Məhkəmə qərarları › İş №2(021)-2364/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2364/2025

05.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2364/2025 05.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 05 avqust 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Tələb Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhumə anası, xx.xx.1959-cu il təvəllüdlü X10 15 aprel 2025-ci il tarixdə Bərdə rayonunda ev şəraitində vəfat etməsi barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin əsası Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı il də Bərdə rayonunda X10 və X4 birgə nikahından dünyay gǝklib. Mərhumə X1 atası ilə nikalları xx.xx.1999-cu il 13 dekbar tarixində rəsmi olaraq pozulmuşdur. X3 uzun müddət qaraciyər xəstəsi idi. 15 aprel 2025-ci il tarixdə anası Bərdə şəhrində yaşadığı Bahadur Hacıyev küçəsində Qaraciyər serrozundan dünyasını dəyişdi. Anasının yas mərasiminin yeddisindən sonra Maraqlı şəxsnə yaxınlaşıb ki, anasının ölümünə dair sənədi əldə etsin. Ancaq VVAQ orqanı ona bildirib ki, Mərkəzi xəstəxanadan forma 106 verilməidir. Mərkəzi xəstəxanaya yaxınlaşaraq anasının ölümünə dair tibbi sənəd olan forma 106 əldə etmək istəsə də, ancaq RMX-nin rəhbərliyi onlara deyib ki, TƏBİB- dən göstəriş var ki, vətəndaş banka borcunun olmamasına dair arayış gətirməzsə, forma 106 verməyin. O, Kapital banka müraciət edib, bank öz tərəfindən bildirib ki, TƏBİB-in, Mərkəzi xəstəxananın o cür arayış istəmək hüququ yoxdur, çünki bank öz müştəri sirrini 3-cü şəxslərə, hələ də vərəsəliyi qəbul etməmiş şəxslərə vermir. O, bankın bu bəyanatını Bərdə rayon MX-na bildirsə də, xəstəxana rəhbərliyi açıq şəkildə deyib ki, onlara heç bir halda forma 106 verə bilərik nə də yazılı imtina, gedin VVAQ-dan məktub alın məhkəmyə ərizə ilə müraciət edin, hakim onları çağırsa onlar TƏBİB olaraq sözünü deyəcəkdir. Bax beləcə o da kaısb, anasını itirmiş fəhlə sinifinə məxsus vətəndaş olaraq məcburən Bərdə Qeydiyyat şöbəsinə gəlib və ordan xx.xx.2025-ci il tarixli 3-16-5/8-156-245/2025 saylı imtinaya dair məktub alıb. X9 imzası ilə ölüm haqqında məlumat vərəqəsi olmasına baxmayraq da, RMX-nası forma 106 verməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü il tarixli, "24/3" nömrəli qərarı ilə təsdiq edilmiş "Ölüm haqqında tibbi şəhadətnamə" elektron registrindən məlumatların verilməsi üzrə İNZİBATİ REQLAMENT 5 nömrəli Əlavədə Forma 106 üçün bankdan arayış tələbi yer almamışdır. Buna rəğmən BR MX-nin rəhbərliyi nə mənə yazılı imtina verdi, nə də forma 106. Mülki-Prosessual Məcəllənin 307.2.3-cü maddəsində qeyd olunub ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, maddədə "şəxsin" ifadəsindən istifadə olunub. "Fiziki şəxs" anlayışı Mülki Məcəllənin 24.1-ci maddəsində müəyyən olunub. Orada qeyd olunub ki, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Ona görə də fiziki şəxsin ölüm faktının müəyyən edilməsi əvvəlcə onun şəxsiyyəti (soyadı, adı, ata adı, təvəllüdü və s.) müəyyən olunmalıdır. Hazırkı iş üzrə də mərhumə anasının şəxsiyyətini müəyyən edən sənədlər mövcüddur. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Göründüyü kimi AR Ali məhkəməsinin sözügedən qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Bu halda məhkəmə forma 106-nın verilməməsi səbəbi ilə ərizəni baxılmamış saxlaya bilməz. Məhkəmə tərəfindən diqqət edilməlidir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi olaraq mən ölüm haqqında şəhadətnamənin verilməsi məqsədilə Maraqlı şəxsnə müraciət edib. Lakin ölümün qeydə alınmasından imtina edilmişdir. Ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən xx.xx.2025-ci il tarixli 3-16-5/8-156-245/2025 saylı məktubla imtina etmişdir. Mərhumə X1 ölümə dair şəhadətnamənin verilməsi onun üçün hüquq yaradan sənədlərin əldə edilməsi üçün, xüsusi ilə onun mülkiyyətlə bağlı notariatda vǝrǝslik işlərinin aparılması, miras əmlakının rəsmiləşdirlməsi işləri üçün zəruri tələbdir. X1 xəsətlikdən evdə vəfat etməsi faktını həmçinin şahidlər olaraq aşağıdakı vətəndaşlar təsdiq edə bilərlər:

1. xx.xx.1994-cü il təvəllüdlü –X5-tel: ***-***-**-**

2. xx.xx.1967-ci il təvəllüdlü - İsgəndərova Həmayǝ Oqtay qızı -tel:***-***-**-**

3. xx.xx.1980-ci il təvəllüdlü-X17-tel:***-***-**-**.

Tərəflərin izahatı Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 göstərdi ki, mərhumə Nərgiz Əzimova qonşusudur, Ərizəçi anasıdır. Qaraciyər serrozundan vəfat etmişdir, Ağdam rayonu Quzanlı qəbiristanlığında dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsgəndərova Həmayǝ Oqtay qızı göstərdi ki, X10 qızının qonşusu olub. X10 övladı Ərizəçidur. X6raciyərində problemi var idi. O səbəbdən də vəfat etdi. Ağdam rayon Quzanlı qəbirtanlığında dəfn edilmişdir. Dəfndə iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 göstərdi ki, Ərizəçi qonşusudur. Ərizəçi X3 xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri Bahadur Hacıyev küçəsində yaşadıqları evdə qaraciyər serrozundan vəfat edib. Ağdam rayonu Quzanlı qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Dəfndə iştirak edib. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı ildə Bərdə rayonu, Türkmən kəndində anadan olmuş, Bərdə rayonu, Türkmən kəndində qeydiyyatdadır. XV-ЖГ 273204 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1990-cı ildə anadan olmuşdur, atası X12, anası X8r. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan Qaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 281 nömrəli arayışdan görünür ki, X2 rayonu Türkmən kəndində yaşayırdı. xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-245/2025 nömrəli arayışdan görünür ki, mərhum X10 ölümünü təsdiq edən sənədn olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. AZ-İ 300558 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X7 nikahları xx.xx.1999-cu il tarixdə 51 nömrəli qeydlə ləöv edilmişdir. Kişiyə Mehtiyev, qadına Əzimova soyadı verilmişdir. Ölüm haqqında məəlumat vərəqəsindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X16 xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri Bahadur Hacıyev küçəsində qaraciyər serrozu xəstəliyindən vəfat etmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli Qərarı Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəmə Plenumun 12 aprel 2019-cu il tarixli qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin qərarın 9.5-ci bəndinə istinadən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum övladına ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. Ərizə qanuni və əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara, tərəfin və şahidlərin izahatlarına əsasən X10 15 aprel 2025-ci il tarixdə ölməsi faktı müəyyən edilməli, 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi:

Ərizə təmin edilsin. X10 15 aprel 2025-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar