Məhkəmə qərarları › İş №2(021)-2094/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2094/2024

04.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2094/2024 04.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 04 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı X3 17 mart 2024-cü ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 17 mart 2024-cü ildə vəfat etmiş şəxs X6 onun həyat yoldaşıdır. X1 rayonu Hacılar kənd qəbirstanlığında dəfn edilmişdir. Sosial məsələlərin həlli ilə bağlı həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Keçən müddət ərzində E.Nəsibovanın ölümünü qeydiyyata aldırmamışdır. E.Nəsibovanın ölməsi faktının müəyyən olunmasını başqa qaydada həll edə bilmir. X3 ölümü haqqında şəhadətnamə alınması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, müraciətə cavab verilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31,10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı QaydasT'nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür.” Hazırda sosial məsələlərin həlli ilə bağlı X3 ölüm faktının müəyyən olunması zərurəti yaranmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa X3 17 mart 2024-cü ildə vəfat etməsini şahidlər də təsdiq edirlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, X6 xx.xx.2024-cü il tarixdə vəfat edib. xx.xx.2024-cü il tarixdə dəfn ediblər. Dəfndə iştirak edib. Sonuncu Bərdə rayonu Hacılar kəndində yerləşən qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, Ərizəçi qardaşı qızıdır. X6 xx.xx.2024-cü il tarixdə vəfat edib. xx.xx.2024-cü il tarixdə dəfn ediblər. Dəfndə iştirak edib. Sonuncu Bərdə rayonu Hacılar kəndində yerləşən qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1968-ci ildə Bərdə rayonu, Arabaçılar kəndində anadan olmuş, Bərdə rayonu, Hacılar kəndində qeydiyyatdadır. AZE seriyalı 15159344 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 04 aprel 1977-ci ildə Bərdə rayonu, Hüseynallar kəndində anadan olmuş, Bərdə rayonu,Hacılar kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 16 fevral 1971-ci ildə Bərdə rayonu, Hacılar kəndində anadan olmuş, Bərdə rayonu, Hacılar kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 14 may 1987-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2razi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 may 2024-cü il tarixli 167 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu, Hacılar kəndində yaşayır. Ölüm haqqında məlumat vərəqəsindən görünür ki, X6 17 mart 2024-cü il tarixdə miokard infarkt, hipertenziya səbəbi ilə vəfat etmişdir. Maraqlı şəxs çıxarışından görünür ki, Ərizəçi ilə X8 arasında Bərdə Rayon Hüseynallar kənd icra nümayəndəliyində 02 iyun 1997-ci il tarixdə nikahları bağlanmışdır. A seriyalı 468796 seriyalı vəsiqənin surətindən görünür ki, ərizəçi müharibə veteranıdır. ünvan 2razi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli 162 nömrəli arayışdan görünür ki, Bərdə rayonun Hacılar kənd sakini X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hacılar kənd qəbirstanlığında dəfn edilmişdir. Bərdə Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin 08 may 2024-cü il tarixli 4642 nömrəli arayışdan görünür ki, 17 mart 2024-cü l tarixdə xx.xx.1977-ci il təvəllüdlü X5 Bərdə rayon Hacılar kəndində TTTYS 6016 nömrəli çağırışı olmuşdur. Həkimə qədərki ölüm qeydə alınmışdır. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan 13 may 2024-cü il tarixli 3-16-5/8-15- 241/2024 saylı məktubdan görünür ki, Ərizəçi mərhum arvadı üçün ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi dəqiqləşmə verərək mərhum arvadı X3 17 mart 2024-cü il tarixdə Bərdə rayonu Hacılar kəndində ölməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X3 17 mart 2024-cü il tarixdə Bərdə rayonunda ölməsi faktı ərizəçinin və şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə müəyyən olunduğundan ərizə təmin edilməli, X3 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum arvadına ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:

1. Ərizə təmin edilsin.

2. X3 17 mart 2024-cü il tarixdə Bərdə rayonunda ölməsi faktı müəyyən edilsin.

3. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar