Məhkəmə qərarları › İş №2(021)-2293/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2293/2024

28.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2293/2024 28.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayeva Lalə Ruslan qızının katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili X2 iştirakları ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməklə, Maraqlı şəxs ilə aralarında olan 10 yanvar 2017-ci ildə Ağdam rayon Qeydiyyat Şöbəsində 01 nömrə ilə, qeydə alınmış nikahın pozulması, birgə nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş X3 və xx.xx.2024-cü ildə anadan olmuş X1 Maraqlı şəxs himayəsində saxlanılması, azyaşlı övladlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay əmək haqının 1/3 hissəsi miqdarında alimentin tutularaq Maraqlı şəxs xeyrinə ödənilməsi və azyaşlı Əli Bağırzadə ilə hər ayın İİ və İV həftəsinin şənbə günü səhər saat 09:00-dan bazar günü axşam 21:00-dək görüşüb ünsiyytədə olmağına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı nümayəndəsi və vəkili X4 məhkəməyə ərizə verərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və vəkili X4 ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsasında mülki iş üzrə tərəflər barışaraq bir yerdə yaşadıqlarından, işinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılır. Beləliklə, ərizəçi İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi İddiaçı tərəfindən ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu ərizəçiyə qaytarılsın. (qəbz №- **********, büdcə təsnifatının kodu ********). Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar