Məhkəmə qərarları › İş №2(021)-2469/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2469/2025

15.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2469/2025 15.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, X3, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edillməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 03 mart 2019-cu ildə Bərdə rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, mülki iş aidiyyati üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemindən” çıxarışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edillməsi” tələbinə dair mülki iş aidiyyati üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Göründüyü kimi ərizəçi Abşeron rayonunda qeydiyyatda olsa da, hazırki tələblə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etməli olduğu halda Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114.1.3, 149-152ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edillməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar