Məhkəmə qərarları › İş №2(021)-2191/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2191/2024

03.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2191/2024 03.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* saylı və ******* saylı barışıq sazişlərinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 10 yanvar 2024-cü il tarixdə rəsmi olaraq ailə qurmuşlar. Birgə nikah dövründə övladları olmamışdır. Aralarında olan narazılığa görə ailə münasibətləri xeyli vaxtdır ki, pozulmuşdur. Belə ki, həyat yoldaşı onu bir həyat yoldaşı kimi saymamış, ona hörmət etməmiş, evdə əsassız söz-söhbətlər salmış, birgə yaşayışlarını mümkünsüz etmişdir. Onların nikahı formal xarakter daşıyır, nikahlarının pozulmasında israrlıdır. Bunun üçündə onlr qarşılıqlı razılığa gələrək birlikdə ilkin prosedur kimi Mediasiya Şurasına müraciət etmişlər və Mediasiya təşkilatından onların işinə baxılması üçün X1 təyin edilmişdir. İlkin mediasiya prosesində cavabdeh onunla ortaq fikrə gələrək aralarında bağlanmış xx.xx.2024-cü il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydəri kitabında qeydə alınmış 10 nömrəli nikahın pozulmasına razılığa gəlmişlər. Bununla bağlı 05 may 2024-cü il tarixdə Mediasiya təşkilatında öz aralarında barışıq sazişi bağlamışdır. Bundan əlavə Maraqlı şəxs ona məxsus olan qızıl-zinət əşyalarını və cehiz əşyalarını könüllü şəkildə verməyə razı olduğu üçün öz aralarında 05 may 2024-cü il tarixdə ******* saylı barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs barışıq sazişindən sonra cehiz əşyalarını vermiş, lakin qızıl-zinət əşyalarını verməmişdir. Maraqlı şəxs tələb etdiyi və onunda razılıq verdiyi qızıl-zinət əşyları 1 ədəd komplekt dəst (üzük, sırğa, 2 ədəd sep və bilrəzik), nişan üzüyü, hə üzüyü, bacısı alan üzük, xalası alan üzükdür. Bunun üçündə xx.xx.2024-cü il tarixli, ******* saylı barışıq sazişinin təsdiq olunmasını istəyir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasına iştrak edən Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, ərizəyə baxaraq iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2003-ci il tarixdə anadan olmuşdur. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2001-ci il tarixə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli, ********* nömrəli ödəniş qəbzindən görünür ki, Ərizəçi məhkəmədə iddia qaldırılması üçün 101 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli, 31811 nömrəli ödəniş qəzindən görünür ki, Ərizəçi barışıq sazişi bağlanması ilə əlaqədar 100 manat mediasiya xrci ödəmişdir. Bərdə RİB-nin Kələntərli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli, 673 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu, Alaçadırlı kəndində yaşayır. AZ-İİ 590943 nömrəli, 10 yanvar 2024-cü il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 10 yanvar 2024-cü ildə rəsmi nikah bağlanmışdır. Bununla bağlı Göyçy rayon Qeydiyyat Şöbəsində nikah aktları qeyd kitabında 10 yanvar 2024-cü il tarixdə 10 nömrəli qeyd aparılmışdır. xx.xx.2024-cü il tarixli, MŞB/MT039-2024-00378 reyestr nömrəli barışıq sazişindən görünür ki, birinci tərəf Maraqlı şəxs, ikinci tərəf isə Ərizəçidır. Barışıq sazişindən görünür ki, 1. Birinci tərəf ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları xx.xx.2024-cü il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydəri kitabında qeydə alınmış 10 nömrə ilə qydə alınmışdır. Birgə nikahlarından övladları olmamışdır. Bir müddət birlikdə nomal yaşasalarda, daha sonra münasibətləri pozulmuş və ayrılmışlar. Tərəflər xx.xx.2024-cü il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydəri kitabında qeydə alınmış 10 nömrəli nikahın pozulması tələbi ilə təklif verdilər. 2. Tərəflər xx.xx.2024-cü il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydəri kitabında qeydə alınmış 10 nömrəli nikahın pozulmasına razı olduqlarını bildirdilər. 3. Barışıq sazişi tərəflərin sözləri ilə yazıldı və doğruluğunu öz imzaları ilə təsdiq edirlər. 4. Tərəflərə barışıq sazişinin şərtləri izah olundu. 5. Tərəflər arasında digər mübahisə yoxdur. xx.xx.2024-cü il tarixli, MŞB/MT039-2024-00378 nömrəli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildiyindən mediasiya prossesi xitam edilmişdir. xx.xx.2024-cü il tarixli, MŞB/MT039-2024-00379 reyestr nömrəli barışıq sazişindən görünür ki, birinci tərəf Ərizəçi, ikinci tərəf isə Maraqlı şəxsdur. Barışıq sazişindən görünür ki, 1. Birinci tərəf ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları xx.xx.2024-cü il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydəri kitabında qeydə alınmış 10 nömrə ilə qydə alınmışdır. Birgə nikahlarından övladları olmamışdır. Bir müddət birlikdə nomal yaşasalarda, daha sonra münasibətləri pozulmuş və ayrılmışlar. Tərəflər könüllü olaraq bildirdilər ki, toy zamanı hədiyyə edilmiş qızıl-zinət əşyaları və cehiz əşyalarının könüllü olaraq təhvil-təslim edilməsi tələbi ilə təklif verdilər. 2. İkinci tərəf bildirdi ki, birinci tərəfə məxsus olan cehiz əşyalarının könüllü olaraq xx.xx.2024-cü il tarixdə təhvil verilməsinə tam razılaşır və öz öhdələrinə götürürlər. Birinci tərəf cehiz əşyalarının xx.xx.2024-cü il tairxdə təhvil verilməsinə razılaşır və təhvil aldığını bildirdi. Tərəflər qarşılıqlı razılaşıb bildirdilər ki, birinci tərəfə məxsus olan qızıl-zinət əşyalarını ikinci tərəf xx.xx.2024-cü il tarixinədək könüllü olaraq təhvil0-təslim edəcəklərinə tam razılaşırlar və öz öhdələrinə götürürlər. 3. Barışıq sazişi tərəflərin sözləri ilə yazıldı və doğruluğunu öz imzaları ilə təsdiq edirlər. 4. Tərəflərə barışıq sazişinin şərtləri izah olundu. 5. Tərəflər arasında digər mübahisə yoxdur. 10.05. 2024-cü il taixli Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ərizəyə cavabdan görünür ki, Maraqlı şəxs nikahın pozulması üçün qeydiyyat şöbəsinə müraciət etməməsi səbəbindən qeydiyyat orqanında ərizənin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* saylı və ******* saylı barışıq sazişlərinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Ər ilə arvadın hüquqları bərabərdir (Konstitusiyanın 34-cü maddəsi). Konstitusiyanın qeyd edilən normaları insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlarda da əksini tapmışdır. Belə ki, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 23-cü maddəsinin 4-cü bəndinə əsasən Paktda iştirak edən dövlətlər nikah bağlanarkən, nikah vəziyyətində olarkən və onun pozulması zamanı ərlə arvadın hüquq və vəzifələrinin bərabərliyinin təmin edilməsi üçün lazımi tədbirləri görməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra Konvensiya) 7 saylı Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən, nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 19.2-ci maddəsinə əsasən, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM) 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.20204-cü il tarixli ******* və ******* saylı barışıq sazişləri təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 100 manat mediasiya xərci maraqlı şəxsdən tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 307-308, 311, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, ******* saylı barışıq sazişinin barışıq sazişi təsdiq edilməklə, .Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-ci il tarixdə, Göyçay rayon Qeydiyyat Şöbəsinin akt qeydlər kitabında 10 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulsun. Maraqlı şəxs 1 ədəd komplekt dəst (üzük, sırğa, 2 ədəd sep və bilrəzik), nişan üzüyü, hə üzüyü, bacısı alan üzük, xalası alan üzük alınaraq Ərizəçi verilsin. İş üzrə ödənilmiş olan 100 manat dövlət rüsumu və 100 manat mediasiya xərci ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar