Məhkəmə qərarları › İş №2(021)-2322/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2322/2021

27.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2322/2021 27.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi Süleymanov Ərşad Rəmdar oğlunun iştirakı ilə, Ərizəçi Süleymanov Ərşad Rəmdar oğlunun ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək arvadı Süleymanova Zümrüd Nadir qızının 08 may 2021-ci il tarixdə xəstəlik nəticəsində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X3 onun həyat yoldaşıdır. Mərhumə Zümrüd 20 yanvar 1949-cu ildə Ağdam rayonu Novruzlu kəndində anadan olmuş, 08 may 2021-ci ildə xəstəlik nəticəsində Bərdə rayonu, Mərkəzi xəstəxanasında vəfat etmiş, Bərdə şəhər Şəhidlər qəbristanlığı adlanan yerdə dəfn edilmişdir. Məhrum təqaüdçü olmuşdur. O, savadsız olduğundan onun ölüm barədə kağızını almamışdır. Hazırda onun təqaüdünün dayandırılması lazım olduğundan ona ölüm kağızını tələb edirlər. Ölüm faktının təsdiqi mərhumun təqaüdünün dayandrılması üçün lazımdır. Ölüm haqqında şəhadətnamə almaq üçün Bərdə rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Məhkəmə iclasında ərizəsçi Süleymanov Ərşad Rəmdar oğlu ərizəni müdafiə edərək, ərizəsinə uyğun izahat verdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Süleymanov Ərşad Rəmdar oğlu xx xxxx 1938-ci ildə Ağdam rayonunun, Ətyeməzli kəndində doğulmuşdur. İş materiallarında olan AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 20 yanvar 1949-cu ildə Ağdam rayonu Novruzlu kəndində doğulmuşdur. İş materiallarında olan AA 066737 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Rəmdar oğlu Ağdam rayonundan məcburi köçkündür. İş materiallarında olan Bərdə Mənzil Təmir istismar Sahəsi tərəfindən verilən 2335 nömrəli, 22 iyun 2021-ci il il tarixli arayışından müəyyən olunur ki, Süleymanova Zümrüd Nadir qızı Ağdam rayonu, Ətyeməzli kəndinddən məcburi köçkün olmaqla vəfat edən tarixə kimi Bərdə rayonu 866 yerlik qəsəbə, bina 2, mənzil 32-də yaşamışdır. İş materiallarında olan Bərdə Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsi tərəfindən verilmiş 22 iyun 2021-ci il tarixli, 551 nömrəli arayışdan müəyyən olunur ki, xəstə Ağdam sakini X3 06 may 2021-ci il tarixdə, saat 15.00-radələrində sirkə zəhərlənməsi ilə Bərdə RMX-nın reanimasiya şöbəsinə ağır vəziyyətdə daxil olmuşdur. Xəstəyə ilkin reanimasion tədbirlər olundu və müalicə başlanıldı, bütün aparılan tədbirlərə baaxmayaraq xəstə 08 may 2021-ci il tarixdə vəfat etdi. İş materiallarında olan fotoşəkildən müəyyən olunur ki, Süleymanova Zümrüd Nadir qızı 08 may 2021-ci ildə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs 22 iyun 2021-ci il tarixli, 403-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün müraciətinə məhkəməyə müraciət etməli olduğu məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, mərhum Süleymanova Zümrüd Nadir qızının 08 may 2021-ci il tarixdə Bərdə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçi üçün müvafiq sənədlərin əldə edilməsi üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. 20 yanvar 1949-cu il tarixdə doğulmuş Süleymanova Zümrüd Nadir qızının 08 may 2021-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar