Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2385/2024 05.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Ərizəçi nümayəndəsi X13, Maraqlı şəxs vəkili və etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 29 aprel 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, maraqlı şəxs - Maraqlı şəxs ilə 2022-ci il tarixdə qeyri rəsmi olaraq ailə qurub evlənmişlər. Birgə yaşayış dövründə 04 fevral 2023cü il təvəllüdlü X10 adlı 1 övladları anadan olmuşdur. Ailə münasibətləri yaxşı olmadığından onlar xeyli vaxtdır ki ayrı yaşayırlar və həmin zamandan azyaşlı övladı onun himayəsində yaşayır. Lakin Maraqlı şəxs ayrı yaşadıqları gündən bu müddət ərzinə qədər övladının saxlanması üçün heç bir maddı köməklik etmir. Onun isə maddi imkanı olduqca zəif olduğu üçün övladının bütün tələbatını ödəyə bilmir. Hazırda Respublikada hər bir ərzaq və ehtiyacların qiyməti getdikcə artır. Hal-hazırda hər ay bir uşağın heç bir tələbatını ödəyə bilmir. Bunun üçün də o İlkin prosedur kimi Mediasiya şurasına müraciət etmiş və Mediasiya Təşkilatından onun işinə baxılması üçün X4 təyin edilmişdir. İlkin mediasiya prosesində maraqlı şəxs onunla ortaq fikrə gələrək birgə yaşayış dövründə dünyaya gəlmiş 04 fevral 2023-cü il təvəllüdlü X2 üçün hər ay bir uşaq üçün 100 manat məbləğində alimentin birinci tərəfin xeyrinə ödəməyə razı olduğunu bildirmişdir. Bununla bağlı 29 aprel 2024-cü il tarixdə Mediasiya təşkilatında öz aralarında Barışıq sazişi bağlanmışdır. Bunun üçün barışıq sazişini təsdiq olunmasını istəyir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X13 ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs vəkili və etibarnamə üzrə nümayəndəsi X12 barışıq sazişinin şərtlərini qəbul etdiyini və təsdiq olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci ildə Ağdam rayonunda anadan olmuşdur, Ağdam rayonu Xıdırlı kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx xxxxx 1990-cu ildə Bərdə rayonu Kafarlı kəndində anadan olmuşdur, Bərdə rayonu Kafarlı kəndində qeydiyyatdadır. Bərdə Regional “Asan” xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 fevral 2023-cü il tarixli AZ-İ 444605 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 04 fevral 2023-cü il tarixdə doğulmuş X5 atası Maraqlı şəxsdur. Bərdə Regional “Asan” xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 fevral 2023-cü il tarixli AZ-İV 826458 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 04 fevral 2023-cü ildə X10 adlı uşaqları anadan olmuşdur. 04 fevral 2023-cü ildə anadan olmuş X7 atası Maraqlı şəxs, anası Ərizəçidır. X3 iştirakı ilə tərtib edilən 29 aprel 2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildirdi ki, ikinci tərəf ilə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar və tərəflərin birgə nikahlarından 04 fevral 2023-cü il təvəllüdlü X10 adlı övladları olmuşdur. Tərəflər uzun müddət Bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Birinci tərəf Mediasiyaya müraciət edərək İkinci tərəf ilə birgə nikahlarından olan 04 fevral 2023-cü il təvəllüdlü X1 üçün aliment tələbi ilə təklif vermişdir. İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və etibarnamə üzrə nümayəndəsi X12 (Seriya: AA38997501; FİN: 33SJ9AK; D/T; xx.xx.1962) birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildirmişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, birgə nikahlarından olan 04 fevral 2023-cü il təvəllüdlü X1 üçün isə hər ay 100 manat sabit pul məbləğində aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyi öz öhdəsinə götürür. Birinci tərəf bildirdi ki, ikinci tərəfin hər ay 100 manat sabit pul məbləğində aliment məbləğinin ödənilməsi təklifi ilə tam razılaşır və qəbul edərək öz öhdəsinə götürür. Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. 04 iyun 2024-cü il tarixli 23346 nömrəli qəbzdən görünür ki, iddiaçı mediasiya seansında iştirak etmək üçün 80 manat məbləğində xidmət haqqı ödəmişdir. 13 iyun 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 50 (əlli) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ailə mübahisəsi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və X3 iştirakı ilə, 29 aprel 2024-cü il tarixdə tərtib edilən Barışıq Sazişinə əsasən tərəflər arasında barışıq sazişi bağlanmışdır. Bu səbəbdən də, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 29 aprel 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsının MPM və ya MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 50-ci maddəsinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 52-ci maddəsinə görə, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.1-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. MPM-nin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə görə, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qətetdi:
1. Ərizə təmin edilsin.
2. Birinci tərəf- Ərizəçi ilə İkinci tərəf- Maraqlı şəxs birgə nikahlarından olan 04 fevral 2023-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəfdən hər ay 100 manat sabit pul məbləğində aliment məbləğinin birinci tərəfin xeyrinə ödənilməsi barədə Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 29 aprel 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin.
3. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin.
4. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.
Hakim:Ziya Abdullayev