Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2051/2024 03.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, ərizəçi İddiaçı iştirakları ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs Güloğlan qızına qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs Güloğlan qızına qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs Güloğlan qızı ilə 13 noyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikah dövründə xx.xx.2008-cü il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban yaşasalar da sonradan ailə münasibətləri pozulmuş, ayrılmışlar. Ərarvad kimi yaşamaları mümkün olmamışdır. Xeyli müddətdir ki ayrı yaşayırlar. xx.xx.2023cü il tarixdə aralarında olan nikahın pozulması, uşaqlaın anasının himayəsində saxlanılması və aliment tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət etmişlər. Mediasiya prosessində 13 oyabr 2018-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi akt qeydləri kitabında 121 nömrə ilə qeydə alınmış rəsmi nikahlarının pozulmasına, birgə nikahlarından olan 31 mart 2018-ci il təvəllüdlü X2 adlı övladlarının anasının himayəsində saxlanılmasına və övladının saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimenti Maraqlı şəxs Güloğlan qızının xeyrinə ödənilməsi tələbinə dair qarşılıqlı razılığa gəlmişlər. Bildirir ki, Maraqlı şəxs Güloğlan qızı aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən barışıq sazişinin rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi İddiaçı barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Maraqlı şəxs Güloğlan qızına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsi ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəyə baxaraq iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı, 05611732 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs Güloğlan qızı xx.xx.1990-cı ildə anadan olmuşdur. Bərdə RİB-nın Güloğlular kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 552 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Güloğlular kəndində yaşayır. Bərdə RİB-nın Xəsili kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 184 nömrəli arayışdan görünür ki, Şükürova X8 rayon, Xəsili kəndində yaşayır. xx.xx.2024-cü il tarixli ********* nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı mediasiya sessiyası üçün 55 manat mediasiya xərci ödəmişdir. 02 may 2007-ci il tarixli, 299028 nömrəli əlillik vəsiqəsindən görünür ki, İddiaçı ikinci qrup ümumi əlildir. 29 dekabr 2009-cu il tarixli, AZ-İİ 390010 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 31 mart 2008-ci ildə anadan olmuşdur. Atası İddiaçı, anası Maraqlı şəxs Güloğlan qızıdır. 13 noyabr 2018-ci il tarixli, AZ-İİ 275223 nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Maraqlı şəxs Güloğlan qızı arasında 13 noyabr 2018-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Bununla bağlı Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən akt qeydləri kitabında 13 noyabr 2018-ci il tarixə 121 nömrəi qeyd aparılmışdır. xx.xx.2023-cü il tarixli, MŞB/MT039-2024-00296 reyestr nömrəli barışıq sazişindən görünür ki, barışıq sazişində birinci tərəf İddiaçı, ikinci tərəf isə Maraqlı şəxs Güloğlan qızıdır. Barışıq szişindən görünür ki, 1. Birinci tərəf mediasiyaya müraciət etdi ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 13 noyabr 2018-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən akt qeydləri kitabında 121 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 31 mart 2008-ci il təvəllüdlü X3 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında münasibətlər pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf, ikinci tərəf ayrılmış və övladı ilə birlikdə ayrı yaşayırlar. Birinci tərəf mediasiyaya müraciət etdi ki, ikinci tərəf ilə aralarında bağlanmış 13 noyabr 2018-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş akt qeydləri kitabında qeydə alınmış 121 nömrəli rəsmi nikahın pozulması tələbi ilə təklif vermişdir. 2. İkinci tərəf mediasiya proissesinə dəvət olunmuş və aparılmış söhbət zamanı bildirmişdir ki, birinci tərəfin verdiyi təkliflə tam razılaşdığını bildirir və 13 noyabr 2018-ci il tarixli Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən akt qeydlər kitabında 121 nömrəli rəsmi nikahın pozulmasına tam razılaşdığımnı öz öhdəsinə götürür. İkinci tərəf qarşılqılı olaraq müracitə etmişdir ki, birgə nikahlarından olan 31 mart 2018-ci il təvəllüdlü X1 anasının himayəsinə verilməsi və övladının saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin onun xeyrinə ödənilməsi tələbi ilə təklif vermişdir. 3. Birinci tərəf bildirdi ki, birgə nikahlarından olan 31 mart 2018-ci il təvəllüdlü X1 ikinci tərəfin himayəsində saxlanılmasına heçbir etirazı yoxdur və övladının saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimenti ikinci tərəfə ödəməyi öz öhdəsinə götürür. 4. Tərəflərə barışıq sazişinin şərtləri izah olundu. 5. Tərəflər arasılnda digər mübahisə yoxdur. xx.xx.2024-cü il tarixli, MŞB/MT039-2024-00296 nömrəli mediasiya prossesinə xitam verilməsi haqqında protokoldan görünür ki, mediasiya prossesində hər iki tərəf iştirak edir, xitam verilmə əsası mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi İddiaçı Maraqlı şəxs Güloğlan qızına qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Ər ilə arvadın hüquqları bərabərdir (Konstitusiyanın 34-cü maddəsi). Konstitusiyanın qeyd edilən normaları insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlarda da əksini tapmışdır. Belə ki, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 23-cü maddəsinin 4-cü bəndinə əsasən Paktda iştirak edən dövlətlər nikah bağlanarkən, nikah vəziyyətində olarkən və onun pozulması zamanı ərlə arvadın hüquq və vəzifələrinin bərabərliyinin təmin edilməsi üçün lazımi tədbirləri görməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra Konvensiya) 7 saylı Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən, nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 19.2-ci maddəsinə əsasən, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM) 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesab edir ki, X4 ərizəsi təmin edilməli, X11 ilə X12 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli, X11 ilə X12 arasında xx.xx.2021-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən 60 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulmalı və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X5 adlı övladları X6 himayəsində və yanında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ərizəçi İddiaçı ikinci qrup əlil olduğundan dövlət rüsumundan azad edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 307-308, 311, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə Maraqlı şəxs Güloğlan qızı arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməklə, İddiaçı ilə Maraqlı şəxs Güloğlan qızı arasında xx.xx.2018-ci il tarixdə, Bərdə rayon Qeydiyyat Şöbəsinin akt qeydlər kitabında 121 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 31 mart 2018-ci il təvəllüdlü X2 adlı övladları Maraqlı şəxs Güloğlan qızının himayəsində və yanında saxlanılsın və yektinlik yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində aliment ərizəçidən tutularaq Maraqlı şəxs Güloğlan qızına ödənilsin. İş üzrə ödənilmiş 55 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2051/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2051/2024
03.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver