Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2279/2024 25.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 25 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 01 oktyabr 1969-cu ildə anadan olmuş Bərdə rayonu Həsənqaya kənd İƏD-nin Saatlı kəndində qeydiyyatda olmuş və yaşamış X9 16 fevral 2024-cü il tarixdə Moskva şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu ildə Bərdə rayonu Mehdixanlı kəndində anadan olmuşdur. Ailədə 5 qardaş (İlqar, Elçin, Rəfail, Elşən və Elşad) və 4 bacı (mən, Elza, Gülşən və Elmira) olmuşlar. Qardaşlarından İlqar, Rəfail və Elşən vəfat etmişlər, digər qardaşları Elçin və Elşad Bakı şəhərində ona məlum olmayan ünvanlarda yaşayırlar. Bütün qardaş bacılar-doğma yəni eyni ata-ananın övladlarıdılar. X3 və anaları X12 uzun illər bundan əvvəl vəfat etmişlər. Ölüm faktının müəyyən olunması üçün bu ərizə ilə məhkəməyə müraciət etdiyi 01 oktyabr 1969-cu ildə Bərdə rayonunda anadan olmuş X15 evli olmuş, 5-6 il bundan əvvələdək həyat yoldaşı və 2 övladı ilə Bakı şəhərində ona məlum olmayan ünvanda yaşamış, lakin həyat yoldaşından məhkəmə qaydasında ayrıldıqdan sonra ona məlum olmayan ünvanlarda tək yaşamış, uşaqları isə anası ilə birlikdə yaşayırdılar, onlarla heç bir əlaqəsi yox idi. X2 təxminən 3-4 il bundan əvvəl işləmək üçün Moskva şəhərinə getmiş, orada hansısa ticarət mərkəzində alverlə məşğul olmuş və bir neçə azərbaycanlı ilə bir yerdə mənzil kirayələyərək onlarla birlikdə yaşayırdı. Lakin onunla və digər qardaş-bacıları ilə mobil telefon vasitəsi ilə tez-tez əlaqə saxlayırdı. Yaxud da onlar özləri ona zəng edirdilər, daima onun sağlamlıq vəziyyəti ilə maraqlanırdılar, hətta dəfələrlə ondan xahiş etmişlər ki, qayıdıb gəlsin Azərbaycana. Çünki, Elşənin ürəyində problem var idi, buna baxmayaraq müalicə və ya cərrahiyyə əməliyyatı olunmurdu, həmişə deyirdi ki, ürəyin müalicəsi yoxdur, müalicə boş şeydir. 16 fevral 2024-cü il tarixdə qardaşı X20 şəhərində bir yerdə yaşayıb-işləyən yoldaşları ordan onlara zəng vurub xəbər verdilər ki, Elşən bu gecə vəfat edib. Onun ölüm səbəbi barədə isə dedilər ki, həmişə ki, kimi gecə saat 23-24 radələrində Elşən yatmaq üçün çarpayısına uzanıb, səhər işə getmək vaxtında, onun hələ də oyanmadığını görüb yaxınlaşanda məlum olmuşdur ki, o ölmüşdür, zəng vuraraq təcili tibbi yardım çağırıblar, çağırışa gələn həkim briqadası Elşənin meyidinə baxıb bildirib ki, Elşən yuxuda olarkən infarkt keçirib və ölübdür. Onların xahişi ilə Elşənlə birlikdə yaşayıb-işləyən azərbaycanlılar öz pul vəsaitləri hesabına onun meyidinin Azərbaycana göndərilməsini təşkil etmişlər və meyidi təyyarə ilə göndərmişlər. Elşənin meyidinə o və digər qardaş-bacıları da baxmışlar, onun meyidinin üzərində heç bir xəsarət yox idi, yalnız sol kürək nahiyyəsində dəri qaralması var idi ki, bu da infarktın əlaməti idi. X1 ürəyinin xəstə olması səbəbindən ölməsi onlara məlum olduğuna görə onun ölümü ilə əlaqədar heç bir şikayət və tələbimiz olmayıb, indi də yoxdur. Odur ki, onun meyidi Azərbaycana gətirildikdən sonra meyidin daxili müayinəsinin keçirilməsini istəməmişlər və Elşəni 20 fevral 2024-cü il tarixdə Bərdə rayonu Qəhrəmanlı kənd qəbirstanlığında məhrum valideynlərinin qəbirlərinin yanında dəfn etmişlər, yas mərasimini isə Saatlı kəndində keçirmişlər. Onun məzarüstü xatirə abidəsinə vəfatının tarixi “xx.xx.2024”- cü il olaraq yazılıb. Bunun da səbəbi odur ki, adətlərimizə uyğun olaraq məhrumun məzar daşına onun vəfat etmə tarixi kimi dəfn olunduğu tarix yazılmasıdır. X1 adına Ölüm haqqında şəhədatnamə almaq üçün xx.xx.2024-cü il tarixdə ərizə ilə Maraqlı şəxsnə müraciət etmişlər. Müraciəti onun oğlu X5 adından birlikdə etmişlər. Maraqlı şəxsndən müraciətimizə verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15- 264/2024 saylı cavabla bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətədaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nm 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaş ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Qeydiyyat şöbəsində Sizin ərizənizin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün adiyyəti üzrə məhkəməyə müraciət etməyiniz məsləhət görülür”. Beləliklə də göründüyü kimi X1 adına Ölüm haqqında şəhadətnamə almaq üçün onların tərəfindən adiyyatı dövlət orqanına müraciət edilməklə təşəbbüs göstərilmişdir, lakin həmin şəhadətnaməni ala bilməmişlər. X1 adına ölüm haqqında şəhadətnamənin alınması isə ona və digər bacı-qardaşlarına mərhum valideynlərindən miras əmlaklarının bölünməsi və digər mülki hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərdi ki, X15 xx.xx.2024-cü il tarixdə Moskva şəhərində vəfat edib. xx.xx.2024-cü il tarixdə Bərdə rayon Qəhrəmanlı kənd qəbirtanlığında dəfn ediblər. Dəfndə iştirak edib. Sonuncu Bərdə rayonu Qəhrəmanlı kəndində yerləşən qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 göstərdi ki, X15 xx.xx.2024-cü il tarixdə Moskva şəhərində vəfat edib. xx.xx.2024-cü il tarixdə Bərdə rayon Qəhrəmanlı kənd qəbirtanlığında dəfn ediblər. Dəfndə iştirak edib. Sonuncu Bərdə rayonu Qəhrəmanlı kəndində yerləşən qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 göstərdi ki, X15 xx.xx.2024-cü il tarixdə Moskva şəhərində vəfat edib. xx.xx.2024-cü il tarixdə Bərdə rayon Qəhrəmanlı kənd qəbirtanlığında dəfn ediblər. Dəfndə iştirak edib. Sonuncu Bərdə rayonu Qəhrəmanlı kəndində yerləşən qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1959-cu ildə Bərdə rayonu, Saatlı kəndində anadan olmuş, Bərdə rayonu, Saatlı kəndində qeydiyyatdadır. AZE seriyalı 08095335 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 09 sentyabr 1975-ci ildə Bərdə rayonu, Saatlı kəndində anadan olmuş, Bərdə rayonu, Saatlı kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 08 noyabr 1972-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu, Saatlı kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 22 sentyabr 1994-cü ildə Bərdə rayonu, Saatlı kəndində anadan olmuş, Bərdə rayonu, Saatlı kəndində qeydiyyatdadır. AZE seriyalı ******* nömrəli portaldan çıxarışdan görünür ki, X15 xx.xx.1969-cü ildə Bərdə rayonu, Saatlı kəndində anadan olmuş, Bərdə rayonu, Saatlı kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Həsənqaya kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 may 2024-cü il tarixli 338 nömrəli arayışdan görünür ki, X15 xx.xx.2024-cü ildə Moskva şəhərində vəfat etmiş və xx.xx.2024-cü ildə Bərdə rayon Qəhrəmanlı kənd Qəbirstanlığında mərhum valideynlərinin yanında dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 29 may 2024-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, X4 rayonun Saatlı kəndində 01 oktyabr 1969-cu il tarixdə anadan olmuşdur. X9 atası X14r, anası X8r. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Həsənqaya kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 may 2024-cü il tarixli 337 nömrəli arayışdan görünür ki,Ərizəçi bərdə rayonu Saatlı kəndində yaşayır. xx.xx.2024-cü ildə Moskva şəhərində vəfat etmiş və xx.xx.2024-cü ildə Bərdə rayon Qəhrəmanlı kənd Qəbirstanlığında mərhum valideynlərinin yanında dəfn edilmişdir. İ-ИЕ seriyalı 777062 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1959-cu il tarixdə Bərdə rayonu Saatlı kəndində anadan olmuşdur. X6 atası X14r, anası X8r. Maraqlı şəxs tərəfindən X7 ünvanlanan 21 may 2024-cü il tarixli 3-16-5/8-15- 264/2024 saylı məktubdan görünür ki, X11 mərhum atası üçün ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 29 may 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X9 xx.xx.2024-cü il tarixdə Moskva şəhərində ölməsi faktı ərizəçinin və şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə müəyyən olunduğundan ərizə təmin edilməli, X9 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum arvadına ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:
1. Ərizə təmin edilsin.
2. X9 16 fevral 2024-cü il tarixdə Rusiya Federativ Respublikası, Moskva şəhərində ölməsi faktı müəyyən edilsin.
3. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər.
Hakim: Ziya Abdullayev