Məhkəmə qərarları › İş №2(021)-2077/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2077/2024

29.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2077/2024 29.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar qızı Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif qızı Tağıyevin katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) X10 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 29 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək övladı X5 xx.xx.1991-ci il tarixdə Bərdə rayon Mollalı kənd qəbirstanlığında dəfn olunması faktının müəyyən edilib qeyd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1990-cı il təvəllüdlü X4 xx.xx.1991ci il tarixdə ölmüşdür. X22 Bərdə rayon Mollalı kənd qəbiristanlığında dəfn edilmişdir. Qızı X1 Şöbəsində ölüm aktı qeydiyyata alınmamışdır. Bu da X22nın ölümü ilə bağlı bir çox məsələlərin həllində problemlər yaratmışdır. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət edilmiş, Bərdə rayon şöbəsi 3-16-5/8-15- 170/2024 №li xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki,övladı X5 ölümünün qeydə alınması halı müəyyən edilməmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etməkləri tövsiyyə edilmişdir. Odur ki, övladı X5 xx.xx.1991-ci il tarixdə ölüm faktının müəyyən edilib qeyd edilməsinə dair məhkəmə aktına ehtiyacı vardır. Qeyd edilənlər Bərdə rayon Mollalı kənd İcra nümayəndəliyinin 190 saylı xx.xx.2024-cü il tarixli arayışında öz təsdiqini tapmış, aşağıdakı şahidlər də təsdiq edə bilərlər: X13 və X8 Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) X10 ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərdi ki, Ərizəçi qonşusudur. X11 xx.xx.1991-ci il tarixdə vəfat edib. xx.xx.1991-ci il tarixdə dəfn ediblər. Dəfndə iştirak edib. Sonuncu Bərdə rayon Mollalı kəndində yerləşən qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 göstərdi ki, Ərizəçi qonşusudur. X11 xx.xx.1991-ci il tarixdə vəfat edib. xx.xx.1991-ci il tarixdə dəfn ediblər. Dəfndə iştirak edib. Sonuncu Bərdə rayon Mollalı kəndində yerləşən qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1968-ci ildə Bərdə rayonu, Ərəblər kəndində anadan olmuş, Bərdə rayonu, Ərəblər kəndində qeydiyyatdadır. AZE seriyalı 14281254 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1963-cü ildə Bərdə rayonu, Mollalı kəndinə anadan olmuşdur və Bərdə rayonu, Mollalı kəndinə qeydiyyatdadır. AZE seriyalı 15087300 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1965-ci ildə Bərdə rayonu, Mollalı kəndinə anadan olmuşdur və Bərdə rayonu, Mollalı kəndinə qeydiyyatdadır. Maraqlı şəxs tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli 411260 nömrəli arayışdan görünür ki, X3 rayonu Mollalı kəndində xx.xx.1990-cı il tarixdə anadan olmuş. Bu barədə 23.07. 1990-cı il tarixli 42 nömrəli qeydi aparılmışdır. X5 atası X7 oğlu, anası Ərizəçidır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 16 aprel 2024-cü il tarixli 190/1 saylı arayışdan görünür ki, Bərdə rayon, Mollalı kənd sakini olmuş mərhum X11 20 iyul 1991-ci il tarixdə vəfat etmiş. Bərdə rayon Mollalı kəndində yerləşən qəbristanlığında dəfn edilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 16 aprel 2024-cü il tarixli 190 saylı arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Mollalı kəndində yaşayır. Maraqlı şəxs tərəfindən Ərizəçi oğluna ünvanlanan 09 aprel 2024-cü il tarixli 3-16- 5/8-15-170/2024 saylı məktubdan görünür ki, Ərizəçi mərhum qızı ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. AR-İİİ seriyalı 324057 nömrəli etibarnamənin surətinən görünür ki, X2 Yeganə Novruz qızının etibarnamə üzrə nümayəndəsidir. 0412853 nömrəli vəkil orderindən görünür ki, X2 Yeganə Novruz qızının vəkilidir. 17 aprel 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Ərizəçi dəqiqləşmə verərək X5 xx.xx.1991-ci il tarixdə Bərdə rayonu Mollalı kənd qəbirstanlığında dəfn olunması faktının müəyyən edilməsini göstərmişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X5 20 iyul 1991-ci il tarixdə ölməsi faktı ərizəçinin və şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X5 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum atasına ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:

1. Ərizə təmin edilsin.

2. X5 xx.xx.1991-ci il tarixdə Bərdə rayonunda ölməsi faktı müəyyən edilsin.

3. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin.

4. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar