Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2028/2025 09.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il təvəllüdlü X1 xx.xx.1997-ci il tarixdə ölməsi Bərdə rayon Gərənə kənd qəbristanlığında dəfn olunması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1987-ci il təvəllüdlü övladı X10 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. X14 Bərdə rayonu kənd qəbristanlığında dəfn edilmişdir. X1 Qeydiyyat Şöbəsində ölüm aktı qeydiyyata alınmamaışdır. Bu da X14nin ölümü ilə bağlı bir çox məsələlərin həllində problemlər yaratmışdır.Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət edilmiş həmin şöbənin 3-16-5/8-15-411/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, X6 ölümünün qeydə alınması halı müəyyən edilməmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, X1 xx.xx.1997-ci il tarixdə ölüm faktının müəyyən edilib qeyd edilməsinə dair məhkəmə aktına ehtiyacı vardır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1960-cı ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri Pişəvəri küçəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli, AZİ364933 nömrəli arayışdan görünür ki, X10 24 aprel 1987-ci ildə anadan olmuş, atası X9, anası X2 olmaqla bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1987-ci il tarixli 368 nömrəli qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3064 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə şəhəri Pişəvəri küçəsində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısıbnın Güloğlular kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 855 saylı, 01 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Bərdə rayonu Gərənə kənd sakini mərhum xx.xx.1987-ci il təvəllüdlü X10 xx.xx.1997-ci ildə Bərdə rayonu Gərənə kəndində vəfat etmiş və Gərənə kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi bölmələrini İdarə etmə Birliyi” Publik Hüquqi şəxs “ Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən verilmiş 05 mart 2025-ci il tarixli, 18-1-28/2-523/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X6 ölümü ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasında hər hansı bir məlumat, xəstəlik tarixi tibbi şəhadətnamə və.s aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 06 avqust 2024-cü il tarixli, 3-16-5/8-15-411/2024 nömrəli məktubdan görünür ki, mərhum oğlunun ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq Qeydiyyat Şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Əvvəlki məhkmə iclasında şahid qismində ifadə verən X8 bildirmişdir ki, ərizəçi onların yaşadıqları kəndə ərə gəlmişdir. Ərizəçinin 3 uşağı olmuş, övladlarından biri cərəyan vurması nəticəsində vəfat etmişdir.Gərənə kənd qəbristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində iştirak etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində izahat vermiş X7 bildirmişdir ki, Ərizəçi ilə uzaq qohumdurlarş. Ərizəçi 3 övladı olmuşdur, oğlu Elton 1997-ci ildə suda elektrik cərayanı vurması nəticəsində vəfat etmiş, Bərdə rayonu Gərənə kənd qəbrisatnlığında dəfn olunmuşdur.Dəfn mərasimində iştirak etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum oğlu X6 xx.xx.1997-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi qismən təmin edilməli, X6 xx.xx.1997-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi qismən təmin edilsin. xx.xx.1987-ci il təvəllüdlü X6 xx.xx.1997-ci tarixdə Bərdə rayonunda vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-2028/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2028/2025
09.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver