Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2398/2023 18.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi cavabdeh Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X6 ilə qeyri-rəsmi olaraq 2015-ci il tarixdə ailə qurub evləniblər. Birgə yaşayış dövründə 13 dekabr 2018-ci il təvəllüdlü X3 adlı 1 övladları anadan olmuşdur. Aralarında olan narazılığa görə ailə münasibətləri xeyli zamandır ki, pozulmuşdur. Belə ki, həyat yoldaşı X7 onu bir həyat yoldaşı kimi saymır, tez-tez evdə əsassız söz söhbətlər yaradır. Onların bir ailə kimi yaşamaqlarını bildirsədə bir nəticəsi olmamışdır. Dahda əksinə cavabdeh onunla normal yaşamaq istəmir. Hal-Hazırda onlar uzun zamandır ki, ayrı yaşayırlar. Cavabdeh nə ona, nədə ki, övladına ayrıldıqları gündən bu vaxta qədər heç bir köməklik etməyibdir. O, isə öz övladını tək başına saxlamaqda çətinlik çəkir, cavabdeh isə övladının saxkanılması üçün heç bir yardım və maddi köməklik etmir. Bunun üçündə o, ilkin prosedur kimi Mediasiya Şurasına müraciət edib və Mediasiya təşkiatından onların işinə baxılması üçün mediator X5 təyin edilmişdir. İlkin müdasiya prosesində cavabdeh onunla ortaq fikrə gələrək birinci tərəfin təklif etdiyi hər ay 220 manat məbləğində alimenti ödəməyə maddi imkanın yaxşı olduğunu bildirərək 220 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Bununla bağlı 28 aprel 2023-cü il tarixdə medasiya təşkilatında öz aralarında Barışıq sazişi bağlanmışdır. Bunun üçündə barışıq sazişinin təstiq olunmasını istəyir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərərk barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1980-ci ildə Gəncə şəhərində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs xx xxx 1981-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, X1 şəhəri Vaqif küçəsi ev 11/3 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZ-İV 646289 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 13 dekabr 2018-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 28 aprel 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildiri ki, ikinci tərəf ilə qeyri rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 13 dekabr 2018-ci il təvəllüdlü X4 adlı övladları olmuşdur, uzun müddət ikinci tərəfə ilə normal münasibətləri olmuş, sonradan xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar və hazırda ayrı yaşayır. Hal-hazırda övladı 13 dekabr 2018-ci il təvəllüdlü X4 onun himayəsindədir və ehtiyaclarını ödəməyə imkanı çatmır. Maddi vəziyyəti çox çətindir, övladının ehtiyaclarını ödəmək üçün hər ay uşaq üçün 220 manat olmqla aliment məbləğinin təyin olunmasını ikinci tərəfdən tələb edir. İkinci tərəf mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin təklifi ilə razilaşdığını bildirir, aparılmış söhbət zamanı hər ay uşaq üçün 220 manat aliment məbləğini ödəməyə imkanı çatacağını və vaxtlı-vaxtında ödəyəcəyini, ödəmələri hər ayın birindən sonuna qədər ödəməyi öz öhdəsinə götürür və ilk ödənişi may ayında ödəyəcəyini öz öhdəsinə götrür. Birinci tərəf bildirir ki, ikinci tərəfin təklifini qəbul edir, tərəflərə barışıq sazişinin şərtləri izah olundu və tərəflər sazişə imza etdilər, tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 18 may 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Tərəflərin birgə nikahdan 13 dekabr 2018-ci il təvəllüdlü X4 adlı övladının ehtiyaclarını ödəmək üçün hər ay uşaq üçün 220 manat olmaqla aliment məbləğinin təyin olunması barədə Ərizəçi və X8 arasında mediasiya prosesi nəticəsində bağlanmış 28 aprel 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması 28 aprel 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2398/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2398/2023
18.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver