Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2080/2025 14.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3nın 05 yanvar 1995-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X5 ilə anası X4 birgə nikah dövründə anadan olmuş X3 18 iyun 1994-cü il tarixdə anadan olmuşdur. X3 05 yanvar 1995-ci ildə 6 aylıq olan zaman xəstəlikdən vəfat etmiş, Bərdə rayonu Canavarlı kənd qəbristanlığında dəfn edilmişdir. Baş qarışıqlığından mərhum bacısına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Hal-hazırda bir çox sənədlərin hazırlanmasında ondan bacısının ölüm haqqında şəhadətnamə tələb edirlər. Lakin ölüm kağızı olmadığı üçün o sənədlərini hazırlaya bilmir. O, mərhum X6 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, orada isə mərhum X3nın ölümünü təsdiq edən sənədin olmamasına əsas gətirərək ölüm haqqında şəhadətnamə verməkdən imtina edirlər və məhkəməyə müraciət etməsini bildirimişlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1993-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ387952 nömrəli, 29 mart 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 12 mart 2024-cü ildə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 13 mart 2024-cü il tarixdə 84 nömrə ilə qeyd edilmişdir. Bərdə Rayon Mərkəzi X12 Şəxsin xx.xx.2025-ci il tarixli 18-1-29/2-711/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X4 ölümü ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasında hər hansı bir məlumat aşkar edilməmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəli tərəfindən verilmiş 646 nömrəli, 20 fevral 2025-ci il tarixli arayışdan görünür ki, X1 şəhəri Bakıxanov küçəsi ev 57-də yaşayır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli,İ-Az_305410 nömrəli arayışdan görünür ki, Ərizəçi xx xxxx 1993-cü ildə anadan olmuş, atası X8, anası X9 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 11 mart 1993-cü il tarxdə 1103 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli, 383609 nömrəli arayışdan görünür ki, X13 18 iyun 1994-cü ildə anadan olmuş, atası X8, anası X9 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 14 iyul 1994-cü il tarxdə 46 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçsının Mehdixanlı kənd İnzibati Ərazi Daiəri Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 106 nömrəli, 02 aprel 2025-ci il tarixli arayışdan görünür ki, 18 iyun 1994-cü il tarixdə anadan olmuş X13 valideyinlərinin dediyinə görə 1994-cü ilin yanvar ayında rəhmətə getmiş və Hacallı kənd qəbristanlığında dəfn olunmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə verən X15 bildirmişdir ki, ərizəçi onun əmisi oğlunun qızıdır. Ərizəçi iki bacı bir qardaşdılar. Bir bacısı rəhmətə gedibdir. Ərizəçinin bacısı 05 yanvar 1995-ci ildə xəstəlikdən vəfat etmişdir. Bərdə rayonu Hacallı kəndində dəfn edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 bildirmişdir ki, ərizəçi X15 bildirmişdir ki, ərizəçi onun əmisi oğlunun qızıdır. Ərizəçi iki bacı bir qardaşdılar. Bir bacısı rəhmətə gedibdir. Adı Səidə olmuşdur. Ərizəçinin bacısı 05 yanvar 1995-ci ildə xəstəlikdən vəfat etmişdir. Bərdə rayonu Hacallı kəndində dəfn edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə vermiş X16 oxşar ifadə verərək bildirmişdir ki, Gültəkingil iki bacı bir qardaşdılar. Bir bacısı rəhmətə gedibdir. Ərizəçinin bacısı 05 yanvar 1995-ci ildə xəstəlikdən vəfat etmişdir. Bərdə rayonu Hacallı kəndində dəfn edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum X3nın 5 yanvar 1995-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, X4 5 yanvar 1995-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. 18 iyun 1994-cü il təvəllüdlü X4 5 yanvar 1995-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-2080/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2080/2025
14.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver