Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2173/2023 02.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Maraqlı şəxs ilə 16 dekabr 2008-ci ildə Bərdə rayonu Mirzəxan Qaraqoyunlu kənd İcra Nümayəndəliyinində rəsmi nikaha daxil olublar. Birgə nikahlarından 04 sentyabr 2009-cu il təvəllüdlü X5 və 29 aprel 2012-ci il təvəllüdlü X6 adlı iki övladları anadan olmuşdur. Onların xasiyyətləri bir birinə uyğun gəlmədiyindən, aralarında tez-tez münaqişələr yaranır. Nəhayət onlar fakitiki olaraq ayrılıblar, ayrı-ayrı təsərrüfatlar idarə edirlər. Ər-arvad münasibətlərini kəsiblər. Onların xasiyyətləri uyğun gəlmədiyindən onların nikahlarını qoruyub saxlamaq və onları normal ər arvad münasibətlərinə qaytarmaq mümkün deyildir. Nikahlarının pozulmasında israrlıdır. Qeyd edirki aralarında oilan mübahisə ilə bağlı mediasiya şurasın müraciət edib. Mediasiya şurası tərəfindən 28 fevral 2023cü il tarixli barışıq sazişi bağlansa da arlarında ola nikahın pozulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə qanun uyğun formada məlumat verilsədə məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1988-ci ildə Bərdə rayonu, Mirzalıbəyli kəndində doğulmuşdur, Bərdə rayonu, Kafarlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs 27 avqust 1976-cı ildə Bərdə rayonu, Kafarlı kəndində doğulmuşdur, Bərdə rayonu, Kafarlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 176 nömrəli, 28 fevral 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Kafarlı kəndində yaşayır. Mülki işə əlavə edilmiş AZ-İ 439246 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs ilə X4 arasında nikah Bərdə rayonu, Mirzəxan Qaraqoyunlu kənd icra nümayəndəliyində 16 dekabr 2008-ci il tarixdə, 12 nömrəli akt qeydi ilə bağlanmışdır, nikahdan sonra arvada Vəliyeva soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İİ 324916 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 02 dekabr 2009-cu ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş AZ-İİ 891243 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 29 aprel 2012-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 28 fevral 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildiri ki, ikinci tərəf ilə 16 dekabr 2008-ci il tarixdə ailə həyatı qurmuş və birgə nikahlarından 04 sentyabr 2009-cu il təvəllüdlü X5 və 29 aprel 2012-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur, birinci tərəf bildirdi ki, ikinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasını, 04 sentyabr 2009-cu il təvəllüdlü X1 və 29 aprel 2012-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılmasına və azyaşlı övladlarının saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment məbləği təyin olunmasını istəyir. İkinci tərəf birinci tərəf verdiyi təkliflə qismən razılaşır və bildirir ki, birinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasına tam razıdır, 04 sentyabr 2009-cu il təvəllüdlü X5 və 29 aprel 2012-ci il təvəllüdlü X2 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı yoxdur. Aliment məbləğində isə hər uşağa hər ay 100 manat olmaqla, cəmi 200 manat aliment məbləği ödəməyə gücüünün çatdığını bildirir və bundan əlavə olaraq da övladları üçün əlavə köməklik göstərəcəyini öz öhdəsinə götürür və azyaşlı övladları ilə ünsiyyət hüququnun verilməsini istəyir. Birinci tərəf ikinci tərəfin hər uşağa görə hər ay 100 manat olmaqla ümumilikdə 200 manat aliment məbləğinə tam razılaşır və hər həftənin şənbə və bazar günləri övladları ilə ünsiyyət saxlamasına heç bir maneçilik törətməyəcəyini öz öhdəsinə götürür. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 28 fevral 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında nikah Bərdə rayonu, Mirzəxan Qaraqoyunlu kənd icra nümayəndəliyində 16 dekabr 2008-ci il tarixdə, 12 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqları 04 sentyabr 2009-cu il təvəllüdlü X1 və 29 aprel 2012-ci il təvəllüdlü X2 hər birinə 100 manat olmaqla cəmi 200 manat alimenti Maraqlı şəxs hər ay ödəməyi öhdəsinə götürməsi, 04 sentyabr 2009-cu il təvəllüdlü X1 və 29 aprel 2012-ci il təvəllüdlü X2 anası Ərizəçi himayəsində qalmasına etiraz etməməsi, uşaqları 04 sentyabr 2009cu il təvəllüdlü X5 və 29 aprel 2012-ci il təvəllüdlü X6 ilə Maraqlı şəxs ilə hər həftənin şənbə və bazar günləri ünsiyyət saxlaması barədə Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 28 fevral 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması 28 fevral 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2173/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2173/2023
02.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver