Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2400/2025 16.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Ərizəçi iştirakı ilə, X2 “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 16 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci ildə Bərdə rayonu Xanərəb kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla daimi yaşamış X2 20 avqust 1999-cu il tarixdə Rusiya Federasiyasının Xabarovsk şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1970-ci ildə Bərdə rayonu Xanərəb kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda daimi yaşamış X8 onun doğma qardaşıdır. X1 xx.xx.2011-ci ildə, anası X6 isə xx.xx.2009-cu ildə vəfat etmişdir. X12 işləmək üçün 1994-cü ildə əvvəlcə Moskva şəhərinə, oradan isə Rusiya Federasiyasının Xabarovsk şəhərinə getmiş və orada həmkəndlimiz olan X7 ilə birlikdə kirayədə yaşayır və işləyirdi. 20 avqust 1999-cu il tarixdə Rusiya Federasiyasının Xabarovsk şəhərində yaşayan həmyerlisindən biri zəng vuraraq Ələsgər Salahovun ailəsinə məlumat verib ki, Ələsgər və Vüqar Xabarovsk şəhərində avtoqəzada vəfat etmişdir. O, xx.xx.2025-ci il tarixli ərizə ilə Maraqlı şəxsnə müraciət edərək mərhum qardaşı Vüqarın adına Ölüm haqqında Şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin Maraqlı şəxs bu şəhadətnaməni verməkdən imtina edərək özünün xx.xx.2025-ci il tarixli, 3-16-5\8-15-213\2025 nömrəli cavabı ilə bildirmişdilər ki, mərhum vətəndaşın ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəninin təmin edilməsi mümükün deyil. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsini məsləhət gördülər. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4, X5 və X9 izahat verərək bildirdilər ki, onlar ərizəçi ilə qohumdurlar, həqiqətən mərhum X8 20 avqust 1999-cu il tarixdə Rusiya FR Xabarovsk vilayətində avtoqəza nəticəsində vəfat etmişdir. Xanərəb kənd qəbirstanlığında dəfn olunmuşdur, dəfndə və keçirilən dəfn mərasimində iştirak etmişlər. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 71 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Xanərəb kəndində yaşayır. Bərdə Rayon Xanərəb İnzibati Ərazi Vahidi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 72 nömrəli arayışdan görünür ki, X8 həqiqətən xx.xx.1970-ci ildə anadan olub. xx.xx.1999-ci ildə vəfat etmiş, Xanərəb kənd qəbirstanlığında dəfn edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X2 xx.xx.1999-cu il tarixdə Rusiya Federasiyasının Xabarovsk şəhərində ölməsi faktı ərizəçinin və şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə müəyyən olunduğundan ərizə təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum övladına ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X2 xx.xx.1999-cu il tarixdə Rusiya FR, Xabarovsk şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2400/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2400/2025
16.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver