Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2038/2021 23.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X22 katibliyi İddiaçılar İddiaçı1 İddiaçı2 X4 X17 Cavabdehlər Cavabdeh1 Cavabdeh2 Cavabdeh3 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, X5, İddiaçı4 İmamverdi qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bərdə regional “ASAN xidmət” mərkəzi notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə 23 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X12, İddiaçı4 İmamverdi qızı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bərdə regional «Asan xidmət» mərkəzində notariat ofisi tərəfindən Müşkünaz İmamverdiyvanın miras əmlakına görə 13.02.2020-ci il tarixdə V- 153 nömrəli vərəsəlik işi üzrə 2V-202 reyestr nömrəli və Sitarə İmamverdiyevanın miras əmalkına görə 13 fevral 2020-ci il tarixdə V-154 nömrəli vərəsəlik işi üzrə 2V-201 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi idarəsi tərəfindən ümumi birgə mülkiyyət hüququ haqqında 04.03.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi və onların X1 və X2 miras qalan həmin əmlaklara vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, X12, İddiaçı4 İmamverdi qızı iddia tələblərini onunla əsaslandırmışlar ki, mərhum ataları X18 ilə mərhum anaları X6 birgə nikahından övladları İddiaçı1, İddiaçı2, X12, İddiaçı4, mərhumə X13 və mərhum X23 anadan olmuşlar. Valideynlərinin başqa övladları olmamışdır. Bərdə rayon Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında edilmiş qeydə əsasən X18 onların ataları, X19 anaları hesab edilmişdir. Göstərilən xüsusat doğum haqqında şəhadətnamələri ilə də təsdiq edilmişdir. Şəhadətnamələrdə atası qrafasında X18, ana qrafasında X14 yazılmışdır. Evlənənə qədər mərhum ataları İmamverdi İmamverdiyev və mərhumə anaları Müşkünaz İmamverdiyeva ilə, həmçinin mərhumə bacısı Sitarə İmamverdiyeva və mərhum qardaşları X36 rayonu Xanağalı kəndində yerləşən evlərində yaşamış və valideynləri onlara həmişə diqqət və qayğı göstərmiş, heç birlərini fərqləndirməmişlər. Onlar da həmişə valideynlərinə hörmət etmiş, onlara qulluq etmiş, mərhum qardaşları Hüseyn İmamverdiyev və onun ailə üzvləri olan cavabehlərlə də həmişə mehriban olmuşlar, birilkdə böyümüşlər. Onlar ailə həyatı qurandan sonra öz evlərində yaşamağa başlamışlar. Lakin evlənmələrinə baxmayaraq mütəmadi valideynlərinin yanına gedib-gəlmişlər və onlara qayğı göstərmişlər. İddiaçılardan İddiaçı1 isə valideynlərinə aid olan həyətyanı sahədə ev tikdirib, onlarla eyni həyətdə yaşamışdır. X35 öləndən sonra anaları Müşkünaz İmamverdiyeva ilə mərhumə X32 birgə yaşamışlar. Mərhum qardaşları Hüseyn İmamverdiyev və ailə üzvləri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə başqa yerdə kirayədə yaşamışlar. Analarına onlar qulluq etmişlər. 13 mart 2004-cü il tarixdə anaları Müşkünaz İmamverdiyeva öləndən sonra onun yasını onlar vermişlər. X32 və qardaşları, həmçinin İddiaçı1 həmin evdə və həyətdə yaşamışlar, pay torpaq sahəsini əkib becərmişlər. Digər iddiaçılar da mütəmadi olaraq həmin evə gəlib-getmişlər. 12 mart 2010-cu il tarixdə qardaşları Hüseyn İmamverdiyev ölmüşdür və 2011-ci ildə isə onun ailə üzvləri, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə aid olan bütün əşyaları satıb Bərdə şəhəri, Qarabağ qəsəbəsində ev alıb, ora köçmüşlər və bir daha kəndə qayıtmamışlar. 01 iyul 2015-ci il tarixdə mərhumə bacıları Sitarə X3 ilə evlənmiş, Bərdə şəhərində yaşamışlar. Lakin 08 iyun 2018-ci il tarixdə Sitarə İmamverdiyeva ölmüşdür. Anaları və bacıları öləndən sonra onların miras əmlakları olan pay torpaqlarını, yaşayış evini, həyətyanı sahəni, yaşayış evinin içərisində əşyaları- mebeli, servantı, çarpayıları, xalçaları və digər əşyaları faktiki onlar qəbul etmişlər. Onlar miras əmlakları faktiki qəbul edəndən sonra daha heç bir yerə müraciət etməyi lüzum bilməmişlər. Ancaq yaxın vaxtlarda məlum olmuşdur ki, mərhum qardaşları Hüseyn İmamverdiyevin arvadı Cavabdeh1, övladları Cavabdeh2 və Cavabdeh3 onlardan xəbərsiz Bərdə regional «Asan xidmət» mərkəzində notariat ofisinə müraciət etmişlər, onlara Bərdə regional «Asan xidmət» mərkəzində notariat ofisi tərəfindən Müşkünaz İmamverdiyevanın miras əmlakına görə 13.02.2020-ci il tarixdə V-153 nömrəli vərəsəlik işi üzrə 2V-202 reyestr nömrəli və Sitarə İmamverdiyevanın miras əmalkına görə 13 fevral 2020-ci il tarixdə V-154 nömrəli vərəsəlik işi üzrə 2V-201 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi idarəsi tərəfindən ümumi birgə mülkiyyət hüququ haqqında 04.03.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. İddia ərizəsinə əlavə edilən sübutlardan də məlum olur ki, iddiaçılar miras açılandan əvvəl və sonra anası və bacısı Sitarənin pay torpaqlarını, yaşayış evini, həyətyanı sahəni, yaşayış evinin içərisində əşyaları-mebeli, servantı, çarpayıları, xalçaları və digər əşyaları miras əmlakı faktiki qəbul edib, ona sahib durduqlarından, idarə etdiklərindən, əvvəllər də istifadə etdiklərindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş qanunvericiliklə tələb edilən müddəti ötürməmişlər. Onlar həmin miras əmlaklara öz mülkiyyətləri kimi münasibət bəsləmişlər, lazımi vəziyyətdə saxlamışlar, xərc çəkmişlər, vergiləri ödəmişlər. Lakin cavabdehlər Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə onlardan xəbərsiz bütün sənədləri toplayaraq, həmin notariusa qanun üzrə vərəsəlik şəhadətnaməsinin onlara verilməsi ilə bağlı müraciət edərək Müşkünaz İmamverdiyevanın və Sitarə imamverdiyevanın yeganə vərəsələrinin olduğunu bildirməklə onlara məxsus olan əmlakı saxta yolla ələ keçirmişlər. Çünki cavabdehlər onların vərəsə olduqlarını və Müşkünaz İmamverdiyeva və Sitarə imamverdiyevanın miras əmlaklarını faktiki qəbul etdiklərini bilirdilər. Cavabdehlər qəsdən onların da vərəsə olduqlarını gizlədərək, mirasları öz adlarına qəbul etmişlər. Bununla da onları mirasdan məhrum etməyə çalışmışlar. Notarius isə qanunvericiliklə öz öhdəsinə düşən vəzifəsini, yəni digər vərəsələri axtarıb tapmadan cavabdehlərə qanun üzrə şəhadətnamə verməklə yerinə yetirməmişdir. Bununla da cavabdehlər və notarius əlbir olaraq, aşağıda göstərilən qanunvericiliyin tələblərini kobudcasına pozaraq, qanunvericiliklə onlara məxsus olacaq əmlakları cavabdehlərin adlarına keçirilməsinə nail olmuşlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, X12, İddiaçı4 İmamverdi qızı iddialarını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, Bərdə regional «Asan xidmət» mərkəzində notariat ofisi tərəfindən Müşkünaz İmamverdiyvanın miras əmlakına görə 13.02.2020-ci il tarixdə V-153 nömrəli vərəsəlik işi üzrə 2V-202 reyestr nömrəli və Sitarə İmamverdiyevanın miras əmalkına görə isə 13 fevral 2020-ci il tarixdə V-154 nömrəli vərəsəlik işi üzrə 2V-201 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışlar. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi idarəsi tərəfindən ümumi birgə mülkiyyət hüququ haqqında 04.03.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarış da almışlar. Hazırda əmlaklar onların mülkiyyətindədir. İddia əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 göstərdiklərini bir daha təsdiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Mərdan Həsənzadə məhkəməyə məktub göndərərək iddiaçılar İddiaçı1, İddiaçı2, X5, İddiaçı4 İmamverdi qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bərdə regional “ASAN xidmət” mərkəzi notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə baxılması ilə əlaqədar məhkəmə iclasında iştirak etməməsini üzürlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İ-ИЕ 777844 saylı 27 aprel 1959-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı1 xx xxxxxx 1957-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Ana qrafasında anası kimi X21 qeyd edilmişdir. Ata qrafası boşdur. İş materiallarında olan АЗ 081270 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı2 xx xxxxxx 1962-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında atası kimi X18, ana qrafasında anası kimi X21 qeyd edilmişdir. İş materiallarında olan İV-ЖГ 315939 saylı 03 mart 1976-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 xx.xx.1956-cı ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X18, ana qrafasında anası kimi X24 qeyd edilmişdir. İş materiallarında olan İV-ЖГ 315917 saylı 27 fevral 1978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx.xx.1958-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında atası kimi X18, ana qrafasında anası kimi X21 qeyd edilmişdir. İş materiallarında olan АЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 16.01.1966-cı ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında atası kimi X18, ana qrafasında anası kimi X21 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 iyun 2012-ci il tarixli arayışdan müəyyən olunur ki, X16 13.03.2004-cü ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 iyun 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, X13 08 iyun 2018-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 iyun 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, X20 12 mart 2010-cu ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 187 saylı 25 iyun 2020-ci il tarixli arayışından müəyyən olunur ki, X13 vəfat edənə kimi Bərdə rayonu Xanağalı kəndində yaşamışdır, vəfatından sonra: İddiaçı1 adlı qardaşı, İddiaçı2 adlı qardaşı, Cavabdeh2 adlı qardaşlığı, X15 adlı bacısı və X12 adlı bacısı qalmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Xanağalı kəndində yerləşən 3,6129 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X7, X9, X8, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 13 fevral 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamənin surətindən müəyyən olunur ki, 08.06.2018-ci il tarixdə ölmüş X8 vərəsəsi qardaşı X20 olmuşdur, lakin onun 12 mart 2010-cu il tarixdə vəfat etməsi ilə əlaqədar miras onun təmsilçisi qardaşı oğlu Cavabdeh2, qardaşı qızı Cavabdeh3 keçmişdir. Onların hər biri miras əmlakdan ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən real vaxt rejimində əldə edilmiş, 12.02.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan arayışa və ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən 17.01.2020-ci il tarixdə verilmiş **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 3,6129 olan torpaq sahəsinin X10 məxsus olan hissəsindən ibarətdir. İş materiallarında olan 13 fevral 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamənin surətindən müəyyən olunur ki, 13.03.2004-cü il tarixdə ölmüş X7 vərəsəsi oğlu X20 olmuşdur, lakin onun 12 mart 2010-cu il tarixdə vəfat etməsi ilə əlaqədar miras onun təmsilçisi gəlini Cavabdeh1, nəvəsi Cavabdeh2, nəvəsi Cavabdeh3 keçmişdir. Onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən real vaxt rejimində əldə edilmiş, 12.02.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan arayışa və ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən 17.01.2020-ci il tarixdə verilmiş **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 3,6129 olan torpaq sahəsinin X11 məxsus olan hissəsindən ibarətdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçılar cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bərdə regional «Asan xidmət» mərkəzində notariat ofisi tərəfindən Müşkünaz İmamverdiyvanın miras əmlakına görə 13.02.2020-ci il tarixdə V- 153 nömrəli vərəsəlik işi üzrə 2V-202 reyestr nömrəli və Sitarə İmamverdiyevanın miras əmalkına görə 13 fevral 2020-ci il tarixdə V-154 nömrəli vərəsəlik işi üzrə 2V-201 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi idarəsi tərəfindən ümumi birgə mülkiyyət hüququ haqqında 04.03.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və onların X1 və X2 miras qalan həmin əmlaklara vərəsəlik hüquqlarının tanınması barədə iddia qaldırsalar da iddiaçıların doğum haqqında şəhadətnamələrindən müəyyən olunur ki, onların ana qrafasında anaları kimi X14 deyil X21 qeyd edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıların iddia ərizələrində etibarsızlığını tələb etdikləri sənədlərlə özlərinə məxsus doğum akt qeydində uyğunsuzluq olduğundan və həmin uyğunsuzluq səbəbindən məhkəmədə iddia qaldırmaq hüquqları olmadığından iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçılar İddiaçı1, İddiaçı2, X5, İddiaçı4 İmamverdi qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bərdə regional “ASAN xidmət” mərkəzi notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2038/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2038/2021
23.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver