Məhkəmə qərarları › İş №2(021)-2461/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2461/2024

31.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2461/2024 31.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 məhkəmə iclas kаtibliyi İddiaçı Cavabdeh qаrşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın bölünməsi və ondan payın ayrılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 26 saylı və gəncə şəhəri, Gülüstan qəsəbəsi ev 36 ünvanında yerləşən 29 saylı mıənzillərdə qanunla nəzərdə tutulmuş qaydada ardıcıllığı gözləməklə aşağıdakı mümkün üsüllardan biri vasitəsi ilə İddiaçı payının ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazimi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak etməməklə bağlı məhkəməyə əvvəlcədən lazimi qaydada məlumat verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazimi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak etməməklə bağlı məhkəməyə əvvəlcədən lazimi qaydada məlumat verməmişdir. Məhkəmə iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinin predmeti olan ünvan 2 ünvanında yerləşən 29 saylı mənzil gəncə şəhərində yerləşdiyindən mübahisəyə aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı halda ərazi aidiyyəti məsələsi həll edilməli, aidiyyət qaydalarının pozulmasına yol verildiyi nəzərə alınaraq, mülki iş baxılması üçün tərəflərin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməlidir. Sözügedən mülki iş üzrə iddianın əsas predmetinin yerləşdiyi ərazinin Gəncə şəhəri olduğunu nəzərə alaraq hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRАRА АLDİ: İddiaçı Cavabdeh qаrşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın bölünməsi və ondan payın ayrılması” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad məlumat üçün tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar