Məhkəmə qərarları › İş №2(021)-2042/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2042/2023

01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2042/2023 01.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X*8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi* və Ərizəçi2 “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçilər Ərizəçi* və Ərizəçi2 (bundan sonra ərizəçilər və ya Ərizəçi* və Ərizəçi2) ərizə ilə məhkəməyə müraciət edərək 25 oktyabr *940-cı ildə anadan olmuş, Bərdə şəhəri Füzuli küçəsi ev 37-də qeydiyyatda olan və yaşayan X5 05 mart 2023-cü il tarixdə Bərdə şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi* və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, 05 mart 2023-cü il tarixdə Bərdə şəhəri Füzuli küçəsi ev 37 ünvanında vəfat etmiş X*2 ərizəçilərdən Ərizəçi* anası, Ərizəçi2 isə qayınanasıdır. X*2 25.*0.*940-cı ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş, təxminən 65 il bundan əvvəl ərizəçilərdən Ərizəçi* atası, Ərizəçi2 isə qayınatası olan X*0 ilə ailə quraraq Bərdə şəhəri ünvan 1 ünvanda daimi yaşamışlar. X*0 *998-ci ildə vəfat etmişdir. Onların yeganə oğlu olan ərizəçilərdən Ərizəçi* qardaşı, Ərizəçi2 isə həyat yoldaşı olan *969-cu il təvəllüdlü X** hazırda Rusiya Federasiyasının Arxangelsk şəhərində azadlıqdan məhrum etmə növündə cəza çəkir. Odur ki, X*2 ərizəçilərdən biri olan gəlini Ərizəçi2 ilə birlikdə Bərdə şəhəri Füzuli küçəsi ev 37 ünvanında yaşamış və onlarla birlikdə yaşayan digər şəxs olmamışdır. Yaşadıqları ev xüsusi mülkiyyət hüququ ilə Manya Səfərovaya məxsusdur. X2 83 yaşlı qadın olmaqla uzun illər idi ki, bir çox ağır xəstəliklərdən əziyyət çəkirdi və son * ildə demək olar ki, yataq xəstəsi idi, hərəkət edə bilmirdi. Əsas xəstəlikləri yüksək qan təzyiqi, beyin daxili hematoma, ağır formalı şəkərli diabet, o cümlədən daxili orqanlarının bir çox xəstəlikləri. X* ölümü onların, digər ailə üzvlərinin, habelə çoxsaylı qohumlarının və qonşuların gözü qarşısında baş vermişdir. Odur ki, onun ölümü barəsində sahə həkiminə, yaxud təcili tibbi yardım xidmətinə məlumat verməmişlər. Bunun səbəbi də onun ölümü uzun sürən ağır xəstəliklərdən, həm də çoxsaylı qohumların və qonşuların gözü qarşısında baş verməsi olmuşdur. Bundan başqa evdə vəfat etmiş vətəndaş üçün gələcəkdə Ölüm haqqında şəhadətnamə alınması üçün ölüm faktının həkim tərəfindən qeydə alınaraq bunun üçün tibbi şəhadətnamə alınmalı olması barədə qaydanı bilməmişlər. X5 Ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etsələr də, onlara həmin şöbədən verilmiş xx.xx.2023-cü il tarixli, 3-*6-5/8-*5-*8*/2023 saylı cavabla bundan imtina edilmişdir. X5 ölüm haqqında şəhadətnaməsini başqa vasitə ilə əldə etmələri mümkün deyildir. Həmin şəhadətnamə isə onlara gələcəkdə vərəsəlik və miras əmlak məsələlərini həll etmək üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi2 ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi* ** may 2023-cü il tarixdə məhkəməyə ərizə verərək ağır xəstə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbıb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi* xx.xx.*960-cı ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri Füzuli küçəsi ev *6-da qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.*975-ci ildə Goranboy rayonu Xanqərvənd kəndində anadan olmuşdur, Bərdə şəhəri Füzuli küçəsi ev 37-də qeydiyyatdadır. AZE seriyalı 03*07303 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X*2 25.*0.*940-cı ildə Goranboy rayonu Xanqərvənd kəndində anadan olmuşdur, Bərdə şəhəri Füzuli küçəsi ev 37-də qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli *623 saylı arayışdan görünür ki, Ərizəçi2 Bərdə şəhəri Füzuli küçəsi ev 37-də yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli *624 saylı arayışdan görünür ki, Ərizəçi* Bərdə şəhəri Füzuli küçəsi ev *6-da yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli *605 saylı arayışdan görünür ki, X3 şəhəri Füzuli küçəsi ev 37-də yaşamışdır, xx.xx.2023-cü ildə vəfat etmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 may 2023-cü il tarixli 2478 saylı arayışdan görünür ki, X3 şəhəri Füzuli küçəsi ev 37-də yaşamışdır, xx.xx.2023-cü ildə vəfat etmişdir və Bərdə şəhərində İmamzadə qəbristanlığında dəfn edilmişdir. 24 iyul *965-ci il tarixli АЗ ******* saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.*960-cı ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X*0, ana qafasında anası kimi X*2 qeyd edilmişdir. 0* oktyabr *969-cu il tarixli АЗ *804*83 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X** *5.07.*969-cu ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X*0, ana qafasında anası kimi X*4 qeyd edilmişdir. Bərdə Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 26 sentyabr *994-cü il tarixli Vİ-ЖГ 327760 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X** ilə X4 26 sentyabr *994-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Səfərova soyadı verilmişdir. Bərdə Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş V-ЖГ 335798 saylı ölüm haqqında şəhadətnamdən görünür ki, X*0 29 mart *998-ci ildə ölmüşdür. Fotoşəkildən müəyyən olunur ki, X5 qəbrinin baş daşı üzərində ölüm tarixi 05 mart 2023-cü il qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 3-*6-5/8-*5-*8*/2023 nömrəli 06 aprel 2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi* anasına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X5 05 mart 2023-cü il tarixdə ölməsi faktı ərizəçinin məhkəmə iclasında verdiyi izahatı və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X5 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçilər həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişlər. Göstərilən faktın müəyyən olunması ərizəçilərə X8 ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının MPM-nin: *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 2*7.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.*-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” *9 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin *-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, ərizəçilər Ərizəçi* və Ərizəçi2 öz tələblərinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3*.0*.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*3, 2*4, 2*6-220, 227, 233, 305-308 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizəçilər Ərizəçi* və Ərizəçi2 “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilisin. 25 oktyabr *940-cı ildə Goranboy rayonunda anadan olmuş X5 05 mart 2023-cü il tarixdə Bərdə rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar