Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1982/2025 08.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, Ərizəçi nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1nun 25 iyul 1999-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X7 ilə anası X11 birgə nikah dövründə anadan olmuş X1 27 avqust 1989-cu il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X1 25 iyul 1999-cu il tarixdə vəfat etmiş və Tərtər şəhəri köhnə qəbristanlğının şimal hissəsində təmin olunmuşdur.Həmin vaxt vaş qarşılıqlığıbndan qardaşına ölüm haqqında şəhadətnamə ala bilməmişlərş. Hal-hazırda bir çox sənədin hazırlanmasında ondan qardaşının ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Lakin ölüm haqqında şəhadətnamə olmadığı üçün o sənədlərini hazırlaya bilmir. Mərhum X1na ölıüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, orda isə mərhum qardaşının ölümünü təsdiq edən sənədlər olmamasını əsas gətirərək ölüm haqqında şəhadətnamə verməkdən imtina edilmiş və məhkəməyə müraciət etməklərini bildirmişlər. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X17 ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxx 1995-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəli tərəfindən verilmiş 646 nömrəli, 20 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə şəhəri Bakıxanov küçəsi ev 57-də yaşayır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli, XİV-YQ422294 nömrəli arayışdan görünür ki, X9 27 avqust 1989-cu ildə anadan olmuş, atası X7, anası X17 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 12 sentyabr 1989-cu il tarxdə 635 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 01 iyul 2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli məktubdan görünür ki, mərhum X1nun ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq Qeydiyyat Şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Bərdə Rayon Mərkəzi X13 Şəxsin xx.xx.2025-ci il tarixli 18-1-28/2-278/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X3 ölümü ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasında hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş M/V154880 nömrəli vəsiqədən görünür ki, Ərizəçi müharibə veteranıdır. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə verən X15 bildirmişdir ki, ərizəçi onun qaynı oğludur. Ərizəçinin 3 bacısı var. Qardaşı Rəşad 1999-cu ildə xəstəlikdən vəfat edibdir. Tərtər şəhərində dəfn edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, ərizəçi qardaşıdır. Ailədə 5 uşaq olmuşlar. Digər qardaşı Rəşad 25 iyul 1999-cu ildə xəstəlikdən vəfat etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə vermiş X21 və X16 şahid X2 və X10 ifadələrinə oxşar ifadə verərək, X3 Ərizəçi qardaşı, X11 isə oğlu olduğunu, uşaq xəstəlikdən vəfat etdiyini və Tərtər rayonunda köhnə qəbrstanlıqda dəfn edildiyini bildirdilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum X1nun xx.xx.1999-cu il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, X3 25 iyul 1999-cu il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. 27 avqust 1989-cu il təvəllüdlü X3 25 iyul 1999-cu il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-1982/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1982/2025
08.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver