Məhkəmə qərarları › İş №2(021)-2442/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2442/2023

25.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2442/2023 25.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X14 Qasım oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə mürаciət edərək aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 28 noyabr 2014-cü il tarixində Bərdə Rayon Qeydiyyat Şöbəsində 538 nömrə ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı iki övladları olmuşdur. Əvvəllər ailə münasibətləri normal olmuşdur. Daha sonra xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Ər-arvad kimi yaşamaları mümkün deyildir. Xeyli müddətdir ki, ayrı yaşayırlar. Aralarında olan problemlər səbəbindən faktiki olaraq ayrılmışlar və ayrı yaşadıqları müddətdə birgə nikahlarından olan övladları onun yanında qalır və onun bütün maddi və mənəvi ehtiyaclarını o ödəyir. Maraqlı şəxs-Maraqlı şəxs isə uşağın saxlanması üçün heç bir yardım göstərmir, hətta uşaqla maraqlanmır. Qeyd edir ki, aralarında olan nikahın pozulması, uşaqların onun himayəsində saxlanılması və aliment tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət etmiş və aralarında razılığa gələrək barışıq sazişi bağlamışlar. Mediasiya prosesində birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X7 onun himayəsində qalmaqla uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin qarşılıqlı razılaşma əsasında cavabdeh Maraqlı şəxs tutularaq onun xeyrinə ödənilməsinə dair razılığa gəlmişlər. Lakin maraqlı şəxs-Maraqlı şəxs mediasiya təşkilatında bağladıqları barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müracitə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs göstərdi ki, ərizəçi ilə 2014-cü ildə evlənmiş, birgə nikahlarından iki uşaqları doğulmuşdur. Aralarında yaranan narazılığa görə ayrılmışlar. Aralarında olan nikahın pozulması ilə əlaqədar olaraq mediasiya şurasına müraciət etmiş, ərizəçi ilə razılığa gəldiklərinə görə 06 aprel 2023-cü il tarixdə aralarında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu ildə Ağdam rayonu Şıxlar kəndində anadan olmuşdur, Ağdam rayonu Şıxlar kəndində qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1985-ci ildə doğulmuşdur. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 noyabr 2014-cü il tarixli AZ-İİ 007217 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs və X4 28 noyabr 2014-cü ildə 538 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Talıbova soyadı verilmişdir. Bərdə regional “ASAN xidmət” X8 tərəfindən verilmiş 30 mart 2018-ci il tarixli AZ-İV 082317 nömrəli və 06 noyabr 2019-cu il tarixli AZ-İV 082317 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 13 mart 2018-ci ildə Elcan və 11 oktyabr 2019-cu ildə Yeganə adlı uşaqları anadan olmuşdur. 13 mart 2018-ci il təvəllüdlü X5 və 11 oktyabr 2019-cu il təvəllüdlü X3 atası cavabdeh Maraqlı şəxs, anası Ərizəçidır. X1 iştirakı ilə tərtib edilən 06 aprel 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, ikinci tərəf-Maraqlı şəxs, birinci tərəf-Ərizəçi ilə aralarında bağlanmış 28 noyabr 2014-cü il tarixli Bərdə rayon Qeydiyyat şöbəsində 538 nömrəli rəsmi nikahın pozulmasına razı olması, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazının olmaması, hər ay birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi hər uşaq üçün 110 manat olmaqla cəmi 220 manat aliment məbləğinin birinci tərəfin xeyrinə ödəməyi öz öhdəsinə götürməsi barədə razılığa gəlmişlər. Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 6 (altı) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi X6 ailə mübahisəsi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və X1 iştirakı ilə, 06 aprel 2023-cü il tarixdə tərtib edilən Barışıq Sazişinə əsasən tərəflər arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişi tam imzalandığı gündən 6 (altı) təqvim günü müddətində könüllü şəkildə icra olunmalı olduğu halda Maraqlı şəxs tərəfindən icra edilməmişdir. Bu səbəbdən də Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 06 aprel 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsının MPM və ya MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM): 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.1-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə görə, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. MPM-nin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə görə, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. İkinci tərəf Maraqlı şəxs, birinci tərəf Ərizəçi ilə aralarında bağlanmış 28 noyabr 2014-cü il tarixli Bərdə Rayon Qeydiyyat Şöbəsində 538 nömrəli rəsmi nikahın pozulmasına razı olması, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazının olmaması, hər ay birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi hər uşaq üçün 110 (bir yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat aliment məbləğinin birinci tərəfin xeyrinə ödəməyi öz öhdəsinə götürməsi barədə Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 06 aprel 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar