xxxx" ASC, Cavabdeh1 (kredit alan), Cavabdeh2 (təminat verən) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, №728B saylı Kredit (Borc) Müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 25% olmaqla 17000 (on yeddi min) manat məbəğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC, Cavabdeh1 (təminat verən və kredit alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, №304-14B-PK saylı Kredit (Borc) Müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 30 gün gözəşt dövrü ilə 24 ay müddətinə illik 27% olmaqla 6000 (altı min) manat məbəğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC, Cavabdeh1 (kredit alan), Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №033-15B saylı Kredit (Borc) Müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 20% olmaqla 6000 (altı min) ABŞ dolları məbəğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC, Cavabdeh1 (kredit alan), Cavabdeh2 (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2010-cu il tarixli, №136 saylı İpoteka Müqaviləsindən görünür ki, "xxxx" ASC, Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, №136 saylı Kredit (Borc) Müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki, (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə şəhər (rayon) Ərazı İdarəsində dövlət reyestrində qeydə alınıb, verilmiş seriya MH No 0011719, 1 nömrəli reyestr kitabının 151 nömrəli vərəqində reyestr nömrəsi **********40-06301, ********** qeydiyyat nömrəsilə xx.xx.2009-cu il tarixli Çıxarışa əsasən) ünvan 1ndə 0.02616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli, 2 mərtəbəli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət qeyri yaşayış binası (mağaza) ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 40 000 (qırx min) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC, Cavabdeh1 (kredit alan),, Cavabdeh2 (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2010-cu il tarixli, №136 saylı İpoteka Müqaviləsinə xx.xx.2011-ci il tarixli №04 nömrəli Əlavədən görünür ki, "xxxx" ASC, Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, №728B saylı Kredit (Borc) Müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki, (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə şəhər (rayon) Ərazı İdarəsində dövlət reyestrində qeydə alınıb, verilmiş seriya MH No 0011719, 1 nömrəli reyestr kitabının 151 nömrəli vərəqində reyestr nömrəsi **********40-06301, ********** qeydiyyat nömrəsilə xx.xx.2009-cu il tarixli Çıxarışa əsasən) ünvan 1ndə 0.02616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli, 2 mərtəbəli, 453.8kv-m ümumi, 453.8kv-m əsas sahədən ibarət qeyri yaşayış binası (mağaza) ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 100 000 (bir yüz min) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC, Cavabdeh1 (kredit alan), Cavabdeh2 (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2010-cu il tarixli, №136 saylı İpoteka (Girov) Müqaviləsinə xx.xx.2015-ci il tarixli №05 nömrəli Əlavə və dəyişikliklər müqaviləsindən görünür ki, "xxxx" ASC, Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №033-15B saylı Kredit (Borc) Müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki, (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə şəhər (rayon) Ərazı İdarəsində dövlət reyestrində qeydə alınıb, verilmiş seriya MH No 0011719, 1 nömrəli reyestr kitabının 151 nömrəli vərəqində reyestr nömrəsi **********40-06301, ********** qeydiyyat nömrəsilə xx.xx.2009-cu il tarixli Çıxarışa əsasən) ünvan 1ndə 0.02616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv-m ümumi, 453.8kv-m əsas sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası (mağaza) ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 100 000 (bir yüz min) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş MA seriyalı, №0011719 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ndə mülkiyyətində olan 0.02616 ha torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 151 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş RX seriyalı, №0703347 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu H.Əliyev prospektində yerləşən qeyri-yaşayış binası (mağaza) 0.02616 ha torpaq sahəsi ilə birlikdə №091-15B-01,02,03,04.05 nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqavilələri üzrə öhdəliyin təminatı olaraq "xxxx" ASC-nin xeyrinə 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş iltizamdan görünür ki, Cavabdeh2 ipoteka qoyulmuş qeyriyaşayış binasına (mağaza) tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka qoyana (mənə) verildiyi (göndərildiyi) andan 7(yeddi) gün ərzində borc öhdəliyi yerinə yetirilməzsə ən geci bir ay ərzində qeyri-yaşayış binasını (mağaza) könüllü tərk etməsi barədə iltizam vermişdir. Mülki işə əlavə edilmiş Cavabdeh2 notarial qaydada təsdiq olunmuş xx.xx.2011-ci il tarixli İltizamdan görünür ki, Cavabdeh2 ipoteka qoyulmuş qeyri-yaşayış binasına (mağaza) tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka qoyana (mənə) verildiyi (göndərildiyi) andan 7(yeddi) gün ərzində borc öhdəliyi yerinə yetirilməzsə ən geci bir ay ərzində qeyri-yaşayış binasını könüllü tərk etməsi barədə iltizam vermişdir. Mülki işə əlavə edilmiş Cavabdeh2 notarial qaydada təsdiq olunmuş xx.xx.2011-ci il tarixli İltizamdan görünür ki, Cavabdeh2 ipoteka qoyulmuş qeyri-yaşayış binasına (mağaza) tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka qoyana (mənə) verildiyi (göndərildiyi) andan 7(yeddi) gün ərzində borc öhdəliyi yerinə yetirilməzsə ən geci bir ay ərzində qeyri-yaşayış binasını könüllü tərk etməsi barədə iltizam vermişdir. Mülki işə əlavə edilmiş X2 notarial qaydada təsdiq olunmuş xx.xx.2011-ci il tarixli Ərizədən görünür ki, X9 əri Cavabdeh2 məxsus olan və Bərdə şəhəri Nizami küçəsində yerləşən qeyri-yaşayış binasının ipotekaya qoyulmasına razılıq verdiyini və yuxarıda qeyd olunan ipoteka predmetine tutma (ödəniş) yönəldikdə fərdi yaşayış evini dərhal tərk etmək öhdəliyini qəbul etdiyini bildirmişdir. Mülki işə əlavə edilmiş X2 notarial qaydada təsdiq olunmuş xx.xx.2011-ci il tarixli Ərizədən görünür ki, X9 əri Cavabdeh2 məxsus olan və Bərdə şəhəri Nizami küçəsində yerləşən qeyri-yaşayış binasının ipotekaya qoyulmasına razılıq verdiyini və yuxarıda qeyd olunan ipoteka predmetine tutma (ödəniş) yönəldikdə qeyri-yaşayış binasını dərhal tərk etmək öhdəliyini qəbul etdiyini bildirmişdir. Mülki işə əlavə edilmiş X2 notarial qaydada təsdiq olunmuş xx.xx.2015-ci il tarixli Ərizədən görünür ki, X9 əri Cavabdeh2 məxsus olan və ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasının ipotekaya qoyulmasına razılıq verdiyini və yuxarıda qeyd olunan ipoteka perdmetinə ipoteka tutma (ödəniş ) yönəldikdə yaşayış evinin (mənzilin) dərhal tərk etməyi qəbul etdiyini bildirmişdir. Həmçinin bu ərizə yuxarıda göstərilən fərdi yaşayış evinin girovu ilə təmin olunan əsas öhdəliyin ahiyyəti ölcüsü və ya icra müddəti gələcəkdə dəyişdiyi hallarda da həmçinin gələcəkdə yaranacaq digər öhdəliklərin icrasının təmin olunması üçün onun həmin fərdi yaşayış evinin girovuna dair razılığını ifadə etdiyini də qeyd etmişdir. Mülki işə əlavə edilmiş AZ-İİ № 014240 nömrəli Ölüm haqqında Şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli çixarışdan görünür ki, Cavabdeh2 ilə X2 nikahı haqqında xx.xx.1968-ci il tarixdə 162 nömrəli akt qeydi tərtib olunmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2019 tarixdə ölmüş Cavabdeh2 vərəsələri: arvadı - HƏSƏNOVA MAHİZƏR NİFTALİ QİZİ - BƏRDƏ, GƏNCƏ KÜÇ., ev 24 (AZE 07346928, xx/xx/2010 - BƏRDƏ RPŞ) 2009-cu ildə doğulmuş oğlu - Cavabdeh2 YUSİF OĞLU- BƏRDƏ, GƏNCƏ KÜÇ., ev 24 (AZE 10694731, xx/xx/2015-BƏRDƏ RPŞ) və onlar miras əmlakdan 1/2 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 08 avqust 2019-cu il tarixli, **********5 saylı məktubuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin hesabında xx.xx.1937-ci ildə anadan olmuş və xx.xx.2019- cu il tarixdə vəfat etmiş mərhum Cavabdeh2 adına olan 1913.45 (bir min doqquz yüz on üç manat qırx beş qəpik) manat məbləğində pul vəsaitindən ibarətdir. Mülki işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh1 xx.xx.2011-cİ il tarixli, №728B saylı kredit müqaviləsi üzrə "xxxx" BOKT ASC -yə 885,21 manat əsas borc, 1432,97 manat faiz borcu, 230,15 manat cərimə borcu olmaqla, ümumilikdə 2548,33 manat borcu vardır. Mülki işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, №304-14B-PK saylı kredit müqaviləsi üzrə "xxxx" BOKT ASC -yə 5998,09 manat əsas borc, 10357,54 manat faiz borcu olmaqla, ümumilikdə 16355,63 manat borcu vardır. Mülki işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, №033-15B saylı kredit müqaviləsi üzrə "xxxx" BOKT ASC -yə 3952,87 USD əsas borc, 4174,23 USD faiz borcu, 1027,75 USD cərimə borcu olmaqla, ümumilikdə 9154,85 USD borcu vardır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/954 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1: xx.xx.2011-ci il tarixli 728B nömrəli kredit müqaviləsi üzrə: xx.xx.2015-ci il tarixədək (müqavilənin bitmə tarixi) banka olan əsas borcu borcu 998,15 manat, xx.xx.2015-ci il tarixə: əsas borc üzrə 863,18 manat, faiz borcu üzrə 134,97 manat; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2011-ci il tarixli 728B saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2019-cu il tarixədək (sualda göstərilən tarix) tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu borcu 774,23 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2019-cu il tarixə: əsas borcu üzrə 610,36 manat, faiz borcu üzrə 163,87 manat; Həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2019-cu il tarixində 168,02 manat məbləğində cari hesaba kompensasiya mədaxil olunmuş və əsas borcdan silinmişdir. Ödənilmiş 168,02 məbləğində kompensasiya nəzərə alındığı təqdirdə Cavabdeh1 banka 606,21 manat məbləğində borcu qalacaqdır, o cümlədən: əsas borcu üzrə 442,34 manat, faiz borcu üzrə 163,87 manat; xx.xx.2014-ci il tarixli 304-14B-PK nömrəli kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2014-ci il tarixli, 304- 14B-PK saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2016-cı il tarixədək (müqavilə müddətini bitdiyi tarix) banka olan borcu 7935.70 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2016-cı il tarixə: əsas borcu üzrə 7383,62 manat, faiz borcu üzrə 552.11 manat; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2014-ci il tarixli, 304- 14B-PK saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2019-cu il tarixədək (sualda göstərilən tarix) tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu 9025,81 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2019-cu il tarixə: əsas borcu üzrə 7383,62 manat, faiz borcu üzrə 1642,22 manat; Həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2019-cu il tarixində 1138,49 manat məbləğində cari hesaba kompensasiya mədaxil olunmuş və əsas borcdan silinmişdir. Ödənilmiş 1138,49 manat məbləğində kompensasiya nəzərə alındığı təqdirdə Cavabdeh1 banka 7887,35 manat məbləğində borcu qalacaqdır, o cümlədən: əsas borcu üzrə 6245,13 manat, faiz borcu üzrə 1642,22 manat; xx.xx.2015-ci il tarixli 033-15B nömrəli kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci tarixli 033- 15B saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2017-ci il tarixədək (müqavilə müddətinin bitdiyi tarix) banka olan borcu 4551,06 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən xx.xx.2017-ci il tarixə: əsas borcu üzrə 3959,35 USD, faiz borcu üzrə 591,70 USD; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci tarixli 033- 15B saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2019-cu il tarixədək (sualda göstərilən tarix) olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu 4902,45 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2019-cu il tarixə : əsas borcu üzrə 3959,35 USD, faiz borcu üzrə 943,10 USD; Həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2019-cu il tarixində 750,29 ABŞ dolları məbləğində cari hesaba kompensasiya medaxil olunmuş və əsas borcdan silinmişdir. Ödənilmiş 750,29 ABŞ dolları məbləğində kompensasiya nəzərə alındığı təqdirdə Cavabdeh1 banka 4152,16 ABŞ dolları məbləğində borcu qalacaqdır, o cümlədən: əsas borcu üzrə 3209,06 USD, faiz borcu üzrə 943,10 USD; (Ekspert xərci 100 AZN) Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə 02-166/22 saylı xx.xx.2022-ci il tarixli Rəydən görünür ki, ********** qeydiyyat nömrəli MH seriyalı No0011719 saylı Çıxarışa Əsasən Cavabdeh1 adına rəsmiləşdirilmiş ünvan 1ndə 0.02616 ha torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.metr ümumi, 453.8 kv.metr əsas sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının real bazar dəyəri, həmçinin likvid dǝyǝri torpaq sahəsi ilə birlikdə 12 dekabr 2022-ci il tarixinə: bazar dəyəri 250 000,0 (iki yüz əlli min) manat dəyərində, likvid dəyəri isə 212 500,0 (iki yüz on iki min beş yüz) manat dəyərində qiymətləndirilmişdir. Qiymətləndirmə xərci 150 manat təşkil edir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/3928-9/4140 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1ndə yerləşən, Cavabdeh2 məxsus olan qeyri-yaşayış binasının hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 294000.0 manat məbləğində, likvid dəyəri isə təqribən 265 000 manat məbləğində müəyyən edilir. (Ekspert xərci 100 AZN) Mülki işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" BOKT ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 xx.xx.2011-ci il tarixli, №728B saylı Kredit (Borc) Müqaviləsinə əsasən 48 ay müddətinə illik 25% olmaqla 17000 (on yeddi min) manat məbəğində, xx.xx.2014-cü il tarixli, №304-14B-PK saylı Kredit (Borc) Müqaviləsinə əsasən 30 gün gözəşt dövrü ilə 24 ay müddətinə illik 27% olmaqla 6000 (altı min) manat məbəğində, xx.xx.2015-ci il tarixli, №033-15B saylı Kredit (Borc) Müqaviləsinə əsasən 24 ay müddətinə illik 20% olmaqla 6000 (altı min) USD məbəğində kredit verilmişdir. xx.xx.2011-ci il tarixli, №728B saylı və xx.xx.2015-ci il tarixli, №033-15B saylı Kredit (Borc) Müqavilərinin təminatı olaraq xx.xx.2010-cu il tarixli, №136 saylı İpoteka Müqaviləsinə xx.xx.2011-ci il tarixli №04 nömrəli Əlavə və xx.xx.2010-cu il tarixli, №136 saylı İpoteka (Girov) Müqaviləsinə xx.xx.2015-ci il tarixli №05 nömrəli Əlavə və dəyişikliklər müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətindəki, (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə şəhər (rayon) Ərazı İdarəsində dövlət reyestrində qeydə alınıb, verilmiş seriya MH No 0011719, 1 nömrəli reyestr kitabının 151 nömrəli vərəqində reyestr nömrəsi **********40-06301, ********** qeydiyyat nömrəsilə xx.xx.2009-cu il tarixli Çıxarışa əsasən) ünvan 1ndə 0.02616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli, 2 mərtəbəli, 453.8kv-m ümumi, 453.8kv-m əsas sahədən ibarət qeyri-yaşayış binası (mağaza) ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyan Cavabdeh2 xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən X9 və Cavabdeh2 Yusif oğlu ipoteka qoyan Cavabdeh2 vərəsələri olduğundan psosessual hüquq varisi kimi tanınıb cavabdeh qismində cəlb edilmişlər. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)2857/2021 saylı qərardadı ilə mülki iş üzrə X9 yetkinlik yaşına çatmayan Cavabdeh2 Yusif oğlunun qanuni nümayəndəsi qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Göründüyü kimi, Cavabdeh1 Kredit (Borc) Müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, №728B saylı Kredit (Borc) Müqaviləsi üzrə borc tələbinə münasibətdə iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən və iddia müddəti keçdiyinə görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2011-ci il tarixli, №728B saylı Kredit (Borc) Müqaviləsi 48 ay müddətinə bağlanmış, iddia ərizəsi isə məhkəməyə xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı Cavabdeh1 da iddia müddətinin tətbiq olunmasına dair ərizə vermişdir. İş materialına əlavə olunmuş hesabdan çıxarışdan və ekspert rəyininin tədqiqat prosesinin təsviri hissəsindən görüür ki, xx.xx.2011-ci il tarixli, №728B saylı Kredit (Borc) Müqaviləsi üzrə axırıncı ödəniş xx.xx.2015-ci il tarixdə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarından göründüyü kimi, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır . Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Cavabdeh X4 iddia müddətinin keçməsinə dair ərizəsinə münasibət olaraq iddiaçının nümayəndəsi bunu təkzib edəcək sübutu onunla əsaslandırmışdır ki, xx.xx.2019-cü il tarixdə, yəni iddia daxil olduqdan sonra kredit müqaviləsi üzrə ödəniş edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, kredit müqaviləsinin bitdiyi andan 3 il ərzində ödəniş olmamışdır. İddia ərizəsi daxil olduqdan sonra kredit müqaviləsi üzrə ödəniş olması tələbkarın həmin ödənişi qəbul etməsi aktı kimi qiymətləndirilməlidir. Bu hal iddia müddətinin keçməməsinə əsas olan hal deyildir. Məhkəmə qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Mülki Məcəllənin 377.1.-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi anoloji hüquqi mövqedən çıxış edərək Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 20 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. (paraqraf 33). Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, xx.xx.2011-ci il tarixli, №728B saylı Kredit (Borc) Müqaviləsi üzrə borc tələbinə münasibətdə iddia müddəti keçdiyindən, iddiaçı "xxxx" BOKT ASC-nin iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə xx.xx.2014-cü il tarixli, №304-14B-PK saylı Kredit (Borc) Müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, Ekspert rəyi əsasında Cavabdeh1 banka olan əsas borc məbləğinin tələb olunan məbləğdən yüksək həddə olması müəyyən edilsə də, iddiaçı bank tərəfindən iddia tələbinin həcmi artırılmadığından iddia tələbinin əsas borc məbləğinə münasibətdə tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Məhkmə xx.xx.2014-cü il tarixli, №304-14B-PK saylı Kredit (Borc) Müqaviləsi üzrə faiz borcuna münasibətdə qeyd edir ki, Kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi faiz borc 10357,54 manat olmuş, lakin ekspert rəyində faiz borc məbləğ 1642,22 manat müəyyən olunmuşdur. Ekspert rəyi əsasında Cavabdeh1 banka olan xx.xx.2014-cü il tarixli, №304-14B-PK saylı Kredit (Borc) Müqaviləsi üzrə faiz borc məbləğinin tələb olunan məbləğdən az olması müəyyən edildiyindən iddia tələbi faiz borc məbləğinə münasibətdə ekspert rəyi əsas götürülməlidir. Məhkəmə xx.xx.2015-ci il tarixli, №033-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi əsas borc 3952,87 ABŞ dolları, faiz borc 4174,23 ABŞ dolları olmuş, lakin ekspert rəyində əsas borc 3209,06 ABŞ dolları, faiz borc məbləğ 943,10 ABŞ dolları müəyyən olunmuşdur. Ekspert rəyi əsasında Cavabdeh1 banka olan kredit müqaviləsi üzrə əsas və faiz borc məbləğinin tələb olunan məbləğdən az olması müəyyən edildiyindən iddia tələbi xx.xx.2015-ci il tarixli, №033-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə əsas və faiz borc məbləğinə münasibətdə ekspert rəyi əsas götürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli, №033-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir Mülki Məcəllənin 467-ci maddəsinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı "xxxx" BOKT ASC-nin iddiasının xx.xx.2015-ci il tarixli, №033-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə 1027,75 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 200 ABŞ dolları məbləğində pul tutulmalıdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, xx.xx.2015-ci il tarixli, №033-15B saylı Kredit (Borc) Müqaviləsinin təminatı olaraq xx.xx.2010-cu il tarixli, №136 saylı İpoteka Müqaviləsinə xx.xx.2011-ci il tarixli №04 nömrəli Əlavə və xx.xx.2010-cu il tarixli, №136 saylı İpoteka (Girov) Müqaviləsinə xx.xx.2015-ci il tarixli №05 nömrəli Əlavə və dəyişikliklər müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətindəki, (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə şəhər (rayon) Ərazı İdarəsində dövlət reyestrində qeydə alınıb, verilmiş seriya MH No 0011719, 1 nömrəli reyestr kitabının 151 nömrəli vərəqində reyestr nömrəsi **********40-06301, ********** qeydiyyat nömrəsilə xx.xx.2009-cu il tarixli Çıxarışa əsasən) ünvan 1ndə 0.02616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli, 2 mərtəbəli, 453.8kv-m ümumi, 453.8kv-m əsas sahədən ibarət qeyri-yaşayış binası (mağaza) ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.2-ci madəsinə əsasən, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, xx.xx.2015-ci il tarixli, №033-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə şəhər (rayon) Ərazı İdarəsində dövlət reyestrində qeydə alınıb, verilmiş seriya MH No 0011719, 1 nömrəli reyestr kitabının 151 nömrəli vərəqində reyestr nömrəsi **********40-06301, ********** qeydiyyat nömrəsilə xx.xx.2009-cu il tarixli Çıxarışa əsasən) ünvan 1ndə 0.02616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli, 2 mərtəbəli, 453.8kv-m ümumi, 453.8kv-m əsas sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməli, həmin qeyri-yaşayış binası açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş ünvan 1ndə 0.02616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli, 2 mərtəbəli, 453.8kv-m ümumi, 453.8kv-m əsas sahədən ibarət qeyri-yaşayış binasının qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın likvid qiyməti 265000 manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan mənzilin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yüklü edilmiş ünvan 1ndə 0.02616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli, 2 mərtəbəli, 453.8kv-m ümumi, 453.8kv-m əsas sahədən ibarət qeyri-yaşayış binasının likvid bazar dəyəri 265000 manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti mütəxəsis rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan ünvan 1ndə 0.02616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli, 2 mərtəbəli, 453.8kv-m ümumi, 453.8kv-m əsas sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldikdə boşaldılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə İpoteka predmetinin boşaldılması ilə bağlı qeyd edir ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Lakin, bu halda iddia ərizəsində müəyyən olunur ki, bank tərəfindən iddia tələbində ipoteka predmetindən çıxarılma nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin satışından əldə olunmuş vəsait kifayət etmədiyi təqdirdə qalan borcun ümumi qaydada tutulması tələbi təmin oluna bilməz. Çünki, həmin tələb iddia icraatı qaydasında yox, “İcra haqqında “qanuna əsasən tənzimləndiyindən icra zaman həll olunan məsələdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" BOKT ASC-nin iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 Yusif oğlundan xx.xx.2014-cü il tarixli, №304-14B-PK saylı Kredit (Borc) Müqaviləsi üzrə 5998,09 manat əsas, 1642,22 manat faiz borcu olmaqla, cəmi 7640,31 manat, xx.xx.2015-ci il tarixli, №033-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə 3209,06 ABŞ dolları əsas, 943,10 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4352,16 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan manatı məzənnəsinə uyğun olaraq LPO "xxxx" BOKT ASC-nin xeyrinə tutulmalı, xx.xx.2015-ci il tarixli, №033-15B saylı Kredit (Borc) Müqaviləsi üzrə tutulan məbləğ Cavabdeh2 mülkiyyətindəki ünvan 1ndə 0.02616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli, 2 mərtəbəli, 453.8kv-m ümumi, 453.8kv-m əsas sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməli, qeyri-yaşayış binasının ilkin satış qiyməti 265000 (iki yüz altmış beş min) manat müəyyən olunmalı, qeyri-yaşayış binası açıq hərracdan satılmalı,əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçisilərinə qaytarılmalı, qeyri-yaşayış binası satıldıqdan sonra boşaldılmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1, iddiaçı "xxxx" BOKT ASC -nin xeyrinə tutulmalıdır. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 150 manat Cavabdeh1 tutularaq "xxxx" MMC -yə ödənilməlidir. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının cəmi dəyəri 100 manat Cavabdeh1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Tikinti-Texniki Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2014-cü il tarixli, №304-14B-PK saylı Kredit Müqaviləsi üzrə 5998,09 manat əsas, 1642,22 manat faiz borcu olmaqla, cəmi 7640,31 manat, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, №033-15B saylı Kredit Müqaviləsi üzrə 3209,06 ABŞ dolları əsas, 943,10 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4352,16 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan manatı məzənnəsinə uyğun olaraq LPO "xxxx" BOKT ASC-nin xeyrinə tutulsun. xx.xx.2015-ci il tarixli, №033-15B saylı Kredit Müqaviləsi üzrə tutulan məbləğ ipoteka qoyan –mərhum Cavabdeh2 mülkiyyətindəki ünvan 1ndə 0.02616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 girişli, 2 mərtəbəli, 453.8kv-m ümumi, 453.8kv-m əsas sahədən ibarət qeyri-yaşayış binasına yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 265000 (iki yüz altmış beş min) manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçiyə qaytarılsın. İpoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 30,00 manat dövlət rüsumu Cavabdeh1 alınaraq "xxxx" BOKT ASC yə ödənilsin. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 150 manat Cavabdeh1 tutularaq "xxxx" MMC -yə ödənilsin. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının cəmi dəyəri 100 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Tikinti-Texniki Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar