Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2338/2022 19.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, iddiasını təmin edib cehiz və digər əşyalarının, mövcud olmadıqları təqdirdə həmin əmlakların dəyəri olan 16311 manat məbləğində pulun cavabdeh X3 alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2017-ci ildə ailə qurmuş və cavabdehin yaşadığı Bakı şəhəri, Müşviqabad qəsəbəsi 28 May qəsəbəsi adlanan ünvana gəlin köçmüşdür. Cehiz əşyalarını da həmin ünvana aparmaqla həmin ünvanda yaşamışdır. 27 iyul 2017-ci il tarixdə cavabdeh onu heç bir səbəb olmadan atası evinə aparmış və bundan sonra bir daha həmin ünvana qayıtmamışdır. Sonradan cavabdeh ona telefon vasitəsilə zəng vuraraq anasının onu istəmədiyini və boşanmaq üçün məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bundan sonra cavabdeh Ağdam Rayon Məhkəməsinə boşanmaq barədə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən aralarındakı nikah qeydi ləğv olunmuşdur. Onun atası evindən cehiz kimi apardığı cehiz və qızıl zinyət əşyaları cavabdehlə yaşadığı evdə qalmışdır. Onun cehiz əşyaları bu günədək cavabdehin qanunsuz istifadəsindədir və cavabdeh həmin əmlakları ona qaytarmaq istəmir. Cehiz və qızıl zinyət əşyalarının qaytarılması tələbi barədə məhkəmədə iddia qaldırsa da, sonradan üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hazırda cavabdeh tərəfindən onun cehiz qismində apardığı əşyalar, o cümlədən qızıl-zinyət əşyaları cavabdehin istifadəsindədir və o, həmin əmlakları qaytarmaqdan müxtəlif bəhanələrlə imtina edir. Cehiz əşyaları aşağıdakılardan ibarətdir: dəst (üzük, sırğa, sep, klon və bilərzik) 4000 manat dəyərində, briliyant qaşlı nişan üzüyü 1200 manat dəyərində, 1 ədəd sırğa (pay) 500 manat dəyərində, 1 ədəd bilərzik (pay) 700 manat dəyərində, 1 ədəd sirkun qaşlı üzük 300 manat dəyərində, kuxna mebeli 1200 manat dəyərində, televizor altlığı 360 manat dəyərində, jurnalnı stol 200 manat dəyərində, qorka qamot 1500 manat dəyərində, 1 ədəd xalça 600 manat dəyərində, 3 ədəd kamiz 60 manat dəyərində, 1 ədəd televizor LG 880 manat dəyərində, 1 ədəd ütü stolu 60 manat dəyərində, 1 ədəd ətçəkən (Eurolüks) 150 manat dəyərində, 1 ədəd soyuducu (Samsung) 1200 manat dəyərində, 1 ədəd duxovka (Regular) 160 manat dəyərində, 2 ədəd gecə lampası 80 manat dəyərində, 1 ədəd şirəçəkən (Geepas) 55 manat dəyərində, 1 ədəd fen 50 manat dəyərində, 1 ədəd elektrik samovarı 90 manat dəyərində, 1 ədəd stolüstü qaz sobası (4 gözlü) 130 manat dəyərində, 1 ədəd gəlincik pakraval 300 manat dəyərində, hamam dəsti 150 manat dəyərində, 1 ədəd təknəfərlik pastel dəsti 30 manat dəyərində, 1 ədəd süfrə 40 manat dəyərində, 6 ədəd çay dəsmalı 60 manat dəyərində, 1 ədəd xrustal vaz 80 manat dəyərində, 2 ədəd xrustal güldan 120 manat dəyərində, 2 ədəd künc güldanı 140 manat dəyərində, 1 ədəd bagima güldan 55 manat dəyərində, xrustal mürəbbə qabı 70 manat dəyərində, 2 ədəd xrustal ləpə qabı 70 manat dəyərində, çay dəsti (12-lik) 650 manat dəyərində, 1 ədəd üç mərtəbəli ağ qaşlı vaz 65 manat dəyərində, 12 ədəd kasa 60 manat dəyərində, 6 ədəd xrustal razetka qabı 25 manat dəyərində, 3 ədəd şüşə qazan dəsti 100 manat dəyərində, 1 ədəd böyük çörək qabı 20 manat dəyərində, 1 ədəd paltar üçün vanna 25 manat dəyərində, 1 ədəd şüşə ləyən 30 manat dəyərində, 1 ədəd çaynik 25 manat dəyərində, 1 ədəd kuxna dəsti 45 manat dəyərində, 1 ədəd qab yığmaq üçün setka 45 manat dəyərində, 1 ədəd şüşə çaydan 30 manat dəyərində, xrustal bakal dəsti 40 manat dəyərində, bıçaq dəsti 45 manat dəyərində, çömçə dəsti 66 manat dəyərində, vanna 35 manat dəyərində, saxlama qabı dəsti 35 manat dəyərində, kosmetika səbəti 200 manat dəyərində, qozçəkən, blendar və güzgü şamdan 180 manat dəyərində. Ona məxsus olan toy diskləri də cavabdehdədir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərdiklərini bir daha təsdiq etmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı ilə 2017-ci ildə ailə qurmuş, aralarında olan narazılıqlara görə 14 iyun 2018-ci il tarixdə Ağdam Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuşdur. Onlar ailə qurarkən ünvan 2 ünvanı kirayə müqaviləsi bağlayaraq, kirayəyə götürmüş və həmin evdə yaşamışlar. İddiaçı məxsus bütün cehiz əşyalarını da həmin evə yığmışlar. O, işdə olarkən İddiaçı özünə məxsus olan yüngül əşyalarını götürərək çıxıb getmişdir. Onlar ayrıldıqdan sonra evin sahibəsi X1 Rayon Məhkəməsində İddiaçı qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Abşeron rayon İcra Şöbəsinin əməkdaşları akt tərtib edərək, İddiaçı cehiz əşyaları həmin evdən çıxarılaraq, İddiaçı yaşadığı Abşeron rayonu Nübar qəsəbəsinə göndərilmişdir. Qətnamədən narazı qalan İddiaçı qətnamədən Apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ilə ayrılarkən, ona toy hədiyyəsi kimi alınan bütün qızıl-zinət əşyalarını o özü ilə aparmışdır. İddiaçının onda heç bir qızıl-zinət əşyası və cehiz əşyası qalmamışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 2(13)-685/2018 saylı 14 iyun 2018-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında olan 19 may 2017-ci il tarixdə Bərdə rayon Qeydiyyat şöbəsində 43 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2303/2019 saylı 09 avqust 2019-cu il tarixli qətnaməsindən çıxarışın surətindən müəyyən olunur ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı mənzilin boşaldılması tələbinə dair iddia tələbi təmin edilmiş, Abşeron rayonu, Hökməli qəsəbəsi, Şamaxı şosesi, 19-cu km-də yerləşən iddiaçıya məxsus fərdi yaşayış evindən 1 ədəd paltaryuyan maşın, 1 ədəd tozsoran, 1 ədəd sivan, 6 ədəd böyük yastıq, 2 kiçik yastıq, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd taxt (çarpayı), 1 ədəd paltar şkafı(dolab), 1 ədəd güzgülü termo, 2 ədəd çilçıraq(lüstur), 2 ədəd - karniz, 1 ədəd ütü, 1 ədəd xalça, 1 ədəd böyük taxt döşəyi, 2 ədəd əlavə döşək, 1 ədəd böyük yorğan, 2 ədəd əlavə yorğan, 4 ədəd yastıq, 2 ədəd əlavə kiçik yastıq, 2 ədəd pərdə, 2 ədəd yataq dəsti (prostina, mələfə), 3 ədəd yataq mələfəsi, 3 ədəd adyal, 1 ədəd süfrə, 5 ədəd qazan dəsti, 1 ədəd çaydan, 3 ədəd sini (podnis), 1 ədəd çəngəl-qaşıq dəsti, 2 ədəd dəmir tas, 1 ədəd tas, 3 ədəd kapron qaşıq, 1 ədəd saat, 1 ədəd lampa, 12 ədəd düz kiçik boşqab, 6 ədəd dərin kiçik boşqab, 2 ədəd qəndqabı, 1 ədəd vaza, 2 ədəd dərin vaza, 1 ədəd çaynik, 12 ədəd stəkan, 12 ədəd nəlbəki, 6 ədəd kiçik nəlbəki, 1 ədəd su dolçası dəsti (stəkanlarla), 12 ədəd düz boşqab, 2 ədəd düz boşqab, 2 ədəd bulud, 1 ədəd kiçik boşqab, 1 ədəd böyük boşqab, 2 ədəd kiçik vaza, 1 ədəd mikser, 3 cüt köhnə ayaqqabı, köhnə paltar dəstləri və işlənmiş kosmetik vasitələr cavabdeh İddiaçı tərəfindən götürülməsi və evin boşaldılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-318/2020 saylı 19 fevral 2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(012)-2303/2019 saylı qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat pulun cavabdeh N İ.Səlimovadan alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.2017-ci ildə Cavabdeh ilə evlənmiş, aralarında yaranan narazılıqlara görə ayrılmış, nikahları Ağdam Rayon Məhkməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı cavabdehlə evlənərkən cehiz əmlakı ilə birlikdə X4 mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Şamaxı şosesi 19 ünvana gəlin köçürülmüşdür. Tərəflər arasında nikah pozulduqdan sonra X1 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mənzilinin boşaldılmasını tələb etmiş və iddiası təmin edilmişdir. 19 noyabr 2020-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı məxsus əmlaklar icra məmuru tərəfindən X4 mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Şamaxı şosesi 19 ünvanından götürülərək İddiaçı yaşadığı evə göndərilmişdir. İddiaçı istər Abşeron Rayon Məhkəməsində işə baxılarkən, istərsə də həmin vaxtdan keçən uzun müddət ərzində cavabdehdə əmlaklarının olmasını mübahisələndirməmişdir. Bundan başqa iddiaçı məhkəməyə iddia tələbinin təmin olunması üçün, yəni iddia ərizəsində qeyd etdiyi əmlakların cavabdehdə olması barədə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. X9 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarının və cehiz əmlakının cavabdehdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, həmçinin iddiaçının hazırkı iddia tələbi cavabdehə qarşı onun qərəzliliyindən irəli gəlməklə heç bir sübuta əsaslanmadığından iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2338/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2338/2022
19.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver