Məhkəmə qərarları › İş №2(021)-1925/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1925/2023

08.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1925/2023 08.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi X4 iştirakı ilə, Ərizəçi X4 ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi X8 ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı X3 26 dekabr 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X8 ərizəsini onunla əsaslandırmışdır ki, *948-ci il təvəllüdlü həyat yoldaşı X5 26 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı X*5 rayon Xanərəb kənd qəbrstanlığında dəfn edilmişdir. Həyat yoldaşı X2 Qeydiyyat Şöbəsində ölüm aktı qeydiyyata alınmamışdır. Bu da, həyat yoldaşı Ofeliyanın ölümü ilə bağlı bir çox məsələlərin həllində problemlər yaratmışdır. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Qeydiyyat Şöbəsinə müraciət edilmiş, həyat yoldaşının ölümünün qeydə alınması ilə bağlı məhkəməyə müraciət etmələri bildirilmişdir. Məhkəmə iclasında ərizəçi X8 ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, ərizəçi X8 ilə qonşudur. Onun həyat yoldaşı vəfat edib, lakin onun ölümünü qeyd etdirməyiblər. Ona görə də ölüm haqqında şəhadətnamə ala bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*3 izahatında göstərdi ki, X8 ilə həmkəndli olmaqla, qonşuluqda yaşayırlar, onun həyat yoldaşı Ofelya vəfat edib, dəfn və yas mərasimində o, da iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE *66576*9 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 0* avqust *964-cü ildə Bərdə rayonu, Xanərəb kəndində doğulmuşdur, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatdadır. İş materiallarında olan AA *262858 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*4 08 dekabr *968-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 xx xxxx *948-ci ildə Bərdə rayonu, Xanərəb kəndində doğulmuşdur, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 04292975 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 05 yanvar *948-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olmuşdur. İş materiallarında olan Bərdə rayon Xanərəb kənd həkim məntəqəsi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, 05 yanvar *948-ci il təvəllüdlü X6 26 dekabr 2022-ci ildə qida borusunun xərçəngi xəsəliyindən vəfat etmişdir. İş materiallarında olan Bərdə rayonu Xanərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş **2 nömrəli, 27 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X* rayonu, Xanərəb kəndində yaşayır. İş materiallarında olan Bərdə rayonu Xanərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş **2 nömrəli, 2* mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X6 vəfat etmiş, Bərdə rayonu, Xanərəb kənd qəbirstanlığında dəfn edilib. İş materiallarında olan qəbrin fotoşəkilindən müəyyən olunur ki, X6 05 yanvar *948-ci ildə doğulmuş, 26 dekabr 2022-ci ildə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 20 fevral 2023-ci il tarixli, 3-*6-5/8-*5- **5/2023 nömrəli məktubdan müəyyən olunur ki, X7 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X3 26 dekabr 2022-ci ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ölüm faktının müəyyən olunması ərizəçinin lazımi sənədləri başqa qaydada ala bilməməsi üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 05 yanvar *948-ci ildə doğulmuş X3 26 dekabr 2022-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar