Məhkəmə qərarları › İş №2(021)-2475/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2475/2025

20.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2475/2025 20.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx.xx.2009cu ildə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, atası X10 xx.xx.1978-ci ildə doğulmuş, xx.xx.2009-cu il tarixdə ölmüş və Bərdə rayonu Bəcirəvan kənd qəbirstanlığında dəfn olunmuşdur. Sosial məsələlərin həlli ilə bağlı atasının ölümü haqqında şəhadətnamə tələb olunur. Keçən müddət ərzində atasının ölümünü qeydiyyata aldırmamışlar. X1 ölümünün qeydiyyata alınaraq şəhadətnamə verilməsi ilə əlaqədar Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin ölümün qeydiyyata alınması vaxtının ötürülməsi əsas gətirilərək hazırda qeydiyyata alınmasının mümkün olmadığı və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Sosial məsələlərinin həlli ilə bağlı X4 ölüm faktının müəyyən olunması zərurəti yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən X4 xx.xx.2009-cu ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin maraqlı şəxs məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2007-ci il tarixdə doğulmuşdur. Bərdə rayon Alpour kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ №900908 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1978-ci ildə Bərdə rayonu Mehtili kəndində doğulmuşdur, atası X11, anası X9r. Maraqlı şəxs tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ №124535 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2007-ci ildə Bərdə rayonunda doğulmuşdur, atası X10, anası X5r. Bərdə rayon İHB Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 741 saylı arayışından görünür ki, Ərizəçi Bərdə şəhəri Füzuli küçəsi döngə 4, ev 16-da yaşayır. Bərdə rayon İHB Mehdili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 12 saylı arayışından görünür ki, Bərdə rayonu Mehdili kənd sakini X10 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli,3-16-5/8-15-147/2025 saylı arayışdan görünür ki, Ərizəçi mərhum X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün müraciət etmiş, lakin ona ölüm faktının təsdiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X12 Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-28/2- 1072/2025 saylı məlumatdan görünür ki, xx.xx.2009-cu ildə vəfat etmiş X4 ölümü ilə bağlı Bərdə rayon Mərkəzi Xəstəxanasında hər hansı bir məlumat (xəstəlik tarixi, tibbi şəhadətnamə və s.) aşkar olunmamışdır. Bu səbəbdən də X4 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. AZE №08933237 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1960-cı il tarixdə Bərdə rayonu Ərəblər kəndində doğulmuşdur, Bərdə şəhəri Fizuli küçəsi döngə 4, ev 16-da qeydiyyatdadır və yaşayır. AZE №08560502 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1958-ci il tarixdə Bərdə rayonu, Qarağacı kəndində doğulmuşdur, Bərdə şəhəri A.Əhmədov küçəsi 33-də qeydiyyatdadır və yaşayır. Məhkəmə iclasında şahid qismində ifadə vermis X6 ifadəsində göstərdi ki, Ərizəçi onun nəvəsidir. X2 xx.xx.2009-cu ildə Rusiya Federasiyasında yol nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Onun cəsədi Azərbaycan Respublikasına gətirilmiş və xx.xx.2009cu il tarixdə Bərdə rayonu Bəcirəvan kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermis X7 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısı X3 nəvəsidir. Bcısının X2 xx.xx.2009-cu ildə Rusiya Federasiyasında nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Onun cəsədi Azərbaycan Respublikasına gətirilmiş və xx.xx.2009-cu il tarixdə Bərdə rayonu Bəcirəvan kənd qəbirstanlığında dəfn olunmuşdur. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Mülki Prоsessuаl Məcəlləsinin) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin (bundan sonra Аilə Məcəlləsinin) 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. Аilə Məcəlləsinin 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. Аilə Məcəlləsinin 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Аilə Məcəlləsinin 162.1-ci mаddəsinə əsаsən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Аilə Məcəlləsinin 162.2-ci mаddəsinə əsаsən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Аilə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Mülki Prоsessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Mülki Prоsessuаl Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Mülki Prоsessuаl Məcəlləsinin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Mülki Prоsessuаl Məcəlləsinin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Mülki Prоsessuаl Məcəlləsinin 307-ci mаddəsinə əsаsən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, xitаm verilməsinin аsılı оlduğu fаktlаrı müəyyən edir. Mülki Prоsessuаl Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prоsessuаl Məcəlləsinin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təsdiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Mülki Prоsessuаl Məcəlləsinin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 20 avqust 2009-cu ildə vəfat etməsi faktı iş materialları və şahidlərin ifadələri ilə tam sübut olunduğundan Ərizəçi ərizəsi təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Mülki Prоsessuаl Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edi ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 27 sentyabr 1978-ci il tarixdə doğulmuş X4 20 avqust 2009-cu il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar