Məhkəmə qərarları › İş №2(021)-2236/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2236/2024

05.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2236/2024 05.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Ərizəçi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi) Maraqlı şəxs (bundan sonra maraqlı şəxs) qаrşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 19 fevral 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 19 okyabr 2011-ci il tarixdə Bərdə rayon Mehdili kənd İƏD-i üzrə nümayəndəliyinin akt qeydlər kitabında 20 nömrə ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 11 avqust 2012-ci il təvəllüdlü X8, 07 oktyabr 2017-ci il təvəllüdlü X6 və 12 dekabr 2022-ci il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. Ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra münasibətləri pisləşmiş, xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Ər-arvad kimi yaşamaqları mümkün deyil. Xeyli müddətdir ki, ayrı yaşayırlar. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-863/2024 saylı qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikah pozulmuş və birgə nikahlarından olan övladları onun himayəsində saxlanılması qət edilmişdir. xx.xx.2024-cü il tarixdə birgə nikahlarından olan 11 avqust 2012-ci il təvəllüdlü X8, 07 ktyabr 2017-ci il təvəllüdlü X6 və 12 dekabr 2022-ci il təvəllüdlü X9 adlı övladlarının saxlanılması üçün aliment tələbinə dair mübahiənin həll edilməsi üçün mediasiya şurasına müraciət etmişlər. Mediasiya prosesində birgə nikahlarından olan 11 avqust 2012-ci il təvəllüdlü X8, 07 oktyabr 2017-ci il təvəllüdlü X7 və 12 dekabr 2022-ci il təvəllüdlü X9 adlı övladlarının saxlanılması üçün hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin onun xeyrinə ödənilməsi tələbinə dair Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəlmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs barışıq sazişinin şərtlərini qəbul etdiyini və təsdiq olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bərdə regional Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli AZ-İ seriyalı 482896 nömrəli, nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və Ərizəçi nikahına 11 mart 2024-cü il tarixində xitam verilmişdir. Nikahın pozulması haqqında akt qeydləri kitabında 02 arel 2024-cü il tarixdə 84 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Bağırova soyadı verilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İİ 988095 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 11 avqust 2012-ci ildə X8 adlı uşaqları anadan olmuşdur. 11 avqust 2012-ci ildə X4 atası Maraqlı şəxs, anası Ərizəçidır. Bərdə Regional “Asan” xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İV 026954 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 07 oktyabr 2017-ci ildə X6 adlı uşaqları anadan olmuşdur. 07 oktyabr 2017-ci ildə X3 atası Maraqlı şəxs, anası Ərizəçidır. Bərdə Regional “Asan” xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV 826182 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 12 dekabr 2022-ci ildə X9 adlı uşaqları anadan olmuşdur. 12 dekabr 2022-ci ildə X9 atası Maraqlı şəxs, anası Ərizəçidır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 fevral 2024-cü il tarixli 227 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Qullar kəndində yaşayır. Bərdə rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2(021)-863/2024 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prossesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Ərizəçi ilə Maraqlı şəxs arasında Bərdə rayon Mehdili kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən 19 oktyabr 2011-ci il tarixdə 20 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulmuşdur. Tərəflərin birgə nikahlarından doğulmuş 11 avqust 2012-ci il təvəllüdlü X8, 07 oktyabr 2017-ci il təvəllüdlü X6 və 12 dekabr 2022-ci il təvəllüdlü X9 Ərizəçi himayəsində saxlanılmışdır. X2 iştirakı ilə tərtib edilən 19 fevral 2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildirdi ki, ikinci tərəfilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 19 oktyabr 2011-ci il tarixdə Bərdə rayon Mehdili kənd İ.Ə.D-i üzrə nümayəndəliyinin akt qeydlər kitabında №20-ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 11 avqust 2012-ci il təvəllüdlü X8, 07 oktyabr 2017-ci il təvəllüdlü X6 və 12 dekabr 2022-ci il təvəllüdlü X9 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Halhazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və azyaşlı övladları ilə birlikdə ayrı yaşayırlar. Hal-hazırda aralarında bağlanmış rəsmi nikahın pozulması Bərdə rayon Məhkəməsinin qərarı ilə aralarında bağlanmış rəsmi nikah pozulmuş və birgə nikahlarından olan övladları birinci tərəfin himayəsində saxlanılmış, azyaşlı övladlarının saxlanılması üçün aliment tələbi olmadığı üçün aliment təyin olunmamışdır. Birinci tərəf sonradan Mediasiyaya müraciət edərək İkinci tərəf ilə birgə nikahlarından olan 11 avqust 2012-ci il təvəllüdlü X8, 07 oktyabr 2017-ci il təvəllüdlü X6 və 12 dekabr 2022-ci il təvəllüdlü X5 adlı övladlarının saxlanılması üçün aliment tələbi ilə təklif vermişdir. -İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildrimişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, Birinci tərəf ilə 11 avqust 2012-ci il təvəllüdlü X8, 07 oktyabr 2017-ci il təvəllüdlü X6 və 12 dekabr 2022-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 70 manat olmaqla ümumilikdə 210 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyə gücünün çatdığını bildirdi və öz öhdəsinə götürür. Birinci tərəf bildirdi ki, ikinci tərəfin hər ay hər uşaq üçün 70 manat olmaqla ümumilikdə 210 manat aliment məbləği ödənilməsi təklifi ilə tam razılaşır və qəbul edir.X12 şərtləri izah olundu.Tərəflər arasında digər mübahisə yoxdur. -Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ailə mübahisəsi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və X2 iştirakı ilə, 19 fevral 2024-cü il tarixdə tərtib edilən Barışıq Sazişinə əsasən tərəflər arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişi tam imzalandığı gündən könüllü şəkildə icra olunmalı olduğu halda Maraqlı şəxs tərəfindən icra edilməmişdir. Bu səbəbdən də, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 19 fevral 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsının MPM və ya MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 50-ci maddəsinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 52-ci maddəsinə görə, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.1-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. MPM-nin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə görə, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Birinci tərəf- Ərizəçi ilə İkinci tərəf- Maraqlı şəxs ilə birgə nikahlarından olan 11 avqust 2012-ci il təvəllüdlü X8, 07 oktyabr 2017-ci il təvəllüdlü X6 və 12 dekabr 2022-ci il təvəllüdlü X1 üçün ikinci tərəfdən hər ay hər uşaq üçün 70 manat olmaqla, ümumilikdə 210 manat sabit pul məbləğində aliment məbləğinin birinci tərəfin xeyrinə ödənilməsi barədə Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 19 fevral 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Ödənilmiş 51 manat dövlət rüsumu və 60 manat mediasiya xərci ərizəçiyə aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar