Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2377/2025 19.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi (vəkili) X4 iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3nun 14 oktyabr 2023-cü il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X3 XX.XX.1940-cı ildə Bərdə şəhərində anadan olmuş və xx.xx.2023-cü ildə Bərdə şəhərində yaşadığı evdə vəfat etmiş, Bərdə şəhər "Şəhidlər Xiyabanında" dəfn edilmişdir. Həmin vaxtlarda yas mərasimi ilə əlaqədar başı qarışıq olduğundan atasını ölüm faktını qeyd etdirməmişdir. X3 X1 ilə xx.xx.1984-cü ildə rəsmi nikaha daxil olmuş və onların birgə nikahından o doğulmuş, ayrı uşaqları olmamışdır. X1 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Mərhum atasına ölümü haqqında şəhadətnamə verilməsi üçün Bərdə Regional ASAN Xidmət X8nə ərizə ilə etdiyi müraciət etsə də imtina edilmişdir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi və nümayəndəsi (vəkili) X9 ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA №6540341 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İƏD üzrə nümayənədliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1146 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə şəhər Rəsulzadə küçəsində yaşayır. İş materiallarına əlavə edilmiş İİİ-ЖГ №389791 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 ilə X7 xx.xx.1984-cü il tarixdə Bərdə rayon VVAQ Şöbəsində 137 nömrəli akt qeydi ilə nikah bağlamışdırlar. İş materiallarına əlavə edilmiş Xİ-ЖГ №257923 nömrəli Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X11, ana qrafasında ana adı X2 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İ №441749 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bərdə rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 1940-cı il təvəllüdlü X5 ölümü ilə bağlı Bərdə RMX-da hər hansı bir məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə şəhəri “İmamzadə” məscidi dini icması tərəfindən verilmiş 11 saylı xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, mərhum X10 xx.xx.2023-cü il tarixdə Bərdə rayon Şəhidlər qəbirstanlığının orta yolda və şimal hissəsində dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Regional “ASAN xidmət” X8 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi mərhum atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X12 bildirdi ki, mərhum X10 ondan 1- 2 yaş böyük olardı. Onun bir övladı olub. O, 2023-cü ildə xəstəlikdən rəhmətə gedib. Mərhum Bərdə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid bildirdi ki, Ərizəçi ilə qonşudurlar. Ərizəçinin atası paralic keçirmişdir. Mərhum Bərdə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə şəxsin ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum qardaşı – X5 14 oktyabr 2023-cü il tarixdə ölüm faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X6 14 oktyabr 2023-cü il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. XX.XX.1940-ci ildə anadan olmuş X6 14 oktyabr 2023-cü il tarixdə ölüm faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2377/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2377/2025
19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver