Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2215/2025 02.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Ərizəçi və onun vəkili X2 iştirakı ilə, X3 “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 02 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək bacısı X3 xx.xx.2011-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1964-cü il təvəllüdlü bacısı xx.xx.2011-ci il taixdə vəfat etmişdir. X12 X15 rayon Mehdili kənd qəbirstanlığında dəfn edilmişdir. X3 Qeydiyyat şöbəsində ölüm aktı qeydiyyata alınmamışdır. Bu da bacısı X3 ölümü ilə bağlı bir cox məsələlərin həllində problemlər yaratmışdır. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət edilmiş, həmin şöbənin 3-16-5/8-3xx/xx-2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, ölümünün qeydə alınması halı müəyyən edilməmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etməkləri tövsiyyə edilmişdir. Odur ki, bacısı X3 xx.xx.2011-ci il tarixdə ölüm faktının müəyyən edilib qeyd edilməsi barədə məhkəmə aktına ehtiyacı vardır. Məhkəmə iclasında Ərizəçi və onun vəkili X5 ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Bərdə Regional ASAN xidmət X7 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçini və onun vəkilinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 göstərdi ki, Ərizəçi qonşusudur. Ərizəçi bacısı X8 xx.xx.2011-cü il tarixdə Bərdə rayonunda vəfat edib. xx.xx.2011-cü il tarixdə Bərdə rayonunda dəfn edilmişdir. Dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, Ərizəçi qızının qonşusudur. Ərizəçi bacısı X8 xx.xx.2011-cü il tarixdə Bərdə rayonunda vəfat etmiş, xx.xx.2011-cü il tarixdə Bərdə rayonunda dəfn edilmişdir. Dəfndə iştirak etmişdir. İş materiallarında olan: AA ******* seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci ildə Bərdə rayonu, Mehdili kəndində anadan olmuş, Bərdə rayonu, Mehdili kəndində qeydiyyatdadır. AZE seriyalı 18510876 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1983-cü ildə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuş, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1973-ci ildə Biləsuvar Səmədabad kəndində anadan olmuş, Bərdə rayonu, Mehdili kəndində qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli ******* nömrəli vəkil orderindən görünür ki, X1 Allahyar Səfər oğlunun vəkilidir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materialarına müvafiq olaraq qəbirüstü abidəyə dair fotoşəkillər, tibbi şəhadətnamənin verilməsindən imtina barədə arayış və dəfn barədə arayış əlavə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X3 xx.xx.2011-ci il tarixdə Bərdə şəhərində ölməsi faktı ərizəçinin və şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə müəyyən olunduğundan ərizə təmin edilməli, X3 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum Bacısının ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X3 22 fevral 2011-ci il tarixdə Bərdə rayonunda ölməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən 1 (bir) ay müddətində apellyasiya şikayəti verilmədikdə qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2215/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2215/2025
02.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver