Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2472/2021 31.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi Yaqub qızının iştirakı ilə, Ərizəçi Yaqub qızının maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı qarşı “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Ərizəçi Yaqub qızı cavabdeh Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X16 Aleksandr oğlunun 30 may 2021-cil tarixdə ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi Ərizəçi Yaqub qızı ərizəsini onunla əsaslandırmışdır ki, X16 Aleksandr oğlu 1985-ci il tarixdə anadan olmuşdur. Vəliyev Aleksandr Aleksandr oğlu ilə rəsmi olaraq ailə qurub evlənmişlır. Birgə nikah dövründə 4 övladları anadna omuşdur. X16 Aleksandr oğlu 30 may 2021-ci il tarixdə ürək çatışmazlığı nəticəsində vəfat etmiş və Bərdə rayon Alaçadırlı kəndində dəfn olunmuşdur. Lakin bu günə qədər ölüm haqqında şəhadətnamə almamışdır. Bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Ərizəçi Yaqub qızı ərizəsinə uyğun izahat verərək, bildirdi ki, hüquqi əhəmiyyətli faktın təsdiq olunmasını uşaqları üçün ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq üçün lazımdır. Ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Yaqub qızı xx.xx.1982-ci il tarixdə Laçın rayon Qalaça kəndində anadan olmuşdur. Laçın rayon Qalaça kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnizibati Ərazi Dairəsi üzrə Nümayədəliyi tərəfindən verilmiş 4043 saylı 06.07.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Yaqub qızı Bərdə rayon SMU 32-də müvəqqəti olaraq yaşayır. İş materiallarına əlavə edilmiş AZ-İV № 082088 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 qızı 25.11.2017-ci ildə anadan olmuşdur. X15 Aleksandr oğlu, Ərizəçi Yaqub qızıdır. İş materiallarına əlavə edilmiş AZ-İV № 30150 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 oğlu 26.06.2019-cu ildə anadan olmuşdur. X15 Aleksandr oğlu, Ərizəçi Yaqub qızıdır. İş materiallarına əlavə edilmiş AZ-İİİ № 345471 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 qızı 27.08.2010-cu ildə anadan olmuşdur. X15 Aleksandr oğlu, Ərizəçi Yaqub qızıdır. İş materiallarına əlavə edilmiş AZ-T № 088582 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 qızı 14.07.2014-cü ildə anadan olmuşdur. X15 Aleksandr oğlu, Ərizəçi Yaqub qızıdır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Prokurorluğunun Bərdə rayon Mərkəəzi Xəstəxanasına ünvanlanmış 08.06.2021-ci il tarixli məktubdan görünür ki, 1985-ci il təvəllüdlü Vəliyev Aleksandr Aleksandr oğlunun 30.05.2021-ci il tarixdə ürək çatışmamazlığından ölməsi barədə Bərdə rayon Prokurorluğuna daxil olmuş 07.06.01-ci il tarixli 05-192-21nömrəli məlumat cinayət xarakterli olmadığından material üzrə araşdırma aparılmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnizibati Ərazi Dairəsi üzrə Nümayədəliyi tərəfindən verilmiş 2036 saylı 02.07.2021-ci il tarixli arayışdan görünür ki, Vəliyev Aleksandr Aleksandr oğlu 30.05.2021-ci il tarixdə vəfat etmiş və Bərdə rayon Alaçadırlı kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş 25.06.2021-ci il tarixli Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi Yaqub qızı Ölüm haqqında şəhadətnamənin verilməsi barədə həmin orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İşdən göründüyü kimi Ərizəçi Yaqub qızı hazrıkı hüquq münasibətlərinin yaranması üçün Vəliyev Aleksandr Aleksandr oğlu ilə rəsmi-ər arvad münasibətləri olmamışdır. Odur ki, onun hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Həmçinin ərizəçi məhkəmə iclasında hüquqi əhəmiyyətli faktın təsdiq olunmasını uşaqları üçün ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq üçün lazım olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, uşaqların doğum haqqında şəhadətnamərində ata qrafası ananın sözlərinə görə öz soyadına uyğun olaraq Vəliyev Aleksandr Aleksandr oğlu kimi qeyd olunmuşdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, atalıq faktının müəyyən olunması və ya atalığın müəyyən olunmasına dair məhkəmə qətnaməsi olmamışdır. Həmçinin məhkəməyə mərhum Aleksandrın şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.7-ci bəndinə əsasən hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalıdır. Məhkəmə qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmamalıdır. Məhkəmə qətnaməsi formal mülahizələrə əsaslanaraq qəbul oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizəçi Yaqub qızının maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı qarşı “ölüm faktının müəyyən olunması” barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-2472/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2472/2021
31.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver