Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2060/2024 05.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X27 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1954-cü ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış X13 02 sentyabr 2018-ci il tarixdə Bərdə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda daimi yaşayır. Həmin mənzilin ünvanı əvvəllər ünvan 3şdur. X1 08 yanvar 1977-ci ildə, anası X17 isə xx.xx.2014-cü ildə vəfat etmişlər. Anası və atası rəsmi nikaha girənədək anasının soyadı “Kotova” olmuş, onların nikahı qeydə alınmaqla rəsmiləşdirilərkən anası atasının soyadını qəbul etdiyi üçün “Xəlilova” olmuşdur. Ailədə 2 bacı və 1 qardaş olmuşlar. X4 xx.xx.1956cı ildə anadan olmuşdur, subaydır və Bərdə şəhəri Heydər Əliyev prospekti ev 79, mənzil 3 ünvanında daimi qeydiyyatda olmaqla hazırda da həmin ünvanda onunla birlikdə yaşayır. X5 xx.xx.1954-cü ildə anadan olmuş və Bərdə şəhəri Heydər Əliyev prospekti ev 79, mənzil 3 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda valideynləri ilə, onunla və bacıları Elmira ilə birlikdə yaşamışdır. Heç vaxt evli olmamışdır. X5 02 sentyabr 2018-ci il tarixdə səhər saat 07 radələrində yaşadıqları mənzildə, yəni ünvan 4 ünvanında vəfat etmişdir. Onun ölümünün səbəbi isə tibbi adı “azgeymer” olan beyin damarlarının quruması xəstəliyi olmuşdur. Qardaşı Valeri həmin xəstəlikdən uzun illər əziyyət çəkmiş, bu səbəbdən də heç vaxt ailə qurmağa razı olmamışdır. Onu müayinə və müalicə etdirmək üçün dəfələrlə Bakı şəhərindəki müxtəlif tibb müəssisələrinə aparmışlar, lakin heç vaxt stasionar şəraitdə hər hansı bir xəstəxanada müalicə almamışdır. Çünki, statsionar şəraitdə müalicə olunmağa qətiyyən razı olmamışdır. Səbəbini isə xəstəliyinin müalicəsinin olmadığını bildirmiş və yalnız həkimlərin reseptləri ilə təyin edilmiş dərman preparatları qəbul etməklə kifayətlənmişdir. Qardaşı Valerinin ömrünün son günlərində mənzillərində xəstə yatarkən dəfələrlə vəziyyəti pisləşdiyinə görə Bərdə MRX-nın təcili yardım stansiyasından onların çağırışlarına həkimlər gəlmiş, ona keyləşdirici iynələr vurub getmişlər. Sonuncu dəfə ölümündən bir gün əvvəl gələn təcili yardım həkimi isə bildirmişdir ki, qardaşınızın cəmi bir neçə saatlıq ömrü qalıb. Həqiqətən də, qardaşı Valeri xx.xx.2018ci il tarixdə saat 07 radələrində vəfat etmişdir. Onun vəfat etməsi onun, onun övladlarının, bacısı Elmiranın və çoxsaylı qonşularının gözü qarşısında baş vermişdir. Onu həmin gün Bərdə şəhərindəki “İmamzadə” qəbristanlığında valideynlərinin və qohumlarının məzarlarının yanında dəfn etmişlər. Qardaşı Valeri vəfat edərkən bu barədə tibbi şəhadətnamə və ya tibbi arayış almağa, həmçinin onun adına Ölüm haqqında şəhadətnamə almağa səhlənkarlıq edərək zərurət bilməmişlər. Çünki, fikirləşmişlər ki, Valeri pensiya almır, yaxud işləmədiyi üçün əmək haqqı almır. Odur ki, onun vəfatı ilə əlaqədar onlara “dəfn pulu” adlanan müavinət də verilməli deyil. Son aylarda isə yaşadıqları mənzilin mərhum anası X12 mirası olaraq onun vərəsələri kimi adlarına rəsmiləşdirmək istədikdə məlum olmuşdur ki, X2 Ölüm haqqında Şəhadətnaməsi olmadığı üçün bu məsələ hüquqi cəhətdən mümkün deyildir. Odur ki, xx.xx.2024-cü il tarixli ərizə ilə Maraqlı şəxsnə müraciət edərək xahiş etmişdir ki, X2 ölümü qeydə alınsın və onun həqiqətən də xx.xx.2018-ci ildə vəfat etməsini təsdiq edən Ölüm haqqında şəhadətnamə verilsin. Lakin Maraqlı şəxs müraciətini təmin etməkdən imtina edərək xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-208/2024 saylı cavabla bildirmişdir ki, “Maraqlı şəxs Sizin xx.xx.2024cü il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi qeydə alına bilər. Mərhum vətəndaşın (qardaşınızın) ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Sizin ərizənizin təmin edilməsi mümkün deyil”. X2 Ölüm haqqında Şəhadətnaməsini başqa vasitə ilə əldə etmək mümkün deyildir. Həmin Şəhadətnamə isə ona gələcəkdə anasının vərəsəsi kimi vərəsəlik və miras əmlak məsələlərini həll etmək üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 göstərdi ki, Ərizəçi bacısıdır. X6 adlı bir qardaşları olmuşdur. Valideynləri arasında nikah olmadığından Valerinin soyadı Kotov olmuşdur. X3 02 sentyabr 2018-ci il tarixdə vəfat etmişdir. Sonuncunu evlərinin yaxınlığında yerləşən “İmamzadə” qəbristanlığında dəfn etmişlər. Lakin qardaşının ölümü ilə bağlı ölüm haqqında şəhadətnamə almamışlar. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1958-ci ildə Gürcüstan Respublikası Tkibuli şəhərində anadan olmuşdur və Bərdə şəhəri Nizami küçəsi ev 95-də qeydiyyatdadır. AZE seriyalı 08093537 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 21 iyun 1954-cü ildə Rusiya Federasiyası Sverdlovsk vilayətində anadan olmuşdur və Bərdə şəhəri Nizami küçəsi ev 95-də qeydiyyatdadır. Bərdə Mənzil Təmir-İstismar Sahəsi tərəfindən verilmiş 08 mart 2024-cü il tarixli 224 nömrəli arayışından görünür ki, Ərizəçi Bərdə şəhəri H.Əliyev prospekti 79/3-də yaşayır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 08 may 2024-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 5 ünvanda qeydiyyatda olan şəxslər: xx.xx.1956-cı il təvəllüdlü X14 və xx.xx.1988-ci il təvəllüdlü X16. Bərdə Mənzil Təmir-İstismar Sahəsi tərəfindən verilmiş 08 mart 2024-cü il tarixli 225 nömrəli arayışından görünür ki, X7 şəhəri H.Əliyev prospekti 79/3-də yaşamış, xx.xx.2018ci ildə vəfat etmişdir. 03 mart 1970-ci il tarixli İ-ГТ 294431 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi X10, “ana” qrafasında anası kimi X22 qeyd edilmişdir. 06 mart 1970-ci il tarixli ЮН 661304 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X26 24 oktyabr 1955-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Xəlilova soyadı verilmişdir. Bərdə rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 10 yanvar 1997-ci il tarixli İV-ЖГ 466337 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 08 yanvar 1997-ci il tarixdə ölmüşdür. Maraqlı şəxs tərəfindən verilmiş 04 avqust 2014-cü il tarixli AZ-İ 680207 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 19 iyul 2014-cü il tarixdə ölmüşdür. Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 25 may 2006-cı il tarixli 08 nömrəli order surətindən görünür ki, X17 5 nəfərdən ibarət ailəsi ilə birlikdə Nizami küçəsi 79/3-də iki otaqdan ibarət 28 kv.m mənzil sahəsi tutmağa ixtiyarı vardır. Ailə tərkibi: oğlu-1954-cü il təvəllüdlü X23, qızı-1956-cı il təvəllüdlü X14, qızı-1958-ci il təvəllüdlü Ərizəçi, nəvəsi- 1986-cı il təvəllüdlü X8 və nəvəsi-1988-ci il təvəllüdlü X9 ibarətdir. Fotoşəkildən görünür ki, X11 Qəbir daşı üzərində ölüm tarixi olaraq 02 sentyabr 2018-ci il qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan 01 may 2024-cü il tarixli 3-16-5/8-15- 208/2024 saylı məktubdan görünür ki, Ərizəçi qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 08 may 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X13 02 sentyabr 2018-ci il tarixdə ölməsi faktı ərizəçinin və şahidin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X13 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum qardaşına ölümü haqqında şəhadətnamənin alınması və miras əmlakla bağlı məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilisin. Ərizəçi X2 02 sentyabr 2018-ci il tarixdə Bərdə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-2060/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2060/2024
05.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver