Məhkəmə qərarları › İş №2(021)-1978/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1978/2023

18.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1978/2023 18.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış 16 fevral 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 14 oktyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurub evlənmişlər, birgə nikah dövründən 08 iyul 2014-cü il təvəllüdlü X17 və 12 yanvar 2022-ci il təvəllüdlü X14 adlı iki övladları anadan olmuşdur. Aralarında olan narazılığa görə münasibətləri xeyli zamandır ki, pozulmuşdur. Belə ki, həyat yoldaşı Maraqlı şəxs onu bir həyat yoldaşı kimi saymır, tez-tez evdə əsassız söz söhbətlər yaradır. Onların arasında olan ər arvad münasibətləri tamamilə pozulmuşdur. Cavabdehlə birlikdə ailə kimi yaşamaq istəmir. Bunun üçündə nikahları formal xarakter daşıyır, nikahlarının pozulmasında israrlıdır. Ayrılmaqlarının səbəbi də cavabdehin onlara heç bir maddi yardım etməməsidir. Cavabdeh nə ona nədəki övladlarına ayrıldıqları gündən bu vaxta qədər heç bir köməkli etməyibdir. O, isə övladlarını təkbaşına saxlamaqda çətinlik çəkir, cavabdeh isə övladlarının saxlanılması üçün heç bir yardım və maddi köməklik etmir. Ayrılmaqlarının səbəbidə cavabdehin onlara baxmamasıdır. Bunun üçündə o, ilkin prosedur kimi Mediaya şurasına müraciət etmiş və mediasiya təşkilatından onların işlərinə baxılması üçün X3 təyin edilmişdir. İlkin Mediasiya prosesində cavabdeh onunla ortaq fikrə gələrək aralarında bağlanmış 14 oktyabr 2013-cü il tarixli nikahın pozulmasına, 08 iyul 2014-cü il təvəllüdlü X17 və 12 yanvar 2022-ci il təvəllüdlü X8 onun himayəsində saxlanılmasına heç bir etirazının olmadığını və birinci təklifin təklif edildiyi hər ay hər uşaq üçün 220 manat olmaq cəmi 440 manat məbləğində aliment ödəməyə maddi imkanı olmadığını bildirərək hər ay 50 olmaqla cəmi 100 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Bununla bağlı 16 fevral 2023-cü il tarixdə Mediasiya təşkilatında öz aralarında Barışıq sazişi bağlanmışdır. Bunun üçündə barışıq sazişinin təstiq olunmasını istəyir. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinə uyğun izahat verərək ərizəsində göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs iddianı qəbul edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinimn izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1988-ci ildə Şuşa şəhərində doğulmuşdur, Ağdam rayonu, Ətyeməzli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AA 125525 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 şəhərindən məcburi köçkündür. Mülki işə əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs xx xxxx 1983-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 65 nömrəli, 23 yanvar 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Ağdam rayonu, Ətyeməzli kəndində qeydiyyatda olmasına baxmayaraq müvəqqəti olaraq Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZ-İ 855269 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs ilə X6 arasında nikah Ağdam Rayon İHB-nin Qiyaslı kənd İƏD üzrə nümayəndəliyində 14 oktyabr 2013-cü il tarixdə, 24 nömrəli akt qeydi ilə bağlanmışdır, nikahdan sonra arvada Aslanova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İİİ 355540 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 08 iyul 2014-cü ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş AZ-Vİ 692145 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 12 yanvar 2022-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 26 fevral 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, Maraqlı şəxs X4 birgə nikahları dövründə dünyaya gəlmiş 08 iyul 20154-cü il təvəllüdlü X9 və 12 yanvar 2022-ci il təvəllüdlü X1 üçün hər birinə 50 manat olmaqla cəmi 100 manat alimenti hər ayın ilk beş günü ərizndə ödəməyi öd öhdəsinə götürməsi, Maraqlı şəxs Ərizəçi ilə birgə nikahları dövründə dünya gəlmiş 08 iyul 2014-cü il təvəllüdlü X9 və 12 yanvar 2022-ci il təvəllüdlü X8 anası Ərizəçi himayəsində qalmasına etiraz etməməməsi, Maraqlı şəxs və Ərizəçi aralarında olan nikah qeydinin 3 ay vaxt verilmədən məhkəmə qaydasında pozulması barədə barədə razılığa gəlmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 16 fevral 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında Ağdam Rayon İHB-nin Qiyaslı kənd İƏD üzrə nümayəndəliyində 14 oktyabr 2013-cü il tarixdə, 24 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqları 08 iyul 2014-cü il təvəllüdlü X9 və 12 yanvar 2022-ci il təvəllüdlü X8 hər birinə 50 manat olmaqla cəmi 100 manat alimenti hər ayın ilk beş günü ərizində ödəməyi öhdəsinə götürməsi, Maraqlı şəxs Ərizəçi ilə birgə nikahları dövründə dünya gəlmiş 08 iyul 2014-cü il təvəllüdlü X9 və 12 yanvar 2022-ci il təvəllüdlü X8 anası Ərizəçi himayəsində qalmasına etiraz etməməsi barədə Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 16 fevral 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması 16 fevral 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar