Məhkəmə qərarları › İş №2(021)-2413/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2413/2024

05.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2413/2024 05.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “Barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə 05 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, aralarında bağlanmış 05 iyun 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi məhkəməyə ərizə verərək cavabdehlə barışdığını, iddiadan imtina etdiyini və mülki işin icraatına xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə verərək ərizəçi ilə barışdığını, iddiadan imtina etdiyini və mülki işin icraatına xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini, işdə olan sənədləri araşdırıb belə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul olunduğundan Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinin tələbində göstərilir ki, iddiaçı xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARVERDİ: 1.Ərizəçi Maraqlı şəxs qarşı “Barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. 2.Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar