Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2046/2023 25.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, mediasiya prossesi nəticəsində bağlanmış 17 mart 2023-cü il tarixli “Barışıq sazişi”-nin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 22 dekabr 2001-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişlər. Birgə nikah dövründən 3 (üç) övladları anadan olmuşdur. Övladlarından 2-si yetkinlik yaşına çatmış, yetkinlik yaşına çatmayan övladı isə 08 may 2011-ci il təvəllüdlü X6r. Aralarında olan narazılığa görə ailə münasibətləri xeyli zamandır ki, pozulmuşdur. Belə ki, həyat yoldaşı Maraqlı şəxs onu bir həyat yoldaşı kimi saymır, tez-tez evdə əsassız söz-söhbət yaradır. Onların aralarında olan ər-arvad münasibətləri tamamilə pozulmuşdur. Cavabdehlə birlikdə ailə kimi yaşamaqlarını bildirsə də, heç bir nəticəsi olmamışdır. Daha da əksinə cavabdeh onunla normal yaşamaq istəmir. Bunun üçün də nikahları formal xarakter daşıyır, nikahlarının pozulmasında israrlıdır. Ayrılmaqlarının səbəbi də cavabdehin onlara heç bir maddi yardım etməməsidir. Cavabdeh nə ona, nə də ki, övladlarına ayrıldığı gündən bu vaxta qədər heç bir köməklik etməyibdir. O isə övladlarını təkbaşına saxlamaqda çətinlik çəkir, cavabdeh isə övladlarının saxlanması üçün heç bir yardım və maddi köməklik etmir. Bunun üçün də o ilkin prosedur kimi Mediasiya şurasına müraciət etdi və Mediasiya təşkilatından onların işlərinə baxılması üçün X1 təyin edilmişdir. İlkin mediasiya prossesində cavabdeh onunla ortaq fikrə gələrək aralarında bağlanmış 22 dekabr 2001-ci il tarixli nikahın pozulmasına, 08 may 2011-ci il təvəllüdlü X4 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını və birinci təklifin təklif etdiyi hər ay 200 manat məbləğində ödəməyə maddi imkanı olduğunu bildirərək 200 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Bununla bağlı 17 mart 2023-cü il tarixdə Mediasiya təşkilatında öz aralarında Barışıq sazişi bağlanmışdır. Bunun üçün də həmin barışıq sazişinin təsdiq olunmasını istəyir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs məhkəmə iclasında iddianı qəbul etdiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib iş materiallarını iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü ildə anadan olmuşdur. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1974-cü ildə Bərdə şəhərində andan olmuşdur. Yaşayış yeri Bərdə şəhəri, Ş.İsmayılov küçəsi, ev 11-dir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, xx.xx.2001-ci il tarixli, AZ-İ 012097 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X7 xx.xx.2001-ci ildə nikah bağlamışdır. Nikah bağlandıqdan sonra ərə Bəşirov, arvada isə Bəşirova soyadı verilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 453 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZ-İ 699076 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, X9 13 aprel 2005-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası isə Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarix, 1323 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İİ 654527 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, X10 xx.xx.2011ci ildə Bərdə şəhərində andan olmuşdur. Atası Maraqlı şəxs, anası isə Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 927 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, Ərizəçi 50 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında A nömrəli ödəniş qəbzindən görünür ki, Ərizəçi 60 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildirmişdir ki, ikinci tərəf Bərdə VVADQ şöbəsində 22 dekabr 2001ci il tarixdə, AZ-İ 012097 saylı, 453 nömrəli qeyd ilə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü X5, xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X10 adlı 3 övladı doğulmuşdur. Əvvəllər ikinci tərəf ilə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuşdur. Nikahlarını qoruyub saxlamaqları mümkün deyildir. İkinci tərəf ilə ər-arvad kimi xeyli müddətdir bior yerdə yaşamırlar. Birinci tərəf, ikinci tərəfdən tələb edir ki, Bərdə VVAQ Şöbəsində 22 dekabr 2001-ci il tarixdə, AZ-İ 012097 saylı, 453 nömrəli qeyd ilə bağlanmış rəsmi nikahları pozulsun, birgə nikahlarından doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X5, xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X10 adlı 3 övladları birinci tərəfin himayəsində saxlanılsın və xx.xx.2011-ci il təvəllüdlü X10 adlı övladının yetkinlik yaşına çatana kimi saxlanması üçün ikinci tərəfdən 200 manat məbləğində sabit pul məbləğində aliment alınaraq birinci tərəfin xeyrinə ödənilsin. İkinci tərəf Mediasiya prossesinə dəvət edildi və mediasiya prossesində iştirak etdi. İkinci tərəf bildirdi ki, birinci tərəfin tələbləri ilə tam razıdır. İkinci tərəf birinci tərəfin tələb etdiyi Bərdə VVAQ Şöbəsində 22 dekabr 2001-ci il tarixdə, AZ-İ 012097 saylı, 453 nömrəli qeyd ilə bağlanmış rəsmi nikahları pozulsun, birgə nikahlarından doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X5, xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X10 adlı 3 övladları birinci tərəfin himayəsində saxlanılsın və xx.xx.2011-ci il təvəllüdlü X10 adlı övladının yetkinlik yaşına çatana kimi saxlanması üçün ikinci tərəfdən 200 manat məbləğində sabit pul məbləğində aliment alınaraq birinci tərəfin xeyrinə ödənilməsini öhdəsinə götürdü. Tərəflər öz aralarında qarşılıqlı razılıq əsasında Barışıpq sazişini hüquqları izah edilməklə heç bir təsir olmadan imzaladılar. Tərəflər arasında başqa mübahisə qalmadı. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi mediasiya prossesi nəticəsində bağlanmış 17 mart 2023-cü il tarixli “Barışıq sazişi”-nin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM) 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmə hesab edir ki, uşaqların ikisi yetkinlik yaşına çatdığından Ərizəçi ərizəsi qismən təmin edilməli, Maraqlı şəxs və Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs və Ərizəçi arasında arasında bağlanmış xx.xx.2001-ci il tarixdə 453 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulmalı, tərəflərin birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X10 adlı övladları Ərizəçi himayəsində saxlanmalı, Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X10 adlı övladının yetkinlik yaşına çatana kimi saxlanması üçün 200 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi xeyrinə verilməli, qətnamə alimentə dair hissədə dərhal icra edilməli və alimentin tutulma müddəti məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı gündən etibarən hesablanmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Maraqlı şəxs və Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs və Ərizəçi arasında xx.xx.2001-ci il tarixli 453 saylı aktla qeydə alınmış rəsmi nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X10 adlı övladları Ərizəçi himayəsində saxlanılsın və xx.xx.2011-ci il təvəllüdlü X10 adlı övladının yetkinlik yaşına çatana kimi saxlanması üçün 200 (iki yüz) manat sabit pul aliment məbləği Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Alimentin tutulma müddəti qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən hesablansın. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2046/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2046/2023
25.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver