Məhkəmə qərarları › İş №2(021)-2227/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2227/2022

11.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2227/2022 11.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1 12 oktyabr 2**6-cı ildə vəfat etməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X6 12 oktyabr 2**6-cı il tarixdə zəhərli kimyəvi maddə içərək intihar etmişdir, yəni ölmüşdür. O, Bərdə rayonu, Qarağacı kənd qəbristanlığında dəfn edilmişdir. X1 Bərdə rayon Qeydiyyat Şöbəsində ölüm aktı qeydiyyata alınmamışdır. Ölümün qeydə alınmaması bir çox sosial məsələlərin həllində problemlər yaratmışdır. Bununla bağlı Qeydiyyat Şöbəsinə müraciət etimiş, ölümün qeydə alınması məsələsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Odur ki, X1 12 oktyabr 2**6-cı ildə ölüm faktının müəyyən edilib, qeyd edilməsinə dair məhkəmə Aktına ehtiyacı var. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X19 izahatında göstərdi ki, Ərizəçi onun qardaşıdır, bacısı X6 intihar etmiş, zəhərli maddə içmişdir. Baş qarışdığından bacısının ölümünü qeyd etdirməmişlər. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, Ərizəçi qohumudur, Xəyyamın bacısı Gülbəniz intihar etmişdir, onun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA 2*75663 nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 *4 oktyabr 1997-ci ildə doğulmuşdur. İş materiallarında olan AA 342**86 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X14 13 mart 1976-cı ildə doğulmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1973-cü ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Qarağacı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE *5338*82 nömrəli şəxsiyyət vəsiqəsinin surətində müəyyən olunur ki, X6 24 fevral 198*-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Qarağacı kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu Mirzəcəfərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 326 nömrəli, 26 may 2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Qarağacı kəndində yaşayır. İş materiallarında olan Vİ JQ 45*426 nömrəli arayışdan müəyyən olunur ki, X6 24 fevral 198*-ci ildə doğulmuşdur, atası X7, anası X4r. İş materiallarında olan AZ-İ 445218 nömrəli arayışdan müəyyən olunur ki, X9 xx xxxx 1973cü ildə doğulmuşdur, atası X7, anası X4r. İş materiallarında olan qəbrin fotoşəkilindən görünür ki, X6 12 oktyabr 2**6-cı ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayonu, Mirzəcəfərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 33* nömrəli, 31 may 2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, X5 2**6-cı ilə kimi ərazinin Qarağacı kəndində yaşamışdır, 12 oktyabr 2**6-cı il tarixdə vəfat etmiş və Qarağacı kənd qəbristanlığından dəfn edilmişdir. İş materiallarında olan 162 nömrəli, 18 may 2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi 29 dekaabr 2**5-ci il tarixdən Azərbaycan Respublikasının müharibə veteranıdır. İş materiallarında olan Bərdə rayon Prokurorluğunun 3* aprel 2**7-ci il tarixli 8944 nömrəli məktubdan müəyyən olunur ki, Gülbəniz Ağayevanın zəhərli kimyəvi maddə içərək özünü öldürməsi faktına görə cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan 12 oktyabr 2**6-cı il tarixli 3* nömrəli Ekspert rəyindən müəyyən olunur ki, X2 təsərrüfatında istifadə olunan fosfor üzvü birləşməsi ilə zəhərlənməsi nəticəsində ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 may 2*22-ci il tarixli 276-*5/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, ona ölüm faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*7.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X3 12 oktyabr 2**6-cı ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 22*.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə müəyyən edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 22*, 227, 3*7, 3*8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 24 fevral 198*-ci ildə anadan olmuş X3 12 oktyabr 2**6-cı ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar