Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2304/2024 07.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, Ərizəçi, maraqlı şəxs X2 qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təstiq edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanmış 29 aprel 2024-cü il tarixli “Barışıq sazişi”nin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.2ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Ərizəçi X1 qeyd olunan maddələrin tələblərinə əməl etməyərək, ərizəsinə mediasiya sessiyasından sonraki mərhələdə məhkəməyə ödəməli olduğu 50 manat dövlət rüsumunu ödəməmiş və ya dövlət rüsumunu ödəməkdən azad edilməsi haqqında sənədi əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən Ərizəçi, maraqlı şəxs X2 qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təstiq edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: Ərizəçi, maraqlı şəxs X2 qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təstiq edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2304/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2304/2024
07.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver