Məhkəmə qərarları › İş №2(021)-1910/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1910/2022

06.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1910/2022 06.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu X1 03 avqust 2011-ci ildə ölməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X7 23 sentyabr 1991-ci il tarixdə doğulmuşdur, 03 avqust 2011-ci il tarixdə Yevlax rayonu, Xanabad kəndi ərazisində yerləşən qayadan ehtiyatsızlıq nəticəsində yıxılmış və aldığı xəsarətlərdən vəfat etmişdir. Həmin vaxtı ağır sarsıntılar keçirdiyindən və başı yas mərasiminə qarışdığından oğlu X2 ölüm haqqında şəhadətnamə ala bilməmişdir, ölümdən uzun müddət keçdiyindən isə Qeydiyyat Şöbəsində ölüm haqqında şəhadətnamə ala bilmir. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində X4 izahatında göstərdi ki, Ərizəçi yaxşı tanıyır, onun oğlu X7 2011-ci ildə ehtiyatsızlıqdan qayadan yığılıb vəfat edibdir. Lakin ona başları qarışıq olduğu üçün ölüm haqqında şəhadətnamə almayıblar. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, Ərizəçi ilə həmkəndli olmaqla qonşuluqda yaşayır, həmdə qohumdurlar, Baloğlanın oğlu 2011-ci ilin avqust ayında ehtiyatsızlıqdan qayadan yıxılıb və vəfat edib, o, da, bütün kənd camaatıda dəfn və yas mərasimində iştirak ediblər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1963-cü ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 13204790 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 28 iyun 1961-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Mehdixanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 08 mart 1959-cu ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu, Mehdixanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 143 nömrəli, 07 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Hacallı kəndində yaşayır. İş materiallarında olan XVİ-JQ 259820 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 23 sentyabr 1991-ci ildə doğulmuşdur, atası Ərizəçi, anası X3r. İş materiallarında olan Bərdə rayonu, Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 194 nömrəli, 07 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X8 03 avqust 2011-ci il tarixdə Yevlax rayonunun Xanabad kəndi ərazisində yerləşən qayalıqdan ehtiyatsızlıq nəticəsində yıxılması zamanı aldığı xəsarətlər nəticəsində ölmüş, 04 avqust 2011-ci il tarixdə Hacallı kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Yevlax rayonu Prokurorluğunun 05 avqust 2011-ci il tarixli zinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən müəyyən olunur ki, cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanılması rədd edilmişdir. İş materiallarında olan qəbrin fotoşəkilindən görünür ki, X6 23 sentyabr 1991-ci ildə doğulmuş, 03 avqust 2011-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 fevral 2022-ci il tarixli 55-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, ona ölüm faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X1 03 avqust 2011-ci ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 23 sentyabr 1991-ci ildə doğulmuş X1 03 avqust 2011-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar