Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2238/2021 24.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X3 iştirakları ilə, İddiаçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5,Cavabdeh6,Cavabdeh7 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli, 2(021)-258/2020 saylı qətnaməsi ilə iddiaçı ”AccessBank” QSC-nin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 tutulması qət edilmiş cəmi 11327.23 manat məbləğində borc və 30 manat dövlət rüsumunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının Bərdə rayonu Hacallı kəndində xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsinə, Bərdə rayonu Hacallı kəndində xüsusi mülkiyyətdə olan 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsi yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması, 11327,23 manat məbləğində borc, və 30 manat dövlət rüsumunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilçmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsinə, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 ümumi qaydada tutulmasına, Bərdə rayonu Hacallı kəndində xüsusi mülkiyyətdə olan 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutuma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 , Cavabdeh2, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh8ın həmin fərdi yaşayış evindən çıxarılmasına həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli, 2(021) -258/2020 saylı qətnaməsi ilə iddiaçı ”Accessbank” QSC-nin xeyrinə cavabdehlər Cavabdeh1 Ramiz oğlundan, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 23.07.2013-cü il tarixli 25 L000000350 saylı kredit xətti müqaviləsi əsasında bağlanmılmış 07.12.2015-ci il tarixli 025R**********0 saylı kredit razılaşması üzrə 3749 manat mənat məbləğində əsas borc, 476,76 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu olmaqla 11.11.2015-ci il tarixli 025R********** saylı kredit razılaşması üzrə 4631,83 manat məbləğində əsas kredit borcu,1969,64 manat məbləğində faiz borcu, 300 manat məbləğində cərimə boircu olmaqlla hər iki kredit razılaşması üzrə cəmi 11327.23 manat məlbəğində borc və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. 23.07.2013-cü il tarixli 25 L000000350 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipteka qoyanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4,Cavabdeh7 və Cavabdeh8 ilə bank aasında bağlanmış 26.02.2014-cü il tarixli, 25 M000000221 saylı ipoteka müqaviləsi (Bərdə rayon notariat konturunun xüsusi notariusu M.Ə.Həsənzadə tərəfindən təsdiq edilmiş) əsasında Bərdə rayonu Hacallı kəndində xüsusi mülkiyyətdə olan 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən 40 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmış RX0291101 nömrəli çıxarışla Bərdə rayonu Hacallı kəndində xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Odur ki, bank hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İddiaçı QSC və Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4,Cavabdeh7 və Cavabdeh8 arasında bağlanmış, 25M000000221 nömrəli ipoteka müqaviləsindən görünür ki, 23.07.2013-cü il tarixli 25 L000000350 saylı kredit xətti müqaviləsi əsasında bağlanmılmış 07.12.2015-ci il tarixli 025R**********0 saylı kredit razılaşması üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4,Cavabdeh7 və Cavabdeh8 05.02.2014-cü il tarixdə verilmiş RX ******* saylı Çıxarışa əsasən X2 tam məxsus olan ipoteka kimi çıxış Bərdə rayonu Hacallı kəndində yerləşən fərdi yaşayış evini və Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4,Cavabdeh7 və Cavabdeh8 ümumi birgə mülkiyyətdə olan 0.10 ha torpaq sahəsilə birgə ipoteka qoymuşdur Bərdə Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(021) 258/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı ”Accessbank” QSC-nin xeyrinə cavabdehlər Cavabdeh1 Ramiz oğlundan, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 23.07.2013-cü il tarixli 25 L000000350 saylı kredit xətti müqaviləsi əsasında bağlanmılmış 07.12.2015-ci il tarixli 025R**********0 saylı kredit razılaşması üzrə 3749 manat mənat məbləğində əsas borc, 476,76 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu olmaqla 11.11.2015-ci il tarixli 025R********** saylı kredit razılaşması üzrə 4631,83 manat məbləğində əsas kredit borcu,1969,64 manat məbləğində faiz borcu, 300 manat məbləğində cərimə boircu olmaqlla hər iki kredit razılaşması üzrə cəmi 11327.23 manat məlbəğində borc və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. 04.03.2021-ci il tarixli bildirişin surətindən görünür ki, ipotekaqoyanlar İddiaçı ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar olunmuşdur. 10.03.2021-ci il tarixli İpoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizədən görünür ki, ərizə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsində 15.03.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bərdə rayonu Hacallı kəndində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 110.3 kv. metr yaşayış, 42.4 kv. metr köməkçi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh1 adına tam, fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4,Cavabdeh7 və Cavabdeh8 ümumi birgə mülkiyyətində olmaqla 05.02.2014-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bərdə rayonu Hacallı kəndində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, 06.03.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli, UNİ/A135-526/21 ekspert rəyindən görünür ki, Bərdə rayonu Hacallı kəndində yerləşən ümumi sahəsi 152.7 kv.m sahədən ibarət fərdi yaşayış evinin 0,10 ha torpaq sahəsi ilə birlikdə 17 avqust 2021-ci il tarixə olan bazar dəyəri 28.000 (iyirmi səkkiz min) manat,likvid dəyəri 25200(iyirmi beş min iki yüz manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli,2(021)-258/2020 saylı qətnaməsi ilə iddiaçı ”AccessBank” QSC-nin xeyrinə 23.07.2013-cü il tarixli 25 L000000350 saylı kredit xətti müqaviləsi əsasında bağlanmılmış 07.12.2015-ci il tarixli 025R**********0 saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 tutulması qət edilmiş cəmi 11327.23 manat məbləğində borc və 30 manat dövlət rüsumunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilçmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması qət edilmişdir.Həmin müqavilə üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 üzərinə düşən öhdəliklərin icrasını təmin etmək üçün İddiaçı ASC və Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4,Cavabdeh7 və Cavabdeh8 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən, 23.07.2013-cü il tarixli 25 L000000350 saylı kredit xətti müqaviləsi əsasında bağlanmılmış 07.12.2015-ci il tarixli 025R**********0 saylı kredit razılaşması üzrə öhdəliklərin icrasının təminatı kimi 05.02.2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4,Cavabdeh7 və Cavabdeh8 ümumi birgə mülkiyyətdə olan Bərdə rayonu Hacallı kəndində yerləşən fərdi yaşayış evini və 0.10 ha torpaq sahəsilə birgə ipoteka qoyur. Borclu müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, müvafiq rəy məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Eyni Məcəllənin 317.1-ci mаddəsinə əsаsən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci mаddəsinə əsаsən, satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanununun 36.1-ci maddəsinə görə, isə ipoteka saxlayan həmin Qanunun 36.2ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 36.2-ci maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Kredit müqaviləsində nəzərdə tutulmuş əsas borcun, kredit müqaviləsi üzrə hesablanmış faizin ödənilməsi müddətləri cavabdeh tərəfindən pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, iddiaçının tələbin ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır. Məhkəmə ipoteka predmetinin qiyməti ilə bağlı qeyd edir ki, iş materiallarında olan İddiaçı ASC və ipotekaqoyan arasında bağlanmış 25M000000221 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlak 16474 (on altı min dörd yüz yetmiş dörd) AZN məbləğində qiymətləndirilmişdir. Uniprice” MMC tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli, UNİ/A135-526/21 ekspert rəyindən görünür ki, Bərdə rayonu Hacallı kəndində yerləşən ümumi sahəsi 152.7 kv.m sahədən ibarət fərdi yaşayış evinin 0,10 ha torpaq sahəsi ilə birlikdə 17 avqust 2021-ci il tarixə olan bazar dəyəri 28.000 (iyirmi səkkiz min) manat, likvid dəyəri 25200 (iyirmi beş min iki yüz manat) təşkil edir. Belə olan halda, məhkəmə ipoteka predmetinin qiymətində olan fərqlə bağlı qeyd edir ki, likvid qiymət əsas götürülərək ipoteka predmetinin dəyəri 25.200 (iyirmi beş min iki yüz) manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddia tələbinin mənzil satıldıqdan bir ay sonra cavabdehlərin Bərdə rayonu Hacallı kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi satıldıqdan sonra bir ay ərzində boşaldılması, evdən çıxarılma və alıcıya təhvil verilməsinə dair hissəsi təmin edilməlidir. MPM-in 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Avropa İnsan Hüquqları Məhkəməsinin» Delcour Belçikaya qarşı iş üzrə 19 yanvar 1975-ci il tarixli «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli, «X9» qarşı iş üzrə 26 oktyabr 2004-cü il tarixli Qərarlarında «hər bir məhkəmə aktından ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyinin aydın görünməli olduğu» xüsusi vurğulanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul tərəflərdən tutulаrаq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin VÖEN:**********,Hesab NAZN:AZ15GUNA********************,Bank:Günay Bank ASC,VÖEN:**********,müxbir hesabı:AZ25NABZ********************,KOD505596; SWİFT:GUNAYAZ22 nömrəli hesaba ödənilməlidir. Belə ki, MPM 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Odur ki, yuxarıda qeyd edilmiş məbləğ iş üzrə tərəflərdən tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəmə iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli, 2(021)-258/2020 saylı qətnaməsi ilə iddiaçı ”AccessBank” QSC-nin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 tutulması qət edilmiş cəmi 11327.23 manat məbləğində borc və 30 manat dövlət rüsumunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4, Cavabdeh7 və Cavabdeh8 arasında bağlanmış 25M000000221 nömrəli ipoteka müqaviləsinə əsasən Bərdə Rayonu, Hacallı kəndində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 110.3 kv. metr yaşayış, 42.4 kv. metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0,10 torpaq sahəsinə yönəldilsin. Fərdi yaşayış evinin ilkin satış qiyməti 25200 (iyirmi beş min iki yüz) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılsın. Satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilsin. Borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehlərə qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilsin. Bərdə rayonu, Hacallı kəndində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 110.3 kv. metr yaşayış, 42.4 kv. metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0,10 torpaq sahəsi satıldıqdan bir ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X4 və Cavabdeh8 fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılsın, həmin fərdi yaşayış evi və torpaq sahəsi boşaldılsın və alıcıya təhvil verilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 tutularaq iddiaçı ”AccessBank” QSC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində puldan 100 manat İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən və 100 manat isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 tutulаrаq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin VÖEN:**********, Hesab NAZN:AZ15GUNA********************, Bank: Günay Bank ASC, VÖEN:**********, müxbir hesabı:AZ25NABZ********************, KOD505596; SWİFT:GUNAYAZ22 nömrəli hesaba ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №2(021)-2238/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2238/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver