Məhkəmə qərarları › İş №2(021)-2167/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2167/2021

03.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2167/2021 03.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 30 may 1985-ci ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuş X2 20 aprel 2008-ci ildə xəstəlik nəticəsində vəfat etməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X4 onun doğma qızıdır. Ulduz 30 may 1985-ci ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuşdur. X4 20 aprel 2008-ci ildə xəstəlik nəticəsində vəfat etmişdir. Bərdə rayonu Hacallı kənd qəbristanlığında dəfn olunmuşdur. Başı həmin vaxtlar qarışdığından ölüm kağızı almamışdır. Hazırda mərhumun adına olan pay torpaq sahəsinin miras kimi qəbul etmək istədikləri üçün onun ölüm kağızı lazımdır. Bu barədə Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Orada ona bildirmişlər ki, mərhumun ölmündən uzun müddət keçdiyindən onun ölümü barədə arayışı məhkəmə qətnaməsi əsasında verilməlidir. Ona görə də məcbur olub ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbıb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X7, X9 və X5 Ərizəçi qızı X2 20 aprel 2008-ci ildə vəfat etdiyini, özlərinin də yas mərasimində iştirak etdiklərini, X2 Bərdə rayonu Hacallı kənd qəbristanlığında dəfn edildiyini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 iyun 1985-ci il tarixli X-ЖГ 476839 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 30 may 1985-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X3, ana qrafasında anası kimi Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 fevral 2020-ci il tarixli AZ-İİ 072485 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 02.02.2020-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 340 saylı 01 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu Hacallı kənd sakini olmuş X4 20 aprel 2008-ci il tarixdə vəfat etmiş və Hacallı kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən müəyyən olunur ki, X2 baş daşı üzərində ölüm tarixi 20 aprel 2008-ci il qeyd edilmişdir. İş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilmiş 306-05/15 nömrəli 16 may 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi qızına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X2 20 aprel 2008-ci il tarixdə Bərdə rayonu Hacallı kəndində ölməsi faktı ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X2 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə qızına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilisin. Ərizəçi qızı X2 20 aprel 2008-ci il tarixdə vəfat etməsi və Bərdə rayonu Hacallı kənd qəbristanlığında dəfn edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar