Məhkəmə qərarları › İş №2(021)-2075/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2075/2024

23.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2075/2024 23.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Ərizəçi İddiaçı Maraqlı şəxs iştirakı ilə, Ərizəçi İddiaçı (bundan sonra ərizəçi) Maraqlı şəxs (bundan sonra maraqlı şəxs) qаrşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 04 may 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 20 dekabr 2022-ci il tarixdə X14 Xidmət mərkəzinin Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 1703 nömrəli rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 26 dekabr 2022-ci il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra münasibətləri pisləşmiş, xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur.Ər-arvad kimi yaşamaqları mümkün deyil. Xeyli müddətdir ki, ayrı yaşayırlar. 04 may 2024-cü il tarixdə aralarında bağlanmış nikahın pozulması, uşağın onun himayəsində saxlanılması, aliment və gəlin köçdüyü Bərdə rayon Qazaxlar kəndində yerləşən fərdi yaşayış evində yaşayış hüququnun verilməsi tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət etmişlər. Mediasiya prosesində 20 dekabr 2022-ci il tarixdə X14 Xidmət mərkəzinin Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 1703 nömrəsi ilə qeyd edilmiş rəsmi nikahlarının pozulmasına, birgə nikahlarından olan 26 dekabr 2022-ci il təvəllüdlü X15 adlı övladlarının onun himayəsində saxlanılmasına, övladının saxlanmasına görə hər ay 70 manat sabit pul məbləğində alimentin onun xeyrinə ödənilməsi, Bərdə rayon Qazaxlar kəndində yerləşən fərdə yaşayış evindən ona və azyaşlı övladına yaşayış hüququnun verilməsi tələbinə dair Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəlmişlər.Bu səbəbdən barışıq sazişini imzalamışlar. Maraqlı şəxs mediasiya prossesində bağladıqları xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs barışıq sazişinin şərtlərini qəbul etdiyini və təsdiq olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu ildə Ağdam rayonu Kürdlər kəndianadan olmuşdur, Ağdam rayonu Kürdlər kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1996-cı ildə Bərdə rayonu Qazaxlar kəndinda anadan olmuşdur, Bərdə rayonu Qazaxlar kəndində qeydiyyatdadır. AA seriyalı 367583 nömrəli məcburi köçkün vəsiqəsinin görünür ki, İddiaçı Ağdam rayonu üzrə məcburi köçkündür. Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli AZ-İV seriyalı 826287 nömrəli, doğum haqqında şəxadətnamənin surətindən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından xx.xx.2022-ci ildə Heydarov Uğur lkin oğlu adlı uşaqları anadan olmuşdur. xx.xx.2022-ci il təvəllüdlü Heydarov Uğur lkin oğlunun atası Maraqlı şəxs, anası İddiaçıdır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli 728 nömrəli arayışdan görünür ki, X2 rayonu Dəymədağıldı kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 189 xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Qazaxlar kəndinə yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 188 xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Maraqlı şəxs Bərdə rayonu, Qazaxlar kəndinə yaşayır. Bərdə Regional “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli AZ-İİ- 551441 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs və İddiaçı 20 dekabr 2022-ci ildə 1703 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada İsgəndərova soyadı verilmişdir. X1 iştirakı ilə tərtib edilən 04 may 2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf- İddiaçı bildirdi ki, ikinci tərəf- Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 20 dekabr 2022-ci il tarixdə Regional “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi Akt qeydləri kitabında 1703 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 26 dekabr 2022-ci il təvəllüdlü Heydarov Uğur lkin oğlu adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və azyaşlı övladları ilə birlikdə ayrı yaşayırlar. Tərəflər aralarında bağlanmış 20 dekabr 2022-ci il tarixdə Bərdə Regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi akt qeydlər kitabında 1703 nömrəli rəsmi nikahın pozulmasını, birgə nikahlarından olan 26 dekabr 2022-ci il təvəllüdlü Heydarov Uğur lkin oğlu oğlu Birinci tərəfin (İddiaçı) himayəsində saxlanılması, övladlarının saxlanmasına görə ikinci tərəfdən (Maraqlı şəxs) hər ay 70 manat sabit pul məbləğində aliment məbləğinin birinci tərəfin xeyrinə ödənilməsi və Bərdə rayon Qazaxlar kəndində yerləşən fərdi yaşayış evindən övladı ilə birlikdə yaşayış hüququnun verilməsi tələbi ilə təklif verdilər. -İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildrimişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, Birinci tərəf ilə aralarında bağlanmış 20 dekabr 2022-ci il tarixdə Bərdə Regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi akt qeydlər kitabında 1703 nömrəli rəsmi nikahın pozulmasına tam razıdır, birgə nikahlarından olan 26 dekabr 2022-ci il təvəllüdlü Heydarov Uğur lkin oğlu birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını və azyaşlı övladlarının saxlanılması üçün isə hər ay hər uşaq üçün 70 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyə gücünün çatdığını bildirdi və öz öhdəsinə götürür, ikinci tərəfə məxsus olan, Bərə rayonu Qazaxlar kəndində yerləşən fərdi yaşayış evində birinci tərəfin övladı ilə birlikdə həmin mənzildə yaşayış hüququnun verilməsinə razılaşaraq öz öhdəsinə götürürlər. -Birinci tərəf bildirdi ki, ikinci tərəfin hər ay hər uşaq üçün 70 manat olmaqla aliment məbləği ödənilməsi təklifi ilə tam razılaşır və qəbul edir. -Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi İddiaçı ailə mübahisəsi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və X1 iştirakı ilə, 04 may 2024-cü il tarixdə tərtib edilən Barışıq Sazişinə əsasən tərəflər arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişi tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalı olduğu halda Maraqlı şəxs tərəfindən icra edilməmişdir. Bu səbəbdən də, ərizəçi İddiaçı Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 04 may 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsının MPM və ya MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 50-ci maddəsinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 52-ci maddəsinə görə, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.1-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. MPM-nin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə görə, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Birinci tərəf-İddiaçı ilə İkinci tərəf-Maraqlı şəxs arasında 20 dekabr 2022-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzi X11 qeydlər kitabında 1703 nömrə ilə bağlanmış rəsmi nikahın pozulmasına tam razı olmaları, birgə nikahlarından olan 26 dekabr 2022-ci il təvəllüdlü Heydərov Uğur lkin oğlunun birinci tərəfin himayəsində saxlanılmasına ikinci tərəfin heç bir etirazının olmaması, azyaşlı övladlarının saxlanılması üçün ikinci tərəfdən hər ay uşaq üçün 70 (yetmiş) manat sabit pul məbləğində aliment məbləğinin birinci tərəfin xeyrinə ödənilməsi, ikinci tərəfə məxsus olan Bərdə rayonu, Qazaxlar kəndində yerləşən fərdi yaşayış evində birinci tərəfə övladı ilə birlikdə yaşayış hüququnun verilməsi barədə İddiaçı və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 04 may 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim:Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar