Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2365/2025 19.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi qız Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X5 04 mart 2024-cü il tarixdə Bərdə rayonu Dəymədağıldı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X11 19 yanvar 1976-cı ildə Bərdə rayonu Dəymədağıldı kəndində anadan olmuşdur. X2, anası X3r. Mərhum həyat yoldaşı 04 mart 2024-cü il tarixdə ürək infarktından vəfat etmiş və Bərdə rayonu Dəymədağıldı kənd qəbristanlığında dəfn olunmuşdur. Başqarışıqlığından mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda onun komunnal ödənişlərin ödənilməsində bir sıra problemlərin yaranır. Bununla bağlı bir çox yerə müraciət etdikdə ondan həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Lakin yoldaşının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün ölüm haqqında şəhadətnaməsini təqdim edə bilmir. Mərhum həyat yoldaşı X8 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, oradan isə ölümün üstündən uzun müddət keçdiyi üçün və ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə imtina edərək və məhkəməyə müraciət etməsini bildirimişlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxx 1981-ci ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri Xəqani küçəsi ev 6-da qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 09300246 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X11 xx.xx.1976-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli, 332393 nömrəli arayışdan görünür ki, X9 xx xxxxx 1981-ci ildə anadan olmuş, atası X13, anası X4 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1981-ci il 288 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli, 449770 nömrəli arayışdan görünür ki, Nümayəndə xx xxxxxx 1979-cu ildə anadan olmuş, atası X13, anası X4 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1980-ci il 14 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli, 256813 nömrəli arayışdan görünür ki, X11 09 yanvar 1976-cı ildə anadan olmuş, X2, anası X6 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 30 yanvar 1976cı il 11 nömrə ilə qeyd edilmişdir. İş materillarına əlavə edilmiş 13 dekabr 2024-cü il tarixli, 061692 nömrəli çıxarışdan görünür ki, X11 və X9 24 iyul 2003-cü ildə nikah bağlamışlar. Bu barədə nikah akt qeydləri kitabında 24 iyul 2003-cü ildə 272 nömrə ilə qeyd edilmişdir. İş materillarına əlavə edilmiş ölüm haqqında məlumat vərəqəsindən görünür ki, 09 yanvar 1976-cı il təvəllüdlü X11 ev şəraitində müalicə almış 04 mart 2024-cü il tarixdə ürək infarktı nəticəsində ölmüşdür. İş materiallarına əlavə edilmiş qəbr üstü abidənin şəklindən görünür ki, məzar daşının üsərində X5 xx.xx.1976-cı ildə anadan olduğu, 04 mart 2024-cü ildə vəfat etdiyi qeyd edilmişdir. İş materillarına əlavə edilmiş 31 may 2024-cü il tarixli ödəniş qəbzinsdən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət edən zaman 100 manat dövlət rüsumu ödəmişdir. İş materillarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 03 iyun 2024-cü il tarixli, 3-16-5/8-15-278/2024 nömrəli məktubdan görünür ki, ərizəçinin mərhum ərinin ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat Şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə verən X7 bildirmişdir ki, mərhum X11 onun qardaşıdır. Qardaşı səhhəti ilə əlaqədar əməliyyat olunmuş, xx.xx.2024-cü ildə yaşadığı evdə səhər saatlarında vəfat etmişdir. Vəfat etməsinin səbəbi ürək çatışmazlığı olmuşdur. Həmin vaxt təcili tibbi yardım çağrılmasına baxmayaraq qardaşı vəfat etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə vermiş X20 bildirmişdir ki, ərizəçi ilə qonşudurlar. Ərizəçinin əri X11 04 mart 2024-cü ildə ürək çatışmamazlığından vəfat etmiş, Bərdə rayonu Dəymədağıldı kənd qəbristanlığında dəfn edilmişdir. Dəfn mərasimində iştirak etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə vermiş X14 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudurlar. Ərizəçinin əri X15 04 mart 2025-ci il tarixdə vəfat etmiş, Bərdə rayonu Dəymədağıldı kənd qəbristanlığında dəfn olunmuş, dəfn və yas mərasimlərində iştirak etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum əri X5 04 mart 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, X5 04 mart 2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi qismən təmin edilsin. 09 yanvar 1976-cı il təvəllüdlü X5 04 mart 2024-cü il tarixdə Bərdə rayonunda vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-2365/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2365/2025
19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver