Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2475/2021 31.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Musa oğlunun iştirakı ilə, Ərizəçi bacısı X4 ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 10 mart 1956-cı ildə Bərdə rayonunun Xanərəb kəndində anadan olmuş, bacısı X4 15 aprel 2018-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Quliyev Məhəmməd Musa oğlu ərizəsini onunla əsaslandırmışdır ki, mərhumə Çiçək Quliyeva 10 mart 1956-cı ildə Bərdə rayonu Xanərəb kəndində anadan olmuş, 15 aprel 2018-ci il tarixdə vəfat etmişdir. Çiçək Quliyeva vəfat etdikdən sonra Bərdə rayonu, Xanərəb kənd qəbristanlığında dəfn edilmişdir. Savadsızlığından ölüm haqqında şəhadətnamə almamışlar. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon Xanərəb kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda Quliyeva Çiçək Musa qızının vəfat etməsi və Bərdə rayonu, Xanərəb kənd qəbristanlığında dəfn edilməsi qeyd edilmişdir. Məhrumə X15 qızının ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə ərizə ilə etdiyi müraciətinə ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil cavabı verilmişdir. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Hazırda sosial məsələlərin həlli ilə bağlı Quliyeva Çiçək Musa qızının ölüm faktının müəyyən olunması zərurəti yaranmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa Quliyeva Çiçək Musa qızının 15 aprel 2018-ci il tarixdə vəfat etməsini şahidlər də təsdiq edə bilərlər. Məhkəmə iclasında ərizəçi Quliyev Məhəmməd Musa oğlu ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçi Quliyev Məhəmməd Musa oğlunun həyat yoldaşı X5 şahid qismində dindirilərkən göstərdi ki, ərizəçinin həyat yoldaşıdır. Quliyev Məhəmməd Musa oğlunun bacısı Çiçək Quliyeva 15 aprel 2018-ci ildə vəfat edib. Onu Bərdə rayonu, Xanərəb kənd qəbristanlığında dəfn ediblər. Dəfndə də iştirak edibdir. Məhkəmə iclasında şahid Şükürov Rafiq Hacı oğlu şahid X2 izahatına uyğun eyni məzmunlu izahat verdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Bərdə rayonu Xanərəb kəndi İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 300 nömrəli, 05 iyul 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Quliyev X7 rayonu, Xanərəb kəndində yaşayır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 xx xxxx 1966-cı ildə doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X8 10 mart 1956-cı ildə doğulmuşdur, anası Quliyeva Nabat Əhliman qızıdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Ərizəçi oölu xx xxxx 1966-cı ildə doğulmuşdur, atası Quliyev Musa Qara oğlu, anası Quliyeva Nabat Əhliman qızıdır. İş materiallarında olan Bərdə rayonu Xanərəb kəd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 293 saylı, 24 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X8 vəfat edənə kimi Xanərəb kəndində yaşamış, Xanərəb kəndində yaşamış, Xanərəb kənd qəbristanlığında dəfn edilmişdir. İş materialında olan fotoşəkildən müəyyən olunur ki, X8 1956-cı ildə doğulmuş, 15 aprel 2018-ci ildə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs 25 iyun 2021-ci il tarixli, 413-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün müraciətinə məhkəməyə müraciət etməli olduğu məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X4 ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə bəzi sənədlərin alınması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 10 mart 1956-cı ildə doğulmuş X4 15 aprel 2018-ci ildə ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2475/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2475/2021
31.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver