Məhkəmə qərarları › İş №2(021)-2424/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2424/2024

21.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2424/2024 21.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Qarayeva Pərvanə Əhməd qızının katibliyi ilə, Ərizəçi və vəkili X4 iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, anası X5 31 avqust 2021-ci il tarxidə vəfat edərək Bərdə rayon Güloğlular kənd ərazisində yerləşən qəbirstanlığda dəfn olunması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X11 xx.xx.1951-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X11 xx.xx.2021-ci il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat etmiş və Bərdə rayonu Güloğlular kənd ərazisində yerləşən Qəbirstanlığın şimal hissəsində dəfn olunmuşdur. Mərasimə baş qarışdığından mərhumə anasına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda bir çox sənədlərin hazırlanmasında ondan ölüm haqqında şəhadətnaməni tələb edirlər. Şəhadətnamə olmadığı üçün sənədləri hazırlaya bilmir. X1 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, orada ölümdən uzun müddət keçdiyi üçün ölüm haaqında şəhadətnamə verməkdən imtina etmişlər və məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Ona görə də məhkəmədən anası X5 31 avqust 2021-ci il tarxidə vəfat edərək Bərdə rayon Güloğlular kənd ərazisində yerləşən qəbirstanlığda dəfn olunması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi və vəkili X12 ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri Nüşabə küçəsi döngə 1 ev 5-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Vİ-ЖГ 360494 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. X13, anası X8r. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bərdə şəhəri İmamzadə məscidi dini icmasının xx.xx.2024-cü il tarixli 06 saylı əlyazma arayışından görünür ki, Bərdə şəhəri Nüşabə küçəsi döngə 1 ev 5-də yaşayan X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bərdə şəhəri Güloğlular kənd qəbirstanlığının şimal hissəsində dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, X11 xx.xx.1951-ci il tarixdə anadan olmuş, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş AA5794841 nömrəli şəxsiyyət vəsiqəsini surətindən görünür ki, X6 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edənlər X3 və X6 bildirdi ki, Ərizəçi anası X11 xx.xx.1951-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X11 xx.xx.2021-ci il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat etmiş və Bərdə rayonu Güloğlular kənd ərazisində yerləşən Qəbirstanlığın şimal hissəsində dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi anası X11 xx.xx.2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizəsi təmin edilməli, X5 31 avqust 2021-ci il tarxidə vəfat edərək Bərdə rayon Güloğlular kənd ərazisində yerləşən qəbirstanlığda dəfn olunması faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X5 31 avqust 2021-ci il tarxidə vəfat edərək Bərdə rayon Güloğlular kənd ərazisində yerləşən qəbirstanlığda dəfn olunması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar