Məhkəmə qərarları › İş №2(021)-2202/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2202/2025

22.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2202/2025 22.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, Ərizəçi Maraqlı şəxs qarşı “ mediasiya prossesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında” ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli “barışıq sazişi”nin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.2ci maddələrinə əsasən ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Ərizəçi qeyd olunan maddələrin tələblərinə əməl etməyərək, iddia tələbi üzrə müəyyən olunmuş qiymətləndirilməyən iddia üzrə rüsumunun ödənilməsi barədə qəbzi iş materiallarına əlavə etməmiş, MPM-nin 152.1.5-ci maddəsinin tələbini pozmuşdur. Bundan başqa, ərizəçi dövlət rüsumunun ödənilməsindən azad olmaya dair hər hansı sənəd əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.5 və 152.1.7-ci maddələrinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosessi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında” ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosessi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında” ərizəsi qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar