Məhkəmə qərarları › İş №2(021)-2413/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2413/2021

10.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2413/2021 10.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi Həmid oğlunun ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi oğlu ərizə ilə məhkəməyə müraciət edərək 15 aprel 1940-cı ildə anadan olmuş xalası X14 13 iyun 1993-cü ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Həmid oğlu ərizəsini onunla əsaslandırmışdır ki, mərhumə X17 onun doğma xalasıdır. Rəfiqə Quliyeva 15 aprel 1940-cı ildə anadan olmuşdur. X1 atası X30, anası Quliyeva Bacıxanım Hüseyin qızıdır. Ailədə iki bacı olmuşlar, digər bacı mərhumə X18 onun anasıdır. Mərhumə Quliyeva Rəfiqə Hüseyn qızı Quliyev Arif Cəfərqulu oğlu ilə ailə qurmuş, lakin birgə nikahlarından övladları olmamışdır. Tərəflər arasında olan nikah pozulmuşdur. Rəfiqə Quliyeva 13 iyun 1993-cü ildə Bərdə rayonu, Kətəlparaq kəndində vəfat etmişdir. X6 Ağdam rayonunda yaşamış, vəfat etməmişdən onun himayəsində yaşamışdır. Vəfat etdikdən sonra onun yas mərasimini keçirtmiş, sonra Quliyeva Rəfiqə Hüseyn qızı Bərdə rayonu Kətəlparaq kəndində dəfn olunmuşdur. X41 Hüseyn qızının ölüm haqqında şəhadətnamə verilməsi üçün Qeydiyyat Şöbəsinə ərizə ilə etdiyi müraciətinə ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndnaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alınır. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmamasını bildirdilər. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etrmək hüququ izah edildi. Hazırda sosial məsələlərin həlli ilə bağlı Quliyeva Rəfiqə Hüseyn qızının ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinə uyğun izahat verdi. Məhkəmə iclasında izahatında şahid qismində dindirilmiş X19 göstərdi ki, ərizəçi onun qohumudur. Quliyeva Rəfiqə Hüseyn qızı ərizəçi Məmmədov Mirələm Həmid oğlunun xalasıdır, ərizəçinin xalası Rəfiqə 13 iyun 1993-cü ildə Bərdə rayonu Kətəlparaq kəndində vəfat etmişdir. Məhkəmə iclasında izahatında şahid Xudiyev Ənvər Həsən oğlu və şahid X37 şahid X11 izahatına uyğun eyni məzmunlu izahat verdilər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Bərdə rayonu, Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 933 nömrəli, 07 noyabr 2020-ci il tarixli arayışından müəyyən olunur ki, Məmmədov Mirələm Həmid oğlunun xalası mərhumə X17 Ağdam rayonunda qeydiyyatda olmasına baxmayaraq 13 iyun 1993-cü ildə vəfat edib Kətəlparaq kənd qəbirstanlığında dəfn edilmişdir. Dəfni bacısı oğlu Ərizəçi təşkil edib. İş materiallarında olan AZE1345779 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1963-cü ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu, Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 585 saylı 30 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Həmid oğlu Bərdə rayonu, Kətəlparaq kəndində yaşayır. İş materiallarında olan XVİİİ-JQ 579900 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Qulieva Raziyə Hüseyn qızı 01 yanvar 1935-ci ildə anadan olmuşdur. Atası Qulievev Hüseyn Qulu oğlu, anası Qulieva Bacıxanım Hüseyn qızıdır. İş materiallarında olan XVİİ-JQ ******* nömrəli Sovet Sosialist Respublikaları ittifaqı vətəndaşının pasportunun surətindən müəyyən olunur ki, X21 15 aprel 1940-cı ildə Ağdam rayonunda anadan olmuşdur. İş materiallarında olan İ-JQ 372402 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X46 oğlu ilə Qulieva Rəfiqə Hüseyn qızı arasıda olan nikah 14 fevral 1987-ci ildə pozulmuşdur. İş materiallarında olan AZ-İ 024123 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 14 iyul 2002-ci ildə ölmüşdür. İş materiallarında olan İ-JQ 347124 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X30 30 oktyabr 1977-ci ildə ölmüşdür. İş materillarında olan Bərdə rayon Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinun möhürü ilə təsdiq edilmiş aktın surətindən müəyyən olunur ki, 1993-cü ildə Ağdam rayonu Atəşə məruz qalarkən Ağdam rayon sakini X21 Bərdə rayonu Kətəlparaq kəndində atası evində yaşayan bacısı oğlu Ərizəçi oğlunun evində müvəqqəti məskunlaşmışdır, həmin ünvanda yaşayan zaman vəfat etmişdir. 13 iyun 1993-cü ildə həmin mərhumənin dəfn xərclərini bacısı oğlu Ərizəçi çəkmişdir. İş materiallarında olan AZ 581117 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X28 xx xxxxxx 1963-cü ildə doğulmuşdur, atası Mamedov Həmid Məhəmməd oğlu, anası Mamedova Raziyya Hüseyn qızıdır. İş materiallarında olan 1-İE 053456 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Mamedov Həmid Məhəmməd oğlu ilə Qulieva Raziyə Hüseyn qızı 06 avqust 1957-ci ilə 29 nömrəli nikah qeydi ilə evlənmişlər. İş materiallarında olan fotoşəkildən müəyyən olunur ki, X21 15 aprel 1940-cı ildə anadan olmuş, 13 iyun 1993-cü ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs 26 noyabr 2020-ci il tarixli, 642-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi xalası X16 ölüm haqqında şəhadətnamə almaq üçün müraciətinə məhkəməyə müraciət etməli olduğu məsləhət görülmüşdür. İş materillarında olan Bərdə Rayon Məhkəmədinin 2(021)-1660/2021 nömrəli, 16 iyun 2021ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, mərhum Quliyeva Rəfiqə Hüseyin qızının Ərizəçi Həmid oğlunun xalası olmasına dair qohumluq faktının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Quliyeva Rəfiqə Hüseyin qızının 15 aprel 1993-cü ildə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamənin alınamsı üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. 15 aprel 1940-cı ildə anadan olmuş Quliyeva Rəfiqə Hüseyin qızının 13 iyun 1993-cü ildə ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar